BiSMİllahir-rəhmanir-rəHİM


﴿ وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ ﴾



Yüklə 3,25 Mb.
səhifə3/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   2   3   4   5   6   7   8   9   ...   53

AYƏ 7:


﴿ وَلَوْ نَزَّلْنَا عَلَيْكَ كِتَابًا فِي قِرْطَاسٍ فَلَمَسُوهُ بِأَيْدِيهِمْ لَقَالَ الَّذِينَ كَفَرُواْ إِنْ هَـذَا إِلاَّ سِحْرٌ مُّبِينٌ ﴾

TƏRCÜMƏ:


«Əgər sənə kağız səhifə üzərində bir yazı nazil etsək onlar öz əlləri ilə ona toxunsalar belə, kafirlər yenə bu, aşkar sehrdən başqa bir şey deyildirdeyəcəklər

TƏFSİR:


Müşriklərdən bəziləri deyirdilər: «Biz o zaman iman gətirərik ki, kağız üzərində olan yazını mələklə yanaşı bizə nazil edəsən.» Lakin onlar yalan deyir və sadəcə bəhanə axtarırdılar. Yəni onların inadkarlığı elə bir həddə çatmışdı ki, açıq-aşkar hiss olunan ən sadə şeyləri belə inkar edir, sehr bəhanəsi ilə vəhyin qarşısında təslim olmaqdan boyun qaçırırdılar.

AYƏ 8:


﴿ وَقَالُواْ لَوْلا أُنزِلَ عَلَيْهِ مَلَكٌ وَلَوْ أَنزَلْنَا مَلَكًا لَّقُضِيَ الأمْرُ ثُمَّ لاَ يُنظَرُونَ ﴾

TƏRCÜMƏ:


«Onlar üçün ona bir mələk nazil olmur (ki, onun peyğəmbərliyinə şəhadət verərək, onunla birgə insanları qorxutsun)?” dedilər. Əgər mələk nazil etsək ( onlar inkar etsələr, Bizim ənənəvi qanunlarımıza uyğun olaraq) (onların həlak olmaları) mütləq sona çatar onlara daha heç bir möhlət verilməz

TƏFSİR:


Kafirlər deyirdilər ki, niyə Məhəmmədə (ə), bizim gözlərimizlə əyani şəkildə müşahidə edərək onun risalətini təsdiq etməyimiz üçün bir mələk nazil olmur?

Sonra onların inadkarlıqlarının son mərhələyə çatdığını göstərmək üçün buyurulur: Əgər onların istəyinə uyğun olaraq bir mələk göndərsək, yenə də iman gətirməyəcəklər. Belə olan halda hikmət və məsləhət bunu tələb edir ki, onlara artıq möhlət verməyək və dərhal onları ilahi əzaba düçar edib məhv edək.


AYƏ 9:


﴿ وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَّجَعَلْنَاهُ رَجُلاً وَلَلَبَسْنَا عَلَيْهِم مَّا يَلْبِسُونَ ﴾

TƏRCÜMƏ:


«Əgər onu mələk etsəydik (Peyğəmbəri mələklərdən seçib göndərməli olsaydıq, mələklə insanın cövhərinin müxtəlifliyinə görə onların qarşılıqlı anlaşma münasibət qurmaları qeyri-mümkün olduğu üçün) onu mütləq kişi şəklinə salar onlar (haqqı batilə) oxşar hala saldıqları kimi (Biz mütləq bu işi) onlara örtülü anlaşılmaz edərdik ( onlarbu da bizim kimi bir insandırdeyərdilər)

TƏFSİR:


İnsanların örnək və nümunəsi mələk olsaydı onda qərizələr təlatümündə çulğalanan, yemək və sair kimi meylləri olan insanlara necə örnək ola bilərdi? Buna əsasən, ayənin belə məna edilməsi mümkündür: Əgər Peyğəmbər (s) mələk olsaydı, hökmən kişi surətində zahir olacaqdı ki, onu görsünlər. Bu da insanların şəkk-şübhəyə düşməsinə səbəb olar və «o insandır, yoxsa mələk?» – deyə soruşardılar.

Bunu da qeyd edək ki, insanların haqq yolunda tərbiyə olunub bu yola dəvət edilmələri üçün camaata, onların özündən olan örnəklər verilməlidir ki, əməl və dəvətində hamıdan öndə getsin.

Quran ayəsinin hökmünə əsasən Peyğəmbər (s) kişi olmalıdır. İlahi sünnələr və qanunlar hikmət əsasındadır və bəzilərinin istəklərinə görə heç vaxt dəyişilməz.

AYƏ 10:


﴿ وَلَقَدِ اسْتُهْزِىءَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُواْ مِنْهُم مَّا كَانُواْ بِهِ يَسْتَهْزِؤُونَ ﴾

TƏRCÜMƏ:


«Şübhəsiz, səndən əvvəlki peyğəmbərlər istehza məsxərə olundular. Beləliklə onları məsxərə edən kəslərə məsxərə etdikləri şey (ildırım, zəlzələ sairə) nazil oldu onları bürüdü

TƏFSİR:


Bu ayə Peyğəmbər (s) üçün bir növ təskinlikdir. Belə ki, əvvəla, ondan qabaqkı bütün peyğəmbərlər istehzaya məruz qalmışlar. İkincisi, istehza edənlərə təkcə Allahın axirət əzabı deyil, həm də dünya qəzəbi nazil oldu və çox təhlükəli hiylələr məkr edənlərin özünə qayıtdı.

Qeyd etmək lazımdır ki, istehza etmək əzab vədəsi verilən böyük və bağışlanmaz günahlardan biridir.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin