BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə16/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

İYİRMİ SƏKKİZİNCİ FƏSİL


ŞAHİD GƏTİRİLMƏSİ MÜMKÜN OLMAYAN HALLAR

1-KARLIĞIN YOXLANMASI


Bir nəfər böyük bir sümük parçasını başqasının qulağına çırpdı, vurulan şəxs zərbə nəticəsində eşitmə qabiliyyətini itirdiyini iddia etdi. Əli (ə.s) buyurdu: – Bir il ərzində onu nəzarət altında saxlayın və bə`zən ona qəfildən bir şey edin. Əgər eşitməsi sübuta yetərsə, yaxud iki adil buna şəhadət verərsə, diyə ala bilməz, əks halda eşitməməyinə dair and içərək qulağının diyəsini almalıdır.

Bə`ziləri dedilər: – Ya Əmirəl-mö`minin! Əgər (karlığından) bir il keçdikdən sonra onun eşitməsi sübut olunarsa, hökmü nədir?

İmam (ə.s) buyurdu: – Bunun heç bir tə`siri yoxdur. Ola bilsin ki, Allah eşitmə qabiliyyətini bir ildən sonra (yenidən) ona mərhəmət etsin.[355]

Həzrət imam Riza (ə.s)-ın Əli (ə.s)-dan nəql etdiyi rəvayətin davamında buyurulur ki, «əgər iddia olunan şey bütün eşitmə duyğularının əldən verilməsi olarsa... ağır yuxuya gedənə qədər bir müddət gözləyər və bu zaman onun üstünə çığırarlar.»[356]


2-GÖRMƏ, İYBİLMƏ VƏ DANIŞIQ QABİLİYYƏTİNİN YOXLANMASI


Əli (ə.s)-dan soruşdular ki, bir nəfər başqasının başına zərbə vurmuşdur, vurulan iddia edir ki, görmə, iy bilmə və danışıq qabiliyyətini itirmişdir. Əli (ə.s) buyurdu: – Əgər o düz deyirsə, ona üç diyə verilməlidir.

Soruşdular: – Bunu necə bilmək olar?



Əli (ə.s) buyurdu: – İybilmə qabiliyyətini itirib-itirməməsini belə yoxlamaq olar ki, yarı yanmış vəziyyətdə olan bir parçanı onun burnunun altına qoyarlar, əgər o şəxs öz yerində dayanıb hərəkət etmirsə, düz demişdir, əgər başını uzaqlaşdırsa və gözlərindən yaş axsa yalan demişdir. Görmə qabiliyyətini belə yoxlamaq olar; gözlərini günəşin qarşısında açıq saxlayın, əgər ixtiyarsız olaraq gözlərini qırpsa, yalan demişdir, əks halda düz demişdir. Danışıq qabiliyyətini də belə yoxlamaq olar; dilinə bir iynə batırsınlar, əgər qırmızı qan çıxsa yalan demişdir, əgər qara qan çıxsa düz demişdir.[357]

3-GÖRMƏ QABİLİYYƏTİNİN ZƏİFLİYİ


Bir nəfər başqasının gözünə bir zərbə vurmuş, nəticədə onun görmə qabiliyyəti zəifləmişdi, amma gözünün quruluşuna xəsarət dəyməmişdi. Həzrət Əli (ə.s) onu yoxlamaq üçün bir parça ilə onun sağlam gözünü bağladı, bir nəfərə də göstəriş verdi ki, yumurtanı eyibli gözünün müqabilində tutub yavaş-yavaş ondan aralansın. Nəhayət, müəyyən qədər aralandıqda vurulan şəxs iddia etdi ki, onu görmür. Həmin nöqtəyə işarə qoyub sağlam gözünü də həmin qaydada yoxladı. Sonra bu iki məsafənin arasındakı fərqi aydınlaşdırdı və həmin miqdarda ona cinayət ərşi verdi.[358]

4-HƏR İKİ GÖZÜN ZƏİFLİYİ


Bir nəfərin başına bir zərbə vurmuşdular, o Əli (ə.s)-ın yanına gəlib, bu zərbə nəticəsində hər iki gözünün zəiflədiyini iddia etdi. Həzrət onu bir yerdə oturtdu, bir yumurta ilə görmə qabiliyyətini dörd tərəfdən yoxladı, hər dörd tərəfdə bərabər olduğu halda onun iddiasında düzgün olduğunu bildi və qəbul etdi. Sonra onunla eyni yaşda olan bir kişini çağırıb onun yanında oturtdu, əvvəlcə onun gözünün görmə qabiliyyətini dörd tərəfdən yoxladı, sonra iki məsafənin fərqini tə`yin etdi və vurulan şəxsə həmin miqdarda diyə verdi. (Məsə-lən, əgər görmə qabiliyyəti yarıbayarı azalıbsa, gözün diyəsinin yarısı, əgər üçdə biridirsə, üçdə biri qədər və s.).[359]

5-ƏNİNİN YOXLANMASI


Bir qadın öz ərinin ənin olduğunu iddia edir, əri isə bunu inkar edirdi. Əli (ə.s) göstəriş verdi ki, qadınlar onun ərinin xəbəri olmadan həmin qadının bətninə xəluq (bir növ ətir adıdır) daxil etsinlər, sonra onun ərinə buyurdu: – Əgər alətin xəluqa çatırsa ənin deyilsən.[360]

6-DİLİN NAQİSLİYİ


Bir nəfər başqasına elə bir zərbə vurdu ki, vurulan şəxsin dilinin bir miqdarı kəsildi və nəticədə bə`zi hərfləri düzgün şəkildə tələffüz edə bilmədi. Münaqişəni Ömərə dedilər, amma Ömər onun hökmünü deyə bilmədi. Əli (ə.s) buyurdu: – Əlifba hərfləri (ərəb dilində-müt.) iyirmi səkkizdir, vurulan şəxs hərflərdən neçəsini tələffüz edə bilmirsə, həmin miqdarda da canidən cinayət ərşi alınmalıdır.[361]

İYİRMİ DOQQUZUNCU FƏSİL


XÜSUSİ AND

1-LAL ADAMIN AND İÇDİRİLMƏSİ


Əli (ə.s)-dan lal adamın necə and içdirilməsi haqda soruşduqda, buyurdu: – And olsun o Allaha ki, camaatın ehtiyaclarının hamısını aradan qaldırmayınca, məni dünyadan aparmadı. (Sonra buyurdu:) Mənim üçün bir Qur`an gətirin!

Qur`an gətirdilər, İmam (ə.s) lal şəxsə üz tutub buyurdu: – Bu nədir?

Lal kişi başını göyə qaldırıb Qur`an (səmavi kitab) olduğunu başa saldı. İmam (ə.s) buyurdu: – Onun qəyyumunu bura çağırın!

Qardaşını gətirdilər, İmam (ə.s) o kişini lal qardaşının kənarında oturtdu və buyurdu: – Ey Qənbər! Mənim üçün qələm-kağız gətir.

Qənbər qələm-kağız gətirdi, sonra lal kişinin qardaşına buyurdu ki, qardaşına de ki, səninlə düşmənin arasında qazi Əlidir. O kişi məsələni qardaşına başa saldı. Həzrət lalın boynundan vizrü-vəbalı götürən bir dua yazdı və onu suya salıb, buyurdu ki, bu suyu içsin. Lakin lal kişi suyu içməkdən imtina etdi. Bu zaman İmam Əli (ə.s) onu, öz borcunu qaytarmağa iltizamlı etdi.[362]

2-ZALIM ADAMI AND İÇDİRMƏK


Əli (ə.s) buyurub: «Əgər zalım bir adamı and içdirmək istəyirsinizsə, ona deyin ki, (and içərək) Allahın hövl və qüvvəsindən bezarlıq etsin. Əgər o, yalandan and içsə, dərhal cəzalandırılar. Amma əgər «yeganə Allaha and olsun!» – deyə and içərsə, onun cəzası dərhal çatmaz, çünki o, Allahın yeganəliyinə e`tiraf etmiş olur.»[363]

OTUZUNCU FƏSİL


ƏLAC YOLU

1-GÜZGÜ İLƏ KOR ETMƏK


Qeys qəbiləsindən bir qulam öz ağası ilə Osmanın yanına getdi. Qulam dedi ki, ağası ona şiddətli bir zərbə vurmaqla gözünü kor etmişdir, lakin gözü zahirdə sağlamdır. Ağası qula dedi: – Mən gözün diyəsini sənə verirəm, qisas almaq fikrindən keç.

Qulam isə diyə almaqdan imtina edərək yalnız qisas almaqla razılaşdı. Osman bu məsələnin hökmünü verməkdə aciz qaldığı üçün onları Əli (ə.s)-ın yanına apardı və o Həzrətdən hökm verməsini istədi. Ağası əvvəlcə bir, sonra isə iki kamil diyə verməyə belə razı oldu ki, qisas hökmündən keçsin, lakin qulam yenə də imtina edərək yalnız qisas alınmasına israr edirdi. Bu zaman Əli (ə.s) onun ağasından qisas almaq məqsədi ilə bir güzgü gətirdi, onu qızdırdı, sonra bir qədər pambıq istədi. Pambığı isladıb, onun gözünün ətraf hissələrinə və göz qapağının üstünə qoydu, gözünü günəşin qarşısında saxladı və buyurdu: – Sən güzgüyə bax!.

O, güzgüyə bir qədər baxdıqda gözü kor oldu, amma gözünün quruluşuna heç bir xəsarət dəymədi.[364]

2-ZƏNCİRİN ÇƏKİSİ


Ayağında zəncir olan bir qul iki nəfərin yanından keçəndə onlar həmin zəncirin çəkisinin nə qədər olması ilə əlaqədar mərcləşdilər. Onlardan biri dedi: – Əgər zəncirin ağırlığı filan miqdar olmasa, arvadım üç təlaq olsun (yə`ni boşansın)!

Digəri deyirdi: – Əgər sənin bu ehtimalın düz olsa mənim arvadım üç təlaq olsun!

Sonra hər ikisi qulamla birlikdə onun ağasının yanına getdilər və ona dedilər: – Sən zənciri aç, biz onun çəkisini bilək.

Qulamın ağası dedi: – Arvadım boşanmış olsun, əgər zənciri ondan açsam!

Hər üçü Ömərin yanına gedərək, ondan bu məsələni həll etməsini istədilər. Ömər dedi: – Qulamın ağasının andı o iki şəxsin andından irəlidir.

Sonra dedi: – Gəlin birlikdə Əliyyibni Əbi Talibin yanına gedək, bəlkə o bu məsələ barəsində bir tədbir görsün.

İmam (ə.s)-ın yanına gedib, hadisəni dedilər. Əli (ə.s) buyurdu: – Bunun cavabı necə də asandır!

Sonra göstəriş verdi ki, böyük bir qab gətirsinlər. Zəncirə nazik ip bağlayıb, qulamın ayağı ilə birlikdə qaba qoydular, sonra qabı su ilə doldurdular. Ondan sonra buyurdu: – İpdən yapışıb zənciri yuxarı qaldırın.

Zəncir sudan tamamilə çıxana qədər yuxarı qaldırdılar. Bu zaman suyun həcmi bir qədər azaldı. Əli (ə.s) buyurdu: – İndi su əvvəlki səviyyəyə çatana qədər qaba dəmir qırıntıları tökün!

Bu işi etdilər, sonra buyurdu: – İndi qabdakı dəmir qırıntılarını çəkin, zəncirin çəkisi elə onların çəkisi qədərdir.[365]


3-TƏDBİR


Bir nəfər Əli (ə.s)-ın yanına gəlib dedi: – Qarşımda bir qədər xurma var idi, birdən arvadım onlardan birini götürüb yedi. Mən and içdim ki, xurmanı yesə də, yeməsə də onu təlaq verim.

İmam Əli (ə.s) buyurdu: – Onun yarısını yesin, yarısını isə yeməyib atsın. Bu zaman sən öz andından xilas olarsan.[366]


4-ÇƏTİN AND


Bir nəfər and içmişdi ki, əgər Ramazan ayının günündə həyat yoldaşı ilə yaxınlıq etməsə, ona üç təlaq versin. Sonra Əli (ə.s)-ın yanına gəlib hadisəni dedikdə həzrət buyurdu: – Onu səfərə aparıb öz andına əməl et.[367]

5-DƏMİR QAPININ ÇƏKİSİ


Bir neçə dəmirçi müştərinin tə`yin etdiyi ölçüdə dəmir qapı hazırladılar. Müştərilər qapını evə aparanda yolda bir nəfərlə rastlaşdılar, o, qapının ağırlığı barəsində soruşdu. Onlar dedilər ki, ağırlığı filan qədərdir, amma həmin şəxs dedi ki, bunun ağırlığı heç vaxt siz deyən qədər olmaz. Alıcılar qayıdıb satıcıdan qapının qiymətini azaltmasını tələb etdilər. Lakin satıcı bu işdən imtina etdi. Aralarında münaqişə başlandı və Əli (ə.s)-ın yanına getdilər. İmam (ə.s) onlara buyurdu: – Qapını çaya tərəf aparın! (Qapını çaya apardılar, sonra buyurdu:) Onu qayığa qoyun və qayığın suya batdığı miqdarı nişanlayın! (Bu işi etdikdən sonra buyurdu:) İndi qapını qayıqdan yerə qoyub, həmin qayığa, həmin miqdarda suya qərq olana qədər çəkisi mə`lum olan xurma yükləyin. (Sonra buyurdu:) Qapının ağırlığı elə xurmanın ağırlığıdır.[368]

6-TƏNƏFFÜSDƏ EYİB


Bir nəfərin sinəsinə ağır bir zərbə vurmuşdular, o iddia edirdi ki, zərbə nəticəsində tənəffüsündə eyib əmələ gəlmişdir. Əli (ə.s)-a şikayət edib, onun mühakimə yürütməsini istədilər. Həzrət buyurdu: – Nəfəs bə`zi vaxtlar burunun sağ, bə`zi vaxtlar isə sol deşiyindən xaric olur. Sübh açılandan gün çıxana qədər əksər hallarda sağ deşiyindən xaric olur.

Sonra iddiaçının nəfəslərinin sayını həmin vaxtda tə`yin etdilər. Sabahı gün onunla eyni yaşda olan bir kişini həmin vaxtda yoxladılar, sonra ona varid olan nöqsana mütənasib olaraq canidən cinayət ərşi aldılar.[369]



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin