BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə21/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   18   19   20   21   22   23   24   25   26

QIRX BİRİNCİ FƏSİL

İDDİAÇI İKİ ÇƏTİNLİK ARASINDA


Bir qadın Əli (ə.s)-ın yanına gəlib dedi: – Ərim kənizimlə zina etmişdir.

Əli (ə.s) ona buyurdu: – Əgər düz deyirsənsə, ərini daş-qalaq edəcəyəm, əgər yalan deyirsənsə, ərinə töhmət vurduğun üçün sənə şallaq vuracağam.

Qadın dedi: – Məni öz əhlimin yanına qaytarın! Qəlbim qeyzdən və qeyrətdən od kimi yanır![436]

QIRX İKİNCİ FƏSİL


İQRAR

1-BİRBAŞA OLMAYAN İQRAR


Bir nəfər öz qulamını Əli (ə.s)-ın yanına aparıb dedi: – Bu qulam, icazəm olmadan izdivac etmişdir.

Həzrət ona buyurdu: – Onları bir-birindən ayır!

Ağası qulama üz tutub dedi: – Ey Allah düşməni, arvadına talaq ver!

Əli (ə.s) buyurdu: – Nə dedin?!

Kişi dedi: – Dedim ki, arvadına talaq ver.

Əli (ə.s) qulama üz tutub buyurdu: – İndi sən ixtiyar sahibisən – istəyirsən arvadına talaq ver, istəyirsən də onu saxla.

Qulamın ağası dedi: – Ya Əmirəl-mö`minin! Mənə aid olan haqqı necə başqasına verirsən?

Buyurdu: – Düzdür, lakin sənin iqrarın bunu tələb edir. Çünki sən öz qulamına «arvadına təlaq ver» deməklə onun izdivac etməyinə iqrar etmisən.[437]


2-VƏSİYYƏTDƏN İSTİNBAT


Bir nəfər başqasına on min dirhəm pul verib vəsiyyət etdi ki, oğlum böyüyəndən sonra istədiyin miqdarı ona verərsən. Vəsiyyət edən şəxs vəfat etdi. Onun oğlu böyüdükdən sonra vəsi Əli (ə.s)-ın yanına gəldi və vəsiyyət edən şəxsin vəsiyyətnaməsini oxuduqdan sonra dedi: – İndi vəsiyyət edən şəxsin övladına nə qədər pul verim?

Əli (ə.s) buyurdu: – Nə qədər vermək istəyərdin?

Kişi «min dirhəm» – deyə cavab verdi, Əli (ə.s) buyurdu: – İndi özün üçün saxlamaq istədiyin doqquz min dirhəmi ona ver, min dirhəmi özün üçün saxla.[438]

Səkkizinci fəslin doqquzuncu rəvayətində qeyd olundu ki, bir qadınla bir kişini Ömərin yanına gətirdilər, kişi arvada dedi: «Ey zinakar!»

Qadın da ona dedi: «Sən məndən də artıq zinakarsan!»

Bu zaman Ömər hər ikisinə hədd vurmaq istədi, lakin Əli (ə.s) buyurdu: – Kişiyə hədd vurulmur, lakin qadına iki hədd vurulmalıdır: iftira həddi və zina həddi. Çünki o, öz ərinə «sən məndən də artıq zinakarsan» dediyi zaman həm özünün zinakar olduğunu, həm də ondan az zina etdiyini iqrar etmişdir.


QIRX ÜÇÜNCÜ FƏSİL


GİZLİN ƏLAMƏTLƏR ÜZƏRİNDƏN HÖKM VERMƏ

1-BU, ALLAHIN HÖKMÜDÜR


Peyğəmbəri Əkrəm (s.ə.v.v.) çöl ərəbindən dörd yüz dirhəmə bir dəvə aldı. Ərəb pulu təhvil aldıqdan sonra fəryad edərək dedi: – Dirhəmlər də, dəvələr də mənimdir!

Elə bu vaxt Əbu Bəkr oradan keçirdi. Peyğəmbər (s.ə.v.v.) ona buyurdu: – Mənimlə bu ərəbin arasında qəzavət et!

Əbu Bəkr dedi: – Ərəb sizdən şahid istəyir!

Ömər də oradan keçəndə Peyğəmbər (s.ə.v.v.) ondan da mühakimə yürütməsini istədi, o da Əbu Bəkrin sözlərini bir daha təkrar etdi. Bu zaman Əli (ə.s) uzaqdan göründü. Peyğəmbər (s.ə.v.v.) ərəbə buyurdu: – Bu gələn cavanın bizim aramızda qəzavət etməsini istəyirsənmi?

Dedi: – Bəli!

Əli (ə.s) gəldi, ərəb öz iddiasını təkrarladı. Əli (ə.s) ərəbə buyurdu: – Dəvəni Peyğəmbərə ver!

Ərəb e`tina etmədi. O həzrət bu sözü üç dəfə təkrar etdikdən sonra, heç bir nəticə hasil olmadıqda, bir qılınc zərbəsilə onu yerə sərdi. Hicaz əhli deyirdi: «Bu zərbə ilə onun başı göyə uçdu!» İraq əhli isə belə deyirdi: «Onun bir üzvünü qırıb yerə sərdi.»

Sonra Əli (ə.s) Peyğəmbəri Əkrəm (s.ə.v.v.)-ə ərz etdi: – Ya Rəsuləllah!! Biz sizi vəhydə təsdiq edirik. Necə ola bilər ki, dörd yüz dirhəmdə təsdiq etməyək?![439]

Digər bir rəvayətdə deyilir ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v.) Əbu Bəkrlə Ömərə xitab edərək buyurdu: – Allahın hökmü sizin hökm etdiyiniz deyil, Əlinin hökm etdiyidir.

Müəllif: Əli (ə.s)-ın Allahın heyrətamiz məxluqu və Peyğəmbər (s.ə.v.v.)-in canı olmasına, o iki şəxsin isə Həzrət Əli (ə.s)-ın məqam və mənzilətinə çatmasının qeyri-mümkün olmasına baxmayaraq, Peyğəmbər (s.ə.v.v.)-in məqamına sair səhabələr qədərcə belə, diqqət yetirmirdilər.

Bu hadisənin oxşarında Xüzeymət ibni Sabit Peyğəmbər (s.ə.v.v.) üçün şahid istəmədi və həzrət buyurdu: – Necə olur ki, görmədən şahidlik edirsən?

Ərz etdi: – Ya Rəsuləllah! Biz sizi vəhydə və səmavi xəbərlərdə təsdiq etdiyimiz halda, necə mümkün ola bilər ki, yerə aid olan xəbərlərdə təsdiq etməyək?!

Peyğəmbər (s.ə.v.v.) onun şahidliyini qəbul etdi və onun bir şəhadətini iki şəhadət hesab etdi. Buna görə də o, «Zuş-şəhadəteyn» (İki şəhadət sahibi) ləqəbi aldı.

2-QÜDAMƏNİN ƏHVALATI


Qüdamət ibni Məz`un şərab içmişdi. Ömər qərara aldı ki, ona hədd vursun. Qüdamə dedi: – Mənə hədd vurmaq rəva deyildir, çünki Allah Qur`anda buyurur: «İman gətirən və layiqli işlər görənlər üçün – hərgah təqvalı olub iman gətirsələr və layiqli işlər görsələr – yedikləri şeylərdə heç bir günah yoxdur.»

Bu zaman Ömər onu cəzalandırmaq fikrindən döndü. Əli (ə.s) bunu eşidib Ömərin yanına getdi və dedi: – Nə üçün Qüdaməyə hədd vurmadın?!

Ömər dedi: – Qüdamə mənim üçün bir ayə oxudu və özünü o ayənin nümunələrindən hesab etdi.

Əli (ə.s) buyurdu: – Qüdamə bu ayənin buyurduğu nümunələrdən deyildir, çünki iman gətirib yaxşı iş görənlər heç vaxt haramı halal etmirlər. İndi Qüdaməni qaytarıb onu öz əməllərindən və sözündən tövbələt, sonra ona hədd vur! Əgər tövbə etməsə, qətlə yetir, çünki (bu halda) İslamdan xaric olmuş sayılır.

Ömər yenidən Qüdaməni çağırdı. O, hadisədən xəbər tutduqda Ömərin yanında peşman olduğunu bildirərək tövbə etdi. Ömər də onun qətlindən keçdi. Bu zaman ona şallaq vurmaq istədi, amma nə qədər vuracağını bilmədi. Yenidən Əli (ə.s)-dan bu barədə yol göstərməsini istədi. Həzrət buyurdu: – Onun həddi səksən şallaqdır, çünki şərab içən şəxs məst olur və o zaman ağzına gələnləri deyir, camaata töhmət vurur. Töhmətin də həddi səksən şallaqdır.

Ömər həzrət Əli (ə.s)-ın göstərişinə uyğun olaraq əməl etdi.[440]


3-FİDA VERMƏYİN BARƏSİNDƏ TƏFSİL


Əsbəğ ibni Nəbatə deyir: Əli (ə.s) özünün kafirlərin əlində əsir olan səhabələri barəsində dəqiq hökmdə buyurdu ki, onlardan hər birinin kürəyində yara olsa, ona fidyə verməyin; çünki o, müharibədən qaçmışdır. Hər kəs qabaq tərəfdən yaralanmış olsaydı, ona fida verərək azad edirdi.[441]

4-CİHAD EDƏNLƏRİN NİŞANƏSİ


Əmirəl-mö`minin Əli (ə.s) Cəməl, Siffeyn və Nəhrəvan müharibələrində öz səhabələrinin cənazələri arasında gəzir və diqqətlə baxırdı. Hər kəs arxadan yaralanmış olsaydı, onun üçün namaz qılmaz və «O, Allah yolunda cihaddan qaçmışdır.» – deyə buyurardı.

Amma qabaq tərəfdən yaralananlara namaz qılır və onları torpağa tapşırırdı.[442]



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin