BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə31/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

AYƏ 97-98:


﴿ وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ. وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَفْقَهُونَ ﴾

TƏRCÜMƏ:


97. «Həmçinin quru dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tövhid, qüdrət hikmət) ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq

98. «Sizi bir nəfsdən (möcüzəvi yolla gildən yaradılmış Adəm adlı ilk insandan Adəmin, yaradılışı ona oxşar olan Həvva adlı bir fərdlə evlənməsindən bu ikisinin nəslinin törəyərək artmasından) yaradan Odur. Beləliklə, sizdən bəzisi (dünyada) yerləşib bəzisi (hələlik ataların belləri anaların bətnində) əmanət qoyulmuşdur. Biz (Öz qüdrət hikmət) nişanələri(mizi) dərindən düşünən (başa düşən) dəstə üçün ətraflı açıqladıq

TƏFSİR:


97. Mütəal Allah əvvəlki mətləblərin davamı olan bu ayədə Özünün qüdrət və yeganəliyinə dair bir dəlil olan mətləbləri bəyan edir. Əvvəlcə buyurur: Allah o kəsdir ki, ulduzları sizin mənafeyiniz üçün yaratdı ki, onun işığından, çıxdığı yerdən və səmadakı mövqeyindən istifadə edərək səhralarda yolunuzu tapasınız. Çünki onların bəzisi insanın qarşısında, bəzisi arxasında, bəzisi sağ tərəfində, bəzisi isə sol tərəfində qərarlaşır. Ulduzlar səfərdə qibləni tapmaq, gecənin hansı saatının olmasını ayırd etmək, səhralarda və dənizlərdə yolu tapmaqda camaata yol göstərir.

Bəlxi deyir:«Litəhdədu biha» cümləsi ulduzların yalnız camaata yol göstərilməsi üçün yaradıldığına dəlalət etmir. Əksinə, Allah-təala ulduzları, onların malik olduqları sonsuz mühüm mənfəətlər üçün xəlq etmişdir. Əgər bir şəxs böyüklü-kiçikli bütün ulduzlar, onların yerləri, orbit və hərəkətlərinin müxtəlifliyi barəsində tədqiqat aparsa, günəşin və ayın faydaları, onların bitki və heyvanların inkişaf etməsindəki mühüm təsirlərinə diqqət yetirsə, bu müddəanın düzgünlüyünü dərk edər. Əgər onlar yalnız insanlara yol göstərmək üçün yaradılmış olsaydı, bəzilərinin böyük, bəzilərinin kiçik və onların hərəkət orbitlərinin müxtəlif olmasının mənası olmazdı.

Əli ibn İbrahimin təfsirində qeyd olunur ki, «nücum» dedikdə məqsəd Ali-Məhəmməddir (s).

Axırda buyurulur: Biz Öz dəlil və ayələrimizi camaat üçün bəyan edirik ki, təfəkkür yolu ilə elm əldə etsinlər.

98. Bu ayədə belə buyurulur: Allah sizi bir nəfərin sülbündən – Həzrət Adəmdən (ə) yaratmışdır. Çünki bizim hamımız Adəmdən (ə) yaradılmışıq. Bu özü də Allahın insanlara qoyduğu minnətlərdən biridir. Çünki insanların hamısının bir atadan dünyaya gəldiyi üçün onların arasında qarşılıqlı həmkarlığa, dostluğa, ülfətə münasib şərait yaranır.

Sizin ana bətnində bir yeriniz, qəbirdə, oradan qalxdığınız vaxta qədər isə digər bir mənziliniz vardır. Başqa sözlə desək, sizin yer üzündə də, Allah dərgahında da mənziliniz vardır. Biz Öz ayələrimizi düşüncəyə malik olub ibrət alanlar üçün müfəssəl şəkildə bəyan edirik.



«Düşüncə qüdrətinə malik olanlar üçün bəyan edirik» buyurulmasının səbəbi bundan ibarətdir ki, Qurandakı dəlillərdən yalnız onlar istifadə edirlər. Eləcə də Quranın hidayətindən yalnız müttəqilər bəhrələnirlər. Bu cümlə həm əvvəlki ayədə, həm də bu ayədə təkrar olunur ki, bu mətləblərdən hər birinin diqqət yetiriləsi olduğu aydınlaşsın, Allahın yeganə və əzəmətli olmasını göstərsin.

AYƏ 99:


﴿وَهُوَ الَّذِيَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَأَخْرَجْنَا بِهِ نَبَاتَ كُلِّ شَيْءٍ فَأَخْرَجْنَا مِنْهُ خَضِرًا نُّخْرِجُ مِنْهُ حَبًّا مُّتَرَاكِبًا وَمِنَ النَّخْلِ مِن طَلْعِهَا قِنْوَانٌ دَانِيَةٌ وَجَنَّاتٍ مِّنْ أَعْنَابٍ وَالزَّيْتُونَ وَالرُّمَّانَ مُشْتَبِهًا وَغَيْرَ مُتَشَابِهٍ انظُرُواْ إِلِى ثَمَرِهِ إِذَا أَثْمَرَ وَيَنْعِهِ إِنَّ فِي ذَلِكُمْ لآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ﴾

TƏRCÜMƏ:


« göydən (yağış, qar dolu şəklində) su nazil edən Odur. Beləliklə onun vasitəsilə (torpağın altından) bütün bitki növlərini (bütün toxumların bitkisini) çıxartdıq. Sonra ondan tumurcuq yamyaşıl bir gövdə yetişdirdik ki, ondan (da dənli bitkilərin) üst-üstə yığılmış dənləri(ni) çıxardırıq. Xurma ağacının tumurcuğunun bir-birinə yaxın salxımları vardır. Həmçinin üzüm ağaclarından bağlar, (eləcə ) bir-birinə oxşayan oxşamayan zeytun nar (ağacları yetişdiririk). Bar verərkən onun meyvəsinə necə yetişməsinə baxın. Şübhəsiz onlarda iman gətirən dəstə üçün (Allahın tovhid, qüdrət hikmətini göstərən) nişanələr vardır

TƏFSİR:


Əvvəlki ayələrdə Allahın vəhdət və əzəmətinin isbat olunması ilə əlaqədar qeyd olunan mətləblərin ardınca bu ayədə buyurulur: Biz buluddan sizin üçün yağış göndərdik və onun vasitəsilə hər şeyi inkişaf etdirdik. Yəni heyvanların, quşların və insanların qidası onun vasitəsilə vücuda gəlir. Deməli, «nəbatə kulli şəyin» dedikdə, məqsəd cücərib inkişaf edən hər bir şeydir.

Ayənin mənasının belə də olması mümkündür: «yağışın vasitəsilə hər növ bitkiləri yaşıllaşdırdıq». Buna əsasən, «nəbatə kulli şəy» dedikdə məqsəd müxtəlif növ bitkilərdir. Çünki su bitkilərin yaranıb inkişaf etməsinə səbəb olur.

Biz sudan (yaxud bitkidən) yaşıllıqlar, onlardan dən və budaq, o cümlədən küncüt, buğda və s. kimi sünbüllər çıxarırıq. Xurma ağacından müxtəlif salxımlar çıxardırıq ki, bəzən əlçatmaz yerlərdə olur və meyvəsinə əl çatmır. Bəzi hallarda alçaqda olur və meyvəsini asanlıqla əldə etmək olur. Bu şərif ayədə yalnız ikinci qism bəyan olunmuş və birinin qeyd olunması ilə kifayətlənmişdir. Çünki digər qismi mövcud əlamətlərlə dərk edilə bilər.

Bəzi təfsirçilər demişlər ki, «daniyə» kəlməsindən məqsəd barının ağırlığına və çoxluğuna görə əyilib yerə yaxınlaşan bəzi xurma ağaclarıdır.

Bunu da nəzərə almaq lazımdır ki, təkcə xurma ağacında deyil, başqa ağaclarda da dəri və qılaf vardır. Buna baxmayaraq, mütəal Allah yalnız xurma ağacının adını qeyd edir. Çünki, onun çoxlu faydaları, tərkibində çoxlu qida maddələri və vitaminlər vardır.34

«Suyun vasitəsilə üzüm bağlarını, zeytun nar ağacı vücuda gətiririk» cümləsində zeytunla narın birlikdə qeyd edilməsinin səbəbi ərəblərin nəzərində onların şaxələrinin hər yerinin yarpaqla örtülməsidir.

Bu ağacların özləri bir-birinə oxşardır. Amma meyvələri tamamilə fərqlidir. Bəziləri deyirlər ki, məqsəd onların yarpaqlarının bir-birinə oxşar, meyvələrinin isə fərqli olmasıdır. Daha üstün nəzər isə budur ki, onların hamısı müəyyən cəhətlərdən bir-birinə oxşar, digər cəhətlərdən isə fərqlidir.

Ağacların necə meyvə verməsinə ibrət nəzəri ilə baxın, görün ki, onların meyvəsi necə də yetişərək sizin istifadənizə verilir. Yəni bu mərhələlərdə – meyvənin budaq üstündə (tumurcuq şəklində) yarandığı ilk gündən yetişdiyi vaxta qədər onun dadı, rəngi, iyi, böyük və kiçikliyində baş verən müxtəlif dəyişikliklər barədə axtarış aparın ki, Yaradanın xilqət və tədbirindəki gözəllikləri görə biləsiniz.

Bəli, meyvələrin və bitkilərin yaradılışı barədə fikirləşməkdə, onların arasında mövcud fərqlərdə, quruluşlarındakı çox dəqiq və məharətli işlərə diqqət yetirməkdə imanlılar üçün aydın və qaneedici dəlillər vardır və onların xilqət aləmini elm və hikmət əsasında zinətləndirən bir Xaliqi olduğunu isbat edir.

Müasir dövrdə meyvələrin necə əmələ gəlib yetişməsi barəsində oxuduqlarımıza diqqət yetirməklə Quranın meyvələr haqqında verdiyi xüsusi əhəmiyyət və incəlik aydın olur. Çünki meyvələrin yaranması eynilə heyvanlar arasındakı nəsil artımına bənzəyir: nütfələr müxtəlif vasitələrlə (külək, həşərat və s.) xüsusi kisələrdən ayrılaraq bitkinin dişi hüceyrələrinə düşür və tozlanma baş verdikdən, bir-biri ilə birləşdikdən sonra toxum əmələ gəlir. Onun ətrafını örtən müxtəlif qida maddələri eynilə heyvanlardakı ətə oxşayır. Bu qida maddələri quruluşca növbənövdür. Qida maddələri dad, tərkib xüsusiyyətləri və müalicəvi əhəmiyyət baxımından bir-biri ilə son dərəcə fərqlənirlər. Bəzən bir meyvənin (misal üçün, üzüm və narın) yüzlərlə dənəsi var. Onların hər bir dənəsi də öz növbəsində bir ağacın toxumu hesab olunur və çox mürəkkəb bir tərkibi təşkil edirlər.

Digər tərəfdən, meyvənin kal olduğu vaxtdan tamamilə yetişdiyi vaxta qədər ötüb keçdiyi müxtəlif mərhələlər çox maraqlıdır. Çünki meyvənin daxilində olan «labaratoriyalar» daim işlə məşğuldur və onun kimyəvi tərkibi mütəmadi olaraq dəyişilir. Nəhayət, axırıncı mərhələyə çatdıqda, kimyəvi tərkibi sabit qalır.

Bu mərhələlərin hər biri Yaradanın qüdrət nişanələrini və əzəmətini göstərir. Lakin Quranın öz təbiri ilə desək, bunları yalnız imanlılar, yəni haqqı görən, həqiqəti axtaranlar görüb dərk edirlər. Amma inadkar, yaxud etinasız və şəxsiyyətsiz adamlar bu həqiqətlərdən heç birini görmürlər.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin