BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə21/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

AYƏ 65-66:


﴿قُلْ هُوَ الْقَادِرُ عَلَى أَن يَبْعَثَ عَلَيْكُمْ عَذَابًا مِّن فَوْقِكُمْ أَوْ مِن تَحْتِ أَرْجُلِكُمْ أَوْ يَلْبِسَكُمْ شِيَعاً وَيُذِيقَ بَعْضَكُم بَأْسَ بَعْضٍ انظُرْ كَيْفَ نُصَرِّفُ الآيَاتِ لَعَلَّهُمْ يَفْقَهُون. وَكَذَّبَ بِهِ قَوْمُكَ وَهُوَ الْحَقُّ قُل لَّسْتُ عَلَيْكُم بِوَكِيلٍ َ﴾

TƏRCÜMƏ:


65. «De: “O sizə başınızın üstündən (daş, ildırım Cəhənnəm çınqılı), ya ayaqlarınızın altından (zəlzələ yerə batırmaq kimi) əzab göndərməyə (yaxud yuxarı zalım təbəqədə olanları aşağıdakılara hakim etməyə ya aşağı təbəqəni yuxarı təbəqənin əleyhinə qaldırmağa) yaxud sizi dəstə-dəstə (edib) bir-birinizin canına salmağa bəzinizin əzabınızı bəzinizə daddırmağa qadirdir.” Gör Biz (Öz tovhid əzəmətimizin) müxtəlif ayə nişanələri(ni) necə gətiririk (ki), bəlkə başa düşdülər.»

66. «Sənin qövmün onu (Quranı) haqq olmasına baxmayaraq təkzib etdi. De: “Mən sizin üzərinizdə vəkil nəzarətçi deyiləm (ki, sizləri nəyəsə məcbur edəm, əmrdən çıxanı cəzalandıram itaət edənlərə mükafat verəm. Mənim vəzifəm buyurulanları çatdırmaqdır).”»

TƏFSİR:

NÖVBƏNÖV ƏZABLAR


Bu ayədə Allah-təala müxtəlif tərbiyəvi yolların təkmil olunması üçün ilahi əzab və cəzalandırma ilə təhdid edir. Yəni Allah-təala rəhm edənlərin ən mərhəmətlisi olmaqla, pənahsızlara sığınacaq verməklə yanaşı, həm də inadkarlardan və tüğyançılardan şiddətlə intiqam alan və qəhhardır.

Bu ayədə Peyğəmbərə (s) buyurulur ki, günahkarları və cinayətkarları üç növ əzabla təhdid etsin: Yuxarıdan gələn əzablar, aşağıdan gələn əzablar və onların arasında müharibə və qan axıdılmasının yaradılması. Buna görə də buyurulur: De: “Allah yuxarıdan əzab göndərməyə qadirdir. Belə ki, Lut qövmünə asimandan əzab göndərmiş, fil səhabələrinin başına daş yağdırmış, Nuhun qövmünə tufan göndərmiş, Səmud səhabələrinə asimani qulaqbatırıcı (tükürpədici) səs nazil etmiş, Ad qövmünə külək göndərmişdir. Eləcə də hal-hazırda asimani bəla kimi atom bombasını, uzaq mənzilli raketləri, kimyəvi bombaları, aşağı tərəfdən isə zəlzələ, yerin parçalanıb batması, eləcə də fironçuların qərq olması, Qarunun yerə batması, vəba, taun xəstəlikləri, qıtlıq, aclıq və s. kimi bəlaları sizə göndərməyə, yaxud sizi pərakəndə dəstələr şəklində bir-birinizin canına salmağa, bəzilərinin vasitəsilə başqalarına müharibə və qan axıdılmasını dadızdırmağa qadirdir.

Cəmiyyətdə ixtilaf, ikitirəlik və pərakəndəlik o qədər təhlükəli məsələdir ki, asimani əzablar, ildırımlar və zəlzələlərlə eyni səviyyədə tutulur. Doğrudan da belədir. Hətta ictimai ixtilaf və pərakəndəliklərdən yaranan bəzi dağıntılar ildırım və zəlzələrdən yaranan dağıntılardan qat-qat güclüdür. Çox görünmüşdür ki, abad ölkələr nifaq və təfriqə sayəsində mütləq məhvə doğru sürüklənmişdir və bu da bütün dünya müsəlmanlarına ciddi xəbərdarlıqdır!

Ayənin axırında buyurulur: Gör müxtəlif dəlil və nişanələri dərk edib haqqa doğru qayıtmaqlarından ötrü onlar üçün necə xatırladırıq!

66-cı ayə və ondan sonrakı ayə həqiqətdə Allaha, məada, İslam həqiqətlərinə dəvət və ilahi cəzalarla qorxudulma ilə əlaqədar nazil olmuş əvvəlki ayələrdəki bəhsləri təkmilləşdirir.

Əvvəlcə buyurulur: Sənin qövmün, yəni Qüreyş qəbiləsi və Məkkə əhalisi sənin gətirdiyin təlimləri təkzib edirlər. Halbuki bu təlimlərin hamısı haqdır; əql, fitrət və hiss yolları ilə olan müxtəlif dəlillər də onları təsdiqləyir. Buna əsasən, müxaliflərin və inkarçıların çoxluğuna baxmayaraq, bu həqiqətlərin təkzib və inkar edilməsi onların əhəmiyyətini əsla azaltmır.



Sonra göstəriş verilir ki, onlara belə desin: Mənim yeganə vəzifəm ilahi risaləti çatdırmaqdır və sizin qəbul edib-etməməyinizə vəkil deyiləm. Burada vəkil dedikdə məqsəd başqalarının zamini və əməli hidayətlərinin məsuliyyətini daşıması nəzərdə tutulur.22

Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin