BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 3,25 Mb.
səhifə5/53
tarix22.10.2017
ölçüsü3,25 Mb.
#11497
1   2   3   4   5   6   7   8   9   ...   53

AYƏ 13:


﴿ وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾

TƏRCÜMƏ:


«Gecə gündüz (çərçivəsin) qərar tutmuş (yəni yer kürəsində, eləcə günəşin digər planetlərində onun nur kölgəsinin əhatə dairəsində olan hər bir) şey Ona məxsusdur Odur eşidən bilən!»

TƏFSİR:


Gecə-gündüz, özündə həm insanlara, həm də digər varlıqlara aramlıq bağışlayan bir beşiyə bənzəyir. Bəzi varlıqlar gecə, bəziləri isə gündüz istirahət edir. Buna əsasən, aşkarda və gizlində olan bütün varlıq sistemi Allaha məxsusdur. Həm də onlara nəzarət etmək Onun işidir.

AYƏ 14:


﴿ قُلْ أَغَيْرَ اللّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالأَرْضِ وَهُوَ يُطْعِمُ وَلاَ يُطْعَمُ قُلْ إِنِّيَ أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ وَلاَ تَكُونَنَّ مِنَ الْمُشْرِكَينَ ﴾

TƏRCÜMƏ:


«De: “Göylərin yerin yaradanı olan (başqalarını) yedizdirib Özü yedizdirilməyən Allahdan qeyrisinimi özümə başçı yardımçı götürüm?!” De: “Həqiqətən, mənə İslamı qəbul edən ilk şəxs olmağım əmr olunmuşdur (mənə deyilmişdir ki,) əsla müşriklərdən olma(yım).”»

TƏFSİR:


Bu ayədə də əsas hədəf tövhidi isbat etmək, şirk və bütpərəstliklə mübarizə aparmaqdır. Müşriklər dünyanın yaradılışının Allaha məxsus olduğunu qəbul etmələrinə baxmayaraq, bütləri özləri üçün bir sığınacaq yeri seçirdilər.

Quran bu yanlış təsəvvürləri və xurafatları dəf etmək üçün Peyğəmbərə (s) göstəriş verib buyurur: «Onlara de ki, Allahdan başqasınımı özümə hami və pənahgah seçim? Halbuki O, yerlərin və göylərin yaradanıdır. Bütün canlı varlıqlara ruzi verəndir. Özü isə ruzidən ehtiyacsızdır.»

Diqqət yetirmək lazımdır ki, burada Allahın yalnız bəndələrə təam və ruzi vermək sifəti üzərində təkid olunur. Bu təbirin səbəbi bəlkə də bu ola bilər ki, insanların öz maddi həyatında ən çox asılılığı həmin maddi ehtiyacdır. Başqa sözlə desək, bir tikə çörəyə olan ehtiyac insanları sərvətlilərin, mal-dövlət sahiblərinin qabağında əyilməyə vadar edir. Hətta, bəzi vaxtlar onların qarşısında pərəstiş həddinə qədər əyilirlər.

Yuxarıdakı ayədə buyurulur: «Sizin ruziniz bu kimi adamların deyil, yalnız Allahın əlindədir.» Daha sonra Peyğəmbərə (s) şirk ayininə qoşulmağı təklif olaraq irəli sürənlərin cavabında belə buyurulur: Mənim əqlim yeganə arxalanacağımın və rəhbərimin asimanların və yerin yaradanı olduğuna əmr etdikdən əlavə ilahi vəhy də mənə göstəriş verir ki, ilk müsəlman olum və qətiyyən müşriklərlə bir cərgədə olmayam.


AYƏ 15:


﴿ قُلْ إِنِّيَ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ ﴾

TƏRCÜMƏ:


«De: “Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük günün əzabından qorxaram.”»

TƏFSİR:


Qorxu iki qismdir: 1. Təqdir edilməyən qorxu. Məsələn, cihaddan qorxmaq kimi. 2. Bəyənilən qorxu, məsələn, ilahi əzabdan olan qorxu kimi.

Allahın qanunları bütün insanlar üçün eynidir. Əgər Allahın Peyğəmbəri (s) belə, günah edərsə, onun cəzasına düçar olacağından qorxmalıdır. Əlbəttə, Allah övliyaları yalnız ilahi qəzəb və qəhrdən qorxurlar. Onlar heç vaxt camaatdan və tağutlardan qorxmazlar.

Qorxu insanın azığınlığa düşməsinin və xətaya yol verməsinin qarşısını alan mühüm bir amildir.

Bütün höccətlərin mövcud olması ilə belə, Onun fərmanları qarşısında itaətsizlik etmək öz ardınca əzabı gətirir. (Məsələn, Allah həm xaliqdir, həm ruzi verən. Həm Onun əmrlərinə təslim olmağı, həm də şirkdən uzaq olmağı əmr edir).


AYƏ 16:


﴿ مَّن يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ ﴾

TƏRCÜMƏ:


«(O əzab) həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir odur aşkar uğur qurtuluş!»

TƏFSİR:


Peyğəmbəri-Əkrəm (s) buyurur: «Canım əlində olan Allaha and olsun ki, Qiyamətdə heç kim öz əməli ilə behiştə getməz!» Soruşdular: «Hətta siz də, ya Rəsuləllah?» Buyurdu: «Hətta mən ! Amma əgər Allahın fəzl mərhəməti məni xilas etsə, onda ayrı məsələ.» Sonra mübarək əllərini başına qoyub yuxarıdakı ayəni tilavət etdi.7

Təhlükə hamının qarşısındadır və ilahi əzabdan qurtuluş da xüsusi mərhəmət tələb edir ki, şəxsə şamil olsun. Qurtuluş yalnız Allahın qəhrindən nicat tapmaq sayəsində müyəssər ola bilər.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin