BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə4/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   2   3   4   5   6   7   8   9   ...   53

AYƏ 11:


﴿ قُلْ سِيرُواْ فِي الأَرْضِ ثُمَّ انظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ ﴾

TƏRCÜMƏ:


«De: “Yer (üzün) gəzib-dolanın, sonra təkzib edənlərin aqibətinin necə olmasına nəzər salın!”»

TƏFSİR:


Quran bu ayədə inadkarları və yalnız özünü bəyənənləri ayıltmaq üçün digər bir yoldan istifadə edərək Peyğəmbərə (s) göstəriş verir ki, onlara belə desin: «Yer üzündə gəzib-dolaşın, seyr edin, haqq-həqiqəti təkzib edənlərin acınacaqlı aqibətlərini öz gözlərinizlə müşahidə edin ki, bəlkə ayılasınız.»

Şübhəsiz, keçmişdə haqqı-həqiqəti tapdaladıqlarına görə məhvə məhkum edilən qövmlərin tarixi əsərlərini əyani şəkildə müşahidə etmək onların kitablarda olan tarixini mütaliə etməkdən qat-qat artıq təsirə malikdir. Çünki bu, həqiqətin əsərlərini daha çox göz önünə çəkir. Bilmək lazımdır ki, ötəri və səthi görüntülər mühüm deyil, işin axır-aqibətinin nə ilə nəticələnəcəyi çox mühümdür.

Haqq müxaliflərinin məğlubiyyətə uğrayıb süqut etməsi labüddür. Əgər bu barədə şəkk etsəniz tarixlərini oxuyub səfər etməklə onlardan qalan əsərləri görüb ibrət alın.

Yer üzündə seyr etməklə əlaqədar verilən fərman Quranda altı dəfə təkrar olunmuşdur. Təəssüflər olsun ki, kafirlər bu hökmə bizdən artıq əməl etmişlər. Onlar İslam ölkələrini qarış-qarış gəzib onların yeraltı-yerüstü sərvətlərindən, təbii ehtiyatlarından, mədəniyyət əsərlərindən, nəfis əlyazma nüsxələrindən və sənətkarlıq nümunələrindən, eləcə də cəmiyyətdəki zəif və qüvvətli cəhətlərindən agah olaraq onları qarət etmişlər. Müsəlmanlar isə dərin qəflət yuxusuna dalmışlar.


AYƏ 12:


﴿قُل لِّمَن مَّا فِي السَّمَاوَاتِ وَالأَرْضِ قُل لِلّهِ كَتَبَ عَلَى نَفْسِهِ الرَّحْمَةَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لاَ رَيْبَ فِيهِ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ﴾

TƏRCÜMƏ:


«De: “Göylərdə yerdə olan kimə məxsusdur?” De: “Allaha məxsusdur”. O (Özü) Özünə (bəndələrinə qarşı) rəhmli olmağı müəyyənləşdirmişdir. (Buna görə ) sizi (əvvəlincinizdən axırıncınızadək) mütləq barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət günündə bir yerə toplayacaqdır. (Lakin) özlərini uduzmuş ziyana salmış kəslər iman gətirməzlər

TƏFSİR:


«La rəybə fihi» (onda heç bir şəkk-şübhə yoxdur) cümləsi həm Quran, həm də Qiyamət barəsində qeyd olunmuşdur.

Allah bizim üçün müxtəlif vəzifələr müəyyən etməklə yanaşı, Özü üçün də bəzi vəzifələri, o cümlədən, insanları düz yola hidayət etmək, onlara ruzi verərək lütf və mərhəmət göstərmək və s. müqəddər etmişdir. Lakin ilahi rəhmətdən bəhrələnməyin şərti digər bəndələrə rəhm etməkdir.

Hədisdə qeyd olunur ki, «hər kəs rəhm etməsə ona da rəhm olunmaz».5 Allahın rəhməti genişdir. Cənab Salmanın Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyilir: «Allahın rəhməti yüz dərəcədir, onun yalnız bir dərəcəsi dünyada olan bütün mərhəmətlərinin mənşəyidir. Qiyamətdə Allah insanlarla rəhmətinin bütün yüz dərəcəsi ilə rəftar edəcəkdir.»6

Diqqət yetirmək lazımdır ki, dəlil əvəzinə nəfs istəklərinə tabe olmaq, Allah övliyalarının əvəzinə tağutun hüzuruna getmək, iman gətirib axirətə inanmaq əvəzinə küfr etmək, nura təslim olmaq əvəzinə oda təslim olmaq kafirlərin uğradığı ən böyük xəsarətlərdəndir.

Camaatın Əli ibn Əbu Talibə (ə) üz gətirməsindən, o Həzrətin (ə) möminlərə əmir təyin olunmasından sonra bu təyinata narazılıq edənlər, o Həzrətin (ə) Peyğəmbər (s) sünnəsi əsasında olan əməl və rəftarını bəyənməyənlər «Cəməl» və «Siffeyn» müharibəsini o Həzrətə (ə) qəbul etdirdilər və nəticədə müsəlmanlardan böyük bir qrupu qətlə yetirildi.

Lakin varlıq aləmi Allah tərəfindən olan rəhmət əsasındadır. İlahi rəhmət hər yerə və hər şeyə yayılmışdır. Quran ilahi rəhmətin hər şeyə şamil olduğunu bəyan edir («Əraf» surəsi ayə, 156) və bu rəhmətin çoxlu nümunələri vardır. O cümlədən:

Yağış («Şura» surəsi, ayə 28).

Külək («Əraf» surəsi, ayə 57).

Gecə-gündüz («Qəsəs» surəsi, ayə 73).

Peyğəmbər («Ənbiya» surəsi, ayə 107).

Quran («Əraf» surəsi, ayə 203).

Tövrat («Əhqaf» surəsi, ayə 12).

Azadlıq («Əraf» surəsi, ayə 72).

Həyat yoldaşına məhəbbət («Rum» surəsi, ayə 2).

Bitkilər və meyvələr («Rum» surəsi, ayə 150).

Tövbənin qəbul olunması («Zümər» surəsi, ayə 53).



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin