BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə30/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

AYƏ 94:


﴿وَلَقَدْ جِئْتُمُونَا فُرَادَى كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُم مَّا خَوَّلْنَاكُمْ وَرَاء ظُهُورِكُمْ وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاء لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ﴾

TƏRCÜMƏ:


«(Müşriklər Bərzəx aləminə daxil olan kimi, həmçinin onlar Qiyamət səhnəsinə ilk dəfə qədəm qoyan zaman onlara belə xitab ediləcək:) Həqiqətən Bizim yanımıza sizi yaradılışın əvvəlində (dünyada) yaratdığımız kimi tək gəldiniz sizə əta etdiklərimizi arxada qoydunuz. (Bizim rübubiyyətimizdə ) özünüz(ün ibadətiniz) şəriklər güman etdiyiniz şəfaətçiləri sizinlə görmürük! Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şey nəzərinizdən itmişdir

TƏFSİR:


Bu cümlə insanların öldüyü, yaxud Qiyamətdə dirildiyi zaman Allah-təalanın onlara dediyi sözlərdir. Bəziləri də demişlər ki, bu, mələklərin insanların ruhunu qəbz etdikləri vaxt onlara dediyi sözlərdir. Hər bir halda onlara deyilir ki, sizi ana bətnində tək-tənha yaratdığımız kimi indi də Bizim yanımıza əliboş halda, tək-tənha gəlmisiniz. Heç bir köməkçiniz yoxdur; nə mal-dövlətiniz vardır, nə də sərvətiniz, nə qulam və kəniziniz vardır, nə də bir xidmətçiniz. Bir sözlə, Qiyamətdə yenidən dirilmək sizin ilk yaradılışınız kimidir.

Dünyada sizə verdiyimiz mal-dövlətlə iftixar edib öyünürdünüz. Amma indi onları arxada qoyub Bizim hüzurumuza günah yükü ilə gəlmisiniz. İndi o mal-dövlətdən başqaları istifadə edir, siz isə cəza çəkirsiniz. Nə qədər böyük bədbəxtçilik və həsrətdir!

Sizin öz işlərinizdə və taleyinizdə Bizimlə şərik olduğunu, Qiyamət günündə də Bizim dərgahımızda şəfaət edəcəyini güman etdiyiniz bütlər artıq sizinlə yanaşı deyildir. İndi görürsünüz ki, bütlərə pərəstiş etməyin sizin üçün heç bir faydası yox imiş. Səylərinizin hamısı puça çıxmış, dediklərinizin hamısı səhv olmuşdur.

Bu ayə təkcə şirk əhlinə məxsus deyil, ümumiyyətlə, Allahdan başqasına pərəstiş edən, Ondan başqasına ümid və etimad bəsləyən, Ondan başqasının ziyanından qorxan hər bir şəxsə aiddir.

Sonra buyurulur: «İndi sizin aranızda olan bağlılıq telləri büs-bütün qırılmış, nəsəb və əlaqələr kəsilmişdir və hər kəs öz işilə məşğuldur. Sizin təsəvvürləriniz də puça çıxdı. İndi Allahın hüzurunda özünüzə şəfaətçi hesab etdiyiniz bütlərin harada olduğunu bilmirsiz və onların sizə heç bir faydası yoxdur.»

Bəzi təfsirçilər demişlər ki, məqsəd budur ki, «sizin Qiyamətdə olacaq haqq-hesab barəsindəki sözləriniz puça çıxmışdır».



Bu ayə insanları ötəri, əldən gedən və ölümündən sonra insana heç bir faydası olmayan mal-dövlət dalınca getməyə deyil, nicat və qurtuluşuna səbəb olan işlərin ardınca getməyə təşviq edir.

AYƏ 95-96:


﴿ إِنَّ اللّهَ فَالِقُ الْحَبِّ وَالنَّوَى يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمُخْرِجُ الْمَيِّتِ مِنَ الْحَيِّ ذَلِكُمُ اللّهُ فَأَنَّى تُؤْفَكُونَ. فَالِقُ الإِصْبَاحِ وَجَعَلَ اللَّيْلَ سَكَنًا وَالشَّمْسَ وَالْقَمَرَ حُسْبَانًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ ﴾

TƏRCÜMƏ:


«Həqiqətən, Allah toxum çərdəyi yarandır. O, ölüdən diri çıxarır (toxumları otlardan, heyvanları nütfələrdən, insanların ruhlarını bədənlərdən, mömin övladları kafirlərdən yaradır) diridən ölü (yaşıl otdan dənli bitki quru meyvələr, diridən ölü cəsəd, möminlərin nəslindən kafir övladlar) çıxarandır. Budur (bilən qüdrətli) Allah! Belə isə (haqdan) haraya necə döndərilirsiniz?! Sübhü yaran (da Allah)dır. O, gecəni rahatlanma mənbəyi, günəş ayı (düzgün dəqiq) hesablama üçün vasitə etmişdir (ki, yerin öz oxu günəş ətrafında fırlanmasından günəş ili ayı, ayın yer kürəsi ətrafında fırlanmasından isə qəməri ili ayı yaranır). Budur O qüdrətli bilənin ölçü miqyası!»

TƏFSİR:


95. Bu ayədə müşriklər üçün yaradılış aləmində mövcud olan əsrarəngiz qəribəliklər və insanı heyrətə gətirən tədbirlərlə əlaqədar dəlil-sübut ünvanı ilə buyurulur: «Həqiqətən Allah quru və cansız dəni yarıb ondan bitki budaqları yaradır, həmçinin ondan xurma və başqa ağaclar çıxardır. Yaxud (məqsəd budur ki), Allah-təala dən və çərdəkdə bir yarıq icad edərək onu iki bərabər hissəyə bölür ki, bu da xilqətin qəribəliklərindəndir.»

Hər bir halda, Allah dənənin və çərdəyin xaliqidir. O, yaşıl və canlı bitkini quru və cansız dənədən xaric edir, quru dəni də canlı bitkidən çıxarır. Bu məna Zəccacdan nəql olunmuşdur. Ərəblər yaşıl bitkiyə «canlı», o kəsildikdə, yaxud quruduqda isə ona «ölü» deyirlər. Həsən, Qütadə, İbn Zeyd və başqa müfəssirlər demişlər: “Məqsəd budur ki, Allah canlı varlıqları cansız nütfədən, cansız nütfəni canlı varlıqlardan xaric edir.31

Bütün bu işlərin hamısını Allah edirsə, bəs nə üçün haqdan üz döndərirsiniz? Nə üçün bu aydın dəlilləri boşlayıb batilin ardınca gedirsiniz? Nə üçün dərindən diqqət yetirmirsiniz ki, ibadətdə başqasını Allaha şərik qoşmaq əvəzinə, sizə nemət verən, dəni yararaq əkin sahələrini yaradan bir Allaha pərəstiş edəsiniz?!

96. O Allah ki, zülməti, gecə qaranlığını yarıb sübhün işıqlığını ondan çıxarır. Bu mənanı müfəssirlərin çoxu, o cümlədən, İbn Abbas qeyd edərək əlavə etmişdi ki, Allahın gecəni sizin asayiş və istirahətiniz, gündüzü isə iş və fəaliyyətiniz üçün xəlq etməsi Onun böyük nemətlərindən biridir. Gecə və gündüzü bir-birinin ardınca gətirməsi də Onun sonsuz qüdrətinin nişanələrindəndir.

«Günəşi ayı öz hərəkət yollarında (orbitlərində) hərəkətə gətirir.»

Günəş 365,25 gün ərzində 12 bürcü qət edir. Ay da öz hərəkətində qəməri aylarını və illərini vücuda gətirir. İnsanların həyatında gecə, gündüz, ay və ilin hesabı (təqvimi) ayın və günəşin hərəkəti əsasında tənzim olunmuşdur. Belə ki buyurulur: «Günəş ay dəqiq hesab üzrə hərəkətdədirlər»32

Başqa bir yerdə isə buyurulur: «Bu ay günəşin hamısı müəyyən orbit üzrə hərəkətdədirlər.»33

Bu, İbn Abbas, Sədi, Qutadə və Mücahidin təfsirləridir.

Cümlə bu məsələni bəyan etmək istəyir ki, günəş və ayın hərəkəti insanların müamilələrində, tarix və ibadət vaxtlarında lazımdır.

Bütün bunlar, yəni sübhün vasitəsilə gecə zülmətinin yarılması, gecənin insanların istirahət etməsi, ay və günəşin insanların vaxt cəhətindən mühasibə aparması üçün qərar verilməsi və s. qüdrəti sonsuz olan Allahın təqdiridir və heç kəsin Ona itaət etməkdən boyun qaçırmağa haqqı yoxdur. Çünki Allah insanların mənafe və tədbirinə hamıdan artıq agahdır.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin