BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə6/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   2   3   4   5   6   7   8   9   ...   26

SƏKKİZİNCİ FƏSİL


ZAHİRDƏ HƏR HANSI BİR MÖVZUYA DAXİL OLAN, GERÇƏKDƏ İSƏ ONDAN XARİC OLAN HADİSƏLƏRDƏ QƏZAVƏT

1-QARA DƏRİLİ ATA-ANANIN AĞ DƏRİLİ ÖVLADI


Bir nəfər həyat yoldaşını Ömərin yanına gətirib dedi: – Özüm də, bu arvadım da qara dəriliyik, amma o, ağ dərili bir uşaq doğmuşdur!

Ömər orada olanlara dedi: – Bu barədə sizin nəzəriniz nədir?

Dedilər: – Qadın daş-qalaq edilməlidir, çünki o və əri qara rəngli, övladı isə ağ rənglidir (yə`ni zina etmişdir)!

Ömər o qadının daş-qalaq edilməsinə hökm verdi. Mə`murlar onu cəzalandırmaq üçün apararkən yolda Əli (ə.s)-la qarşılaşdılar. Əli (ə.s) qadına və onun ərinə buyurdu: – Nə olmuşdur?

Onlar başlarına gələni söylədilər. Həzrət o kişiyə üz tutub buyurdu: – Öz arvadını (zinakarlıqda) müttəhim edirsən?

Dedi: – Xeyr.

Buyurdu: – Onunla heyz halında yaxınlıq etmisən?

Dedi: – Bəli. Bir gecə o, heyzli olduğunu iddia edirdi, mən də havanın soyuq olduğuna görə bəhanə gətirdiyini güman edərək onun sözünə əhəmiyyət vermədən yaxınlıq etdim.

O Həzrət qadına üz tutub soruşdu: – Ərin o halda səninlə yaxınlıq etmişdimi?

Dedi: – Bəli.

Sonra Əli (ə.s) onlara buyurdu: – Qayıdın, bu övlad sizin oğlunuzdur. Onun ağ dərili olmasının səbəbi budur ki, heyz qanı nütfəyə qələbə çalmışdır. Böyüdükdən sonra yenidən qara rəngli olacaqdır.

O Həzrətin buyurduğu kimi, uşaq böyüdükdən sonra dərisi qaraldı.[42]


2-ÖVLAD SƏNİNKİDİR!


Bir nəfər Əli (ə.s)-ın yanına gəlib dedi: – Ya Əmirəl-mö`minin! Mən həmişə arvadımla yaxınlıq edəndə mənini çölə tökürdüm. Lakin indi onun hamilə olduğunu görürəm.

Həzrət ona buyurdu: – Səni and verirəm Allaha de görüm, nə vaxtsa birinci yaxınlıqdan sonra bövl etmədən yenidən onunla yaxınlıq etmisənmi?

Dedi: – Bəli, belə bir hal olmuşdur.

İmam ona buyurdu: – Bu övlad sənin özünündür.[43]


3-QUR`AN ƏSASINDA İSTİDLAL


Heysəm adlı bir nəfər müharibədən qayıtdıqdan altı ay sonra arvadı uşaq dünyaya gətirdi. Heysəm o övladı özününkü hesab etməyərək Ömərin yanına getdi və hadisəni ona dedi. Ömər onun arvadının daş-qalaq edilməsinə dair hökm çıxartdı. Təsadüfən onu daş-qalaq etməzdən əvvəl Əli (ə.s) onu gördü və hadisədən agah oldu. Sonra Ömərə buyurdu: – Qadının sözünün düzlüyünü qəbul etməlisən. Çünki Allah-Taala Qur`anda buyurur: «Hamiləlik və südvermə dövrü otuz aydır.» («Əhqaf» surəsi, ayə:14). Başqa bir ayədə isə buyurur: «Analar gərək öz övladlarına iki il tamam süd versinlər.» («Bəqərə» surəsi, ayə:233). İyirmi dörd aylıq südvermə dövrünü otuz aydan çıxdıqda altı ay qalır ki, bu da hamiləliyin ən qısa dövrüdür.

Ömər dedi: – Əgər Əli olmasaydı, Ömər həlak olardı!

Sonra qadını azad etdi.[44]

4-BAKİRƏ QIZIN HAMİLƏ OLMASI


Osmanın xilafəti dövründə qoca bir kişi cavan bir qızla evləndi və bir müddətdən sonra qız hamilə oldu. Qoca kişi o qızın özündən hamilə olmasını inkar edirdi. Hadisəni Osmana dedilər, lakin o bu məsələnin hökmünü bilmədi. Sonra qızdan soruşdu: – Sən hal-hazırda bakirəsənmi?

Qız bu mətləbi iqrar etdi, Osman da ona hədd vurulmasını hökm etdi.

Əli (ə.s) bunu eşitdikdə Osmana buyurdu: – Bəlkə qoca kişi onunla yaxınlıq edən zaman iftizaza (bakirəliyin aradan getməsinə) səbəb olmadan qadının bətni nütfəni cəzb etmiş və hamilə olmuşdur?!

Kişi bunu təsdiq edərək dedi: – Bəli, mən həmişə nütfəni bətnin əvvəlinə tökmüşəm, amma heç vaxt iftizaz hasil olmayıb.

Əli (ə.s) buyurdu: – Bu qadın həmin kişidən hamilədir və o gördüyü bu işə (qadının onun özündən hamilə olmasını inkar etdiyinə) görə ədəbləndirilməlidir.

Osman da o Həzrətin göstərişi əsasında hökm verdi.[45]


5-ZİNA İTTİHAMI


Zinakarlıqla müttəhim olunan bir qızı Əli (ə.s)-ın yanına gətirdilər. Həzrət o qızın müayinə edilməsinə dair göstəriş verdi. Qadınlar müayinə etdikdən sonra «bakirədir» – deyə cavab verdilər. İmam (ə.s) buyurdu: «Mən heç vaxt bakirə qıza zina həddi icra etmərəm!»

Həzrət Əli (ə.s) belə hallarda qadınların şahidliyini kafi hesab edirdi.[46]


6-ZİNAYA MƏCBUR EDİLMƏ


Zina etmiş bir kişi ilə bir qadını Əli (ə.s)-ın yanına gətirdilər. Qadın and içərək deyirdi ki, kişi onu bu işə məcbur etmişdir. Həzrət onun iddiasını qəbul edərək onu cəzalandırmadı.

İmam Məhəmməd Baqir (ə.s) (bu hədisi nəql edərək) buyurur: «Əgər bu dövrün qazılarından belə bir hadisə barəsində soruşulsa, «qadının iddiası qəbul olunmur» - deyə cavab verə bilərlər.»[47]


7-ÜÇ DƏSTƏ İNSANLARIN TƏKLİFİ YOXDUR


Zina etmiş olan hamilə və dəli bir qadını Ömərin yanına gətirdilər, Ömər onun daş-qalaq olunmasına hökm verdikdə Əli (ə.s) ona buyurdu: – Məgər Rəsuli Əkrəm (s.ə.v.v.)-in «Üç dəstə insana təklif yoxdur: 1-Divanə (dəli), ağıllandığı vaxta qədər....» – deyə buyurduğunu eşitməmisənmi?[48]

8-ÜZÜRLÜ BƏHANƏ


Bir neçə nəfər Ömərin yanına gəlib bir qadının çöldə bir kişi ilə zina etdiyinə şəhadət verdilər və dedilər ki, o qadının əri vardır. Ömər onun daş-qalaq edilməsinə hökm verdi. Qadın Allahın dərgahında yalvararaq ərz etdi: «Pərvərdigara! Sən mənim günahsız olduğumu bilirsən.»

Ömər onun sözlərindən qəzəblənib dedi: – Şahidlərin sözünü təkzib edirsən?!

Əli (ə.s) bu hadisəni müşahidə etdikdə buyurdu: – Qadını qaytarın, bəlkə bu əmələ yol verməkdə üzürlü bir səbəb olmuşdur.

Qadını qaytardılar, məsələnin nə yerdə olduğunu soruşduqda dedi: – Bir gün mən və qonşumuzdakı kişi dəvələrimizi otarmağa aparmışdıq. Bizim dəvələrimizin südü olmadığına görə mən özümlə bir qədər su aparmışdım. Çöldə su qurtardı və çox susadım. Qonşu kişidən bir içim su istədim, o isə bu şərtlə qəbul etdi ki, onunla zina edəm. Mən bu işi görmək istəmədim. Nəhayət, susuzluqdan öləcəyimi gördükdə məcbur qalıb onunla zina etməyə razı oldum.

Əli (ə.s) buyurdu: – Allahu Əkbər! «Çarəsiz (çıxılmaz) vəziyyətə düşən, amma itaətsizliyə və zülmə mürtəkib olmayan şəxsə heç bir günah yoxdur».[49]

Ömər bu sözləri eşitdikdə qadını azad etdi.[50]


9-SÖZÜN MƏFHUMU


Bir qadınla bir kişini Ömərin yanına gətirdilər. Kişi o qadına «ey zinakar!» – demişdi. Qadın da ona demişdi ki, «sən məndən də çox zina edənsən!»

Ömər onların hər ikisinə şallaq vurulmasını əmr etdi. Təsadüfən orada olan Əli (ə.s) Ömərə buyurdu: – Səhv edirsən. Qadına iki hədd vurulmalıdır, kişiyə isə hədd yoxdur. Qadına ona görə iki hədd vurulmalıdır ki, əvvəla, o, kişiyə töhmət vurmuş və iftira həddinə layiq olmuşdur. İkincisi, o, «sən məndən də artıq zinakarsan!» deməklə özünün zina etməsini iqrar etmişdir. Bunun mə`nası budur ki, mən də zina etmişəm, lakin səndən az etmişəm. Buna görə o, zina həddinə də layiq görülür. (Sonra buyurdu:) İkinci nahiyədən ona kamil hədd vurulmur.[51]



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin