BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə41/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

AYƏ 129:


﴿ وَكَذَلِكَ نُوَلِّي بَعْضَ الظَّالِمِينَ بَعْضًا بِمَا كَانُواْ يَكْسِبُونَ ﴾

TƏRCÜMƏ:


«Beləcə əldə etdiklərinin (günahlarının) cəzası olaraq zalımların bəzisini (digər) bəzisinə hakim edərik

TƏFSİR:


Həmçinin imtahan məqsədilə zalımları onların özünə həvalə edər, onları bir-birinə dost edərik ki, bir-birinin işlərinə maraq göstərsinlər. Nəhayət, onları cəzalandırarıq. Bu cəza onlara layiq olan miqdarda olar. Buna görə də Qiyamət günündə cinlərdən və insanlardan olan bu zalımları bir-birinə həvalə edərik, onlar isə nifrət hissi ilə bir-birindən uzaqlaşmağa can atar. Başqalarına tabe olanlar tabe olduqları şəxsə həvalə edilər və onlara «Gedin! Onlar sizi cəhənnəm odundan xilas etsinlər.» deyilər. Məqsəd budur ki, Qiyamət günündə onları əzabdan xilas edə biləcək heç bir dost və köməkçi olmadığı onlara bildirilər.

Başqa sözlə desək, onların arasında mövcud olan dostluq və məhəbbətə görə onları bir-birinin ardınca cəhənnəmə daxil edərik.


AYƏ 130:


﴿يَا مَعْشَرَ الْجِنِّ وَالإِنسِ أَلَمْ يَأْتِكُمْ رُسُلٌ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ آيَاتِي وَيُنذِرُونَكُمْ لِقَاء يَوْمِكُمْ هَـذَا قَالُواْ شَهِدْنَا عَلَى أَنفُسِنَا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا وَشَهِدُواْ عَلَى أَنفُسِهِمْ أَنَّهُمْ كَانُواْ كَافِرِينَ﴾

TƏRCÜMƏ:


«(Qiyamət günü Allah tərəfindən xitab olunacaqdır ki): “Ey cin ins (insan) tayfası, məgər sizə özünüzdən Mənim ayələrimi (təkrar-təkrar) sizə oxuyan sizi bu günkü görüşünüzdən qorxudan peyğəmbərlər gəlmədi?” deyərlər: “Biz öz əleyhimizə şəhadət veririk (bəli, peyğəmbərlər gəldilər qorxutdular).” Dünya həyatı onları aldatdı (buna görə ) özlərinin əleyinə şəhadət verərlər ki, kafir olublar

TƏFSİR:


Allah Qiyamət günündə zalımlara və şeytansifətlərə buyurar: Ey cinlərdən və insanlardan olanlar! Sizi hidayət etmək üçün özünüzdən olan peyğəmbərlər göndərmədikmi?

Əlbəttə, bütün peyğəmbərlər insan olmuşdur. Amma peyğəmbərlərin bir qrupdan olmasına baxmayaraq, bütün cinlərə və insanlara xitab olunduğuna görə hər iki qrupa nisbət verilir ki, həmin münasibətə riayət olunsun.

Bu peyğəmbərlər Mənim açıq-aydın dəlil və nişanələrimi sizə oxuyur, sizi belə bir gündəki görüşdən qorxudurdular. Hamılıqla deyərlər: Biz öz əleyhimizə şəhadət veririk.

Qiyamətdə günahkarların Allahın hüzurunda etdikləri bu iqrar və etirafları göstərir ki, Allahın höccətinin onlar üçün tamam olduğunu, Allahın onlar üçün peyğəmbərlər və hidayətçilər göndərdiyini qəbul etmişlər.

İbn Abbasdan nəql olunur ki, peyğəmbər insanların arasından seçilir. İnsanlardan olan peyğəmbərlər də cinlərə onların özlərindən olan bir nümayəndə və rəsul təyin edir.

AYƏ 131:


﴿ ذَلِكَ أَن لَّمْ يَكُن رَّبُّكَ مُهْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا غَافِلُونَ ﴾

TƏRCÜMƏ:


«Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir

TƏFSİR:


Allahın əbədi qanunlarından biri də budur ki, düz yolu əyri yoldan, haqqı batildən seçmək üçün peyğəmbərlər göndərir, müxtəlif xatırlatmalar və xəbərdarlıqlar vasitəsilə haqqı, həqiqətləri insanlara bəyan edir, höccəti tamamlayır. Məhz belə olan surətdə əgər etinasızlıq eləsələr, cəzalandırılarlar. Bu ümumi və külli bir qanun çoxlu ayələrdə bəyan edilir. O cümlədən «Şüəra» surəsinin 208-ci ayəsində belə buyurulur: «Biz heç bir məmləkətin əhalisini ora peyğəmbərlər göndərməmiş həlak etmədik.» «İsra» surəsinin 15-ci ayəsində isə belə buyurulur: «Biz onlara peyğəmbər göndərməyincə onları əzaba düçar etmədik.»

Deməli, ilahi cəzalar Allahın rübubi məqamının tələb etdiyi ədalətdən irəli gəlir. Buna görə də xatırlatma və bəyan olmadan cəzalandırmaq qəbahətli bir zülm sayılır.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin