BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə7/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   2   3   4   5   6   7   8   9   10   ...   53

AYƏ 20:


﴿ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءهُمُ الَّذِينَ خَسِرُواْ أَنفُسَهُمْ فَهُمْ لاَ يُؤْمِنُونَ ﴾

TƏRCÜMƏ:


«(Səmavi) kitab verdiyimiz kəslər onu (Peyğəmbəri, kitablarında yazılanlar əsasında) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Lakin özlərini uduzmuş ziyana uğratmış kəslər iman gətirməyəcəklər

TƏFSİR:


Bu ayənin oxşarı eynilə «Bəqərə» surəsinin 146-cı ayəsində də gəlmişdir. Həm Peyğəmbərin (s) adı və əlamətləri Tövratda və İncildə var idi, həm kitab əhlinin alimləri onu «vədəsi verilən Peyğəmbər» adı ilə camaata xəbər vermişdilər, həm də o Həzrətin (s) özünün və onun tərəfdarlarının gözəl əxlaqa malik olacağı onların kitabında qeyd olunmuşdu.

Bu ayə kitab əhlinin Peyğəmbəri-Əkrəm (s) barəsində heç bir şahidlik vermədiyini iddia edənlərə aşkar şəkildə cavab verərək buyurur: «Asimani kitablar nazil etdiyimiz şəxslər Peyğəmbəri (s) öz övladlarını tanıdıqları kimi, çox yaxşı tanıyırdılar!» Ayənin axırında yekun bir nəticə kimi buyurulur: «Bu Peyğəmbərə yalnız o kəslər iman gətirməzlər ki, bu qədər açıq-aydın dəlillər və nişanələrlə yanaşı, həyatın ticarət bazarında hər şeyini əldən verib öz vücud sərmayələrini uduzmuş olsunlar.»


AYƏ 21:


﴿ وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللّهِ كَذِبًا أَوْ كَذَّبَ بِآيَاتِهِ إِنَّهُ لاَ يُفْلِحُ الظَّالِمُونَ ﴾

TƏRCÜMƏ:


«Kim Allaha qarşı yalan uydurmuş ya Onun ayələrini təkzib etmiş kəsdən daha zalımdır?! Şübhəsiz, zalımlar nicat tapmayacaqlar

TƏFSİR:


Quranda « mən əzləmu» (-dan da zalım kimdir) təbiri təqribən on beş dəfə gəlmişdir ki, bunlar da Allaha iftira yaxmaq, camaatın məscidə getməsinin qarşısını almaq, şəhadəti və haqqı gizlətməklə əlaqədardır. Bu da göstərir ki, insanların maddi və mənəvi inkişafının qarşısını almaq cəmiyyətə rəva görülən ən böyük zülm sayılır. Daş və taxta parçalarını Allahla eyni səviyyədə qərar vermək Ona zülmdür. Onlara pərəstiş etmək insaniyyətə edilən zülmdür və zalım şəxs də heç vaxt nicat tapmaz.

Zülmə məruz qalan şəxs nə qədər əziz və müqəddəs olsa zülmün də təhlükəsi bir o qədər çox olar. Buna görə də Allaha, Onun evinə zülm etmək, Onun müqəddəs zatına iftira yaxmaq zülmlərin ən pisidir. Həmçinin, insanların mədəniyyət və təfəkkürünə zülm etmək zülmlərin ən pisidir. Şirk, Allaha iftira yaxmaq, yalandan peyğəmbərlik iddiası etmək, bidət çıxarmaq, şəxsi rəylə təfsir etmək, haqqı gizlətmək və s. - bütün bunlar zülmün nümunələridir.


AYƏ 22:


﴿ وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُواْ أَيْنَ شُرَكَآؤُكُمُ الَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴾

TƏRCÜMƏ:


«(Yada salsınlar) o gün(ü) ki, onların hamısını (Qiyamət səhnəsində) bir yerə toplayacaq, sonra Allaha şərik qoşmuş kəslərəharadadır sizin (Bizim şəriklərimiz olmalarını) güman etdiyiniz şərikləriniz?! ( üçün sizin dadınıza çatmırlar?!)” deyəcəyik.»

TƏFSİR:


Əvvəlki ayədə qeyd olunurdu ki, haqqa iftira yaxmaq, onu təkzib edib gizlətmək əsasında zülm edərək müəyyən məqamlara çatan zalımlar heç vaxt nicat tapmazlar. Nicat tapanlar yalnız Qiyamət üçün qaneedici cavabları olacaq şəxslərdir. Qiyamətdə müşrikcəsinə olan yanlış xəyalların hamısı məhv olaraq aradan gedəcəkdir.

«Cəmiən» kəlməsindən məqsəd ya insanların hamısıdır, yaxud da müşriklərlə bütlərdir.

Bu ayə camaatın özü, həyat yoldaşları və məbudlarının dirildilməsi ilə əlaqədardır. Bu ayənin şirkə nəzər yetirdiyinə baxmayaraq, Allah vəlilərindən başqalarının rəhbərliyini qəbul edənlər, Allah övliyaları ilə müxalifətçilik edənlər də bir növ müşrik sayılır. «Camiə» ziyarətində deyilir: «(Ey Əhli-beyt!) Sizinlə müxalifət edən müşrikdir.» Əhli-beyt (ə) hədislərində belə qeyd olunur: «Bizim kəlamımızı yolumuzu rədd edənlər, Allahın kəlamını qəbul etməyənlər kimidir. Belə şəxslər müşriklərlə bərabərdir.»


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin