BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə35/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

AYƏ 110:


﴿ وَنُقَلِّبُ أَفْئِدَتَهُمْ وَأَبْصَارَهُمْ كَمَا لَمْ يُؤْمِنُواْ بِهِ أَوَّلَ مَرَّةٍ وَنَذَرُهُمْ فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ ﴾

TƏRCÜMƏ:


«Onların qəlb gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi (əvvəllər olmuş itaətsizliklərinin cəzası olaraq onu qəbul etməkdən) döndərər onları öz azğınlıq itaətsizliklərində boşlayarıq ki, sərgərdan qalsınlar

TƏFSİR:


Bu ayədə Allah-təala elan edərək bildirir ki, küfr və günahlarının cəzası olaraq onların qəlblərini və gözlərini dəyişdirmişik. Yəni Biz onların qəlblərinin zatına, gözlərinin xəyanətinə agahıq, onların batinlərinin zahirlərinin əksinə olduğunu görürük.

Mütəal Allah bilirdi ki, onların qəlblərində və gözlərində zahirdə iddia etdiklərinin əksi gizlənmişdir. Buna görə də istədikləri möcüzələr yerinə yetirilsəydi yenə də iman gətirməyəcəkdilər. Belə ki, əvvəllər onların ata-babaları da Allahın nazil etdiyi ayələrə iman gətirməmişdilər. Deməli, onları öz hallarına buraxmaq lazımdır ki, günahlarının və inadkarlıqlarının cəzasını alıb sərgərdan qalsınlar, insaniyyətə yaraşmayan alçaq həyatda itib-batsınlar və nəticədə axirətdə əzab əhlindən olsunlar.



AYƏ 111:


﴿وَلَوْ أَنَّنَا نَزَّلْنَا إِلَيْهِمُ الْمَلآئِكَةَ وَكَلَّمَهُمُ الْمَوْتَى وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَيْءٍ قُبُلاً مَّا كَانُواْ لِيُؤْمِنُواْ إِلاَّ أَن يَشَاء اللّهُ وَلَـكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ﴾

TƏRCÜMƏ:


«Əgər Biz onlara mələkləri nazil etsəydik, ölülər onlarla danışsaydılar (istədikləri) bütün şeyləri qarşılarında dəstə-dəstə toplasaydıq, onlar Allahın (mütləq məcburi iradə ilə) istəməsi istisna olmaqla, yenə iman gətirməyəcəkdilər. Lakin onların çoxu (özlərinin bu inadkarlıq ruhiyyələri ilə) nadanlıq edirlər

TƏFSİR:


Bu bir neçə ayədə əsas məqsəd möcüzə istəyənlərin, ağıla sığmayan qəribə istəklərində belə, sadiq olmadıqlarını, əsas hədəflərinin haqqı qəbul etmək deyil, tam başqa bir şey olduğunu çatdırmaqdır. Çünki onların istəklərinin bəziləri, ümumiyyətlə, qeyri-mümkün bir işdir (məsələn, Allahın onların hüzuruna gəlib yol getməsi kimi!)

Quran bu ayədə aşkar şəkildə buyurur: Əgər Biz onların istəklərinə uyğun olaraq mələkləri onlara nazil etsəydik, ölülər dirilib gəlsəydi və onlarla danışsaydı, bir sözlə, istədikləri hər bir şeyi onların önünə gətirsəydik, yenə də iman gətirməyəcəkdilər. Sonra təkidləndirmək üçün buyurulur: Onların iman gətirməsi yalnız bir halda mümkündür. O da budur ki, Allah Öz iradəsi ilə onları iman gətirməyə vadar etsin.

Aydındır ki, təkamül nəzərindən bu cür imanın heç bir tərbiyəvi faydası və müsbət nəticəsi olmayacaqdır. Ayənin axırında əlavə edilir ki, onların əksəriyyəti cahil və xəbərsizdirlər.

AYƏ 112:


﴿ وَكَذَلِكَ جَعَلْنَا لِكُلِّ نِبِيٍّ عَدُوًّا شَيَاطِينَ الإِنسِ وَالْجِنِّ يُوحِي بَعْضُهُمْ إِلَى بَعْضٍ زُخْرُفَ الْقَوْلِ غُرُورًا وَلَوْ شَاء رَبُّكَ مَا فَعَلُوهُ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴾

TƏRCÜMƏ:


«Beləcə (sənin kimi) hər bir peyğəmbər üçün insan cin şeytanlarından (vücudlarında müxtəlif şəhvət meyllərini yaratmaq vasitəsilə) düşmənlər qoyduq. Onların bəzisi digər bəzisinə (o peyğəmbərin əleyhinə) sirli (gizlin) şəkildə bəzədilmiş puç aldadıcı sözlər ötürürdülər ki, (başqalarını) aldatsınlar əgər Allah (əzəli iradəsi ilə) istəsəydi, onlar bu cür etməzdilər. Buna görə (sənə döyüş əmr olunana kimi) onları iftiralarını boşla

TƏFSİR:


Əvvəlki ayələrdə qeyd olundu ki, İslamın ən qatı və tərs düşmənlərinin Peyğəmbəri-Əkrəmin (s) müqabilində göstərdikləri inadkarlıqlar təkcə onlara məxsus deyildi. Bu ayədə əlavə olaraq buyurulur: Hər bir peyğəmbərin müqabilində insanlardan və cinlərdən olan şeytanlar qərar verdik. Onların işi bu idi ki, bir-birini aldatmaq üçün sirli şəkildə aldadıcı sözlər deyir, bəzən isə bir-birinə pıçıldayırdılar.

Amma heç vaxt səhv düşünülməməlidir: Əgər Allah istəsəydi, onların hamısının qarşısını zorla alardı. Lakin Allah bu işi etməmişdir. Çünki O bütün insanların azad və ixtiyar sahibi olmasını istəmişdir ki, onların imtahana çəkilməsi və nəticədə təkamülə yetməsi üçün meydan geniş və azad olsun.

Buna görə də ayənin axırında Peyğəmbərə (s) göstəriş verilir ki, bu cür şeytanlara qətiyyən etimad etməsin. Onların özlərini və vurduqları töhmətləri öz ixtiyarlarına buraxsın.


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin