BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə19/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

OTUZ SƏKKİZİNCİ FƏSİL


ALLAHIN KİTABINA VƏ PEYĞƏMBƏR (S.Ə.V.V.) SÜNNƏSİNƏ İSTİNAD

1-ƏLƏQƏNİN DİYƏSİ


Bir nəfər bir qadının qarnına bir zərbə vurdu, nəticədə onun bətnində ələqə şəklində olan rüşeym siqt oldu. Əli (ə.s) buyurdu: – O kişi ələqənin diyəsini – qırx dinarı o qadına verməlidir. (Sonra bu ayəni tilavət etdi:) «Həqiqətən Biz insanı palçıqdan yaratdıq, sonra onu möhkəm bir yerdə (ana bətnində) qərar verdik, sonra o nütfəni bir parça laxta qan şəklinə saldıq, sonra o qan parçasını əzilmiş ət şəklinə saldıq, sonra o əti sümüklərə döndərdik, o sümükləri də ətlə örtdük, daha sonra onu yeni bir yaradılışda qərar verdik (insan şəklinə salaraq ona ruh verdik). Xəlq edənlərin ən yaxşısı olan Allah necə də əzəmətlidir!» (Sonra buyurdu:) Nütfənin diyəsi iyirmi dinar, ələqənin diyəsi qırx dinar, müzğənin diyəsi altmış dinar, xilqət tamamlanmazdan qabaqkı sümük bağlanan rüşeymin diyəsi səksən dinar, ruh daxil olmamışdan qabaq kamil rüşeymin diyəsi yüz dinar, ruh daxil olduqdan sonra isə min dinardır.[419]

Əvvəldə qeyd olundu ki, Əbu Bəkr Qur`andakı «əbb» və «kəlalə» kəlmələrinin mə`nasını bilməyib aciz qaldığı zaman Həzrət Əli (ə.s) onların mə`nasını izah edərkən Qur`an ayələrinə istinad etdi. Ömər də məcburiyyət qarşısında qalaraq zinaya yol verən bir qadına hədd vurmaq istədiyi zaman Həzrət Əli (ə.s) «fəmənizturrə ğəyrə bağin və la adin fəla ismə ələyh» («Bəqərə», 173) ayəsinə istinad etmiş, bununla da o qadına nahaq yerə hədd vurulmasına mane olmuşdu. Osman isə, altı ay tamam olduqdan sonra uşaq dünyaya gətirmək istəyən bir qadına hədd vurmaq istədiyi zaman Həzrət Əli (ə.s) iki ayəyə – «Və həmluhu və fisaluhu... («Əhqaf», 13) və «Vəl-validatu yurzi`nə ovladəhunnə» («Bəqərə», 233) istinad edərək bu işin qarşısını aldı.

(Həzrət Əli (ə.s)-ın «cüz`», «səhm», «hiyn» və «qədim» sözlərinin mə`nasında da Qur`an ayələrinə necə istinad etdiyi əvvəldə bəyan olundu.)

2-MÜSTƏHƏB ƏMƏL


Əli (ə.s) buyurur: «Müstəhəbdir ki, kişi mübarək Ramazan ayının birinci gecəsində öz arvadı ilə yaxınlıq etsin, çünki Allah-Taala buyurur: «Sizin üçün Ramazan ayının gecələrində öz qadınlarınızla yaxınlıq etmək halal olmuşdur.»[420]

3-ÜÇ ƏMƏLİN NƏTİCƏSİ


Mərhum Seyyid Rəzi «Xəsais» kitabında Əli (ə.s)-ın belə buyurduğunu qeyd edir: «Üç əməl vardır ki, onların nəticəsi onları görən şəxsə aiddir: zülm etmək, əhd-peymanı pozmaq, məkr və hiylə işlətmək. Belə ki, «Yunus» surəsinin 22-ci ayəsində buyurulur: «Ey insanlar! Sizin inadkarlıq və zülm etməyiniz elə sizin özünüzədir.» «Fəth» surəsinin 9-cu ayəsində də belə buyurulur: «Hər kəs əhd-peymanı pozsa, yalnız öz əleyhinə pozmuş olur.» «Fatir» surəsinin 42-ci ayəsində belə deyilir: «Pis hiylələr yalnız öz əhlinə əhatə tapar.»[421]

4-SARI AYAQQABI


Əli (ə.s) buyurur: «Sarı ayaqqabı geyinmək qəm-qüssəni azaldır. Çünki, Allah-Taala (sarı rəng barəsində) belə buyurub:«O, sarı bir inəkdir ki, ona nəzər yetirənləri şadlandırar və sevincli edər.»[422]

5-İLAHİ İMTAHAN


Əli (ə.s) xəstələnmişdi, bir neçə nəfər o həzrətin yoluxmasına gəlib soruşdular: – Necə sübhə çıxdın?

Buyurdu: – Pislik və şər əsasında.

Dedilər: – Sübhanəllah! Sizin kimi bir şəxs də belə sözlər deyər?!

Həzrət buyurdu: – Allah-Taala buyurur: «Biz sizi xeyir (yaxşı) və pis şeylərə mübtəla edərək imtahana çəkərik (və ölüm zamanı) Bizə tərəf qayıdarsınız.» («Ənbiya», 34) Həqiqətən «xeyir» sağlamlıq və ehtiyacsızlıq, «şər» isə – imtahan və sınaq olduğuna görə – fəqirlik və xəstəlikdir.


6-OSMAN AYAĞA QALXIR...


Hill əhlindən[423] bir neçə nəfər bir kəkliyi ovlayıb, ətini kabab edərək ehram halında olan Osmana gətirdilər. Osman dedi: – Bunu biz ovlamamışıq, əksinə muhrim olmayan şəxslər onu ovlayıb bizim üçün gətirmişdir. Deməli, onu yeməyin bizim üçün heç bir maneəsi yoxdur.

Onlardan bir nəfər dedi: – Əli (ə.s) belə ov ətinin yeyilməsini caiz bilmir.

Osman Əli (ə.s)-ı çağırmaq üçün bir nəfər göndərdi. O həzrət qəzəbli halda varid oldu. Osman ona dedi: – Sən bizimlə çox müxalifət edirsən!

Əli (ə.s) buyurdu: Sizin içərinizdə elə kəsləri Allaha and verirəm ki, Peyğəmbər (s.ə.v.v.)-ə beş ədəd dəvə quşu yumurtası gətirilən zaman (Həzrətin buyurduğu sözlərə) şahid idilər və o həzrətin «Biz ehram halındayıq, bunları Hilldəki muhil olanlara verin» – deyə buyurduğunu eşitmişdilər.

Bu zaman Peyğəmbər (s.ə.v.v.) səhabələrindən on iki nəfər «bəli, bu düzdür!» – deyə şəhadət verdilər. Bu zaman Osman ayağa qalxıb öz xeyməsinə getdi, yeməkləri isə Hill əhlinə saxladı.[424]

7-HƏCC SƏFƏRİ


Əmirəl-mö`minin Əli (ə.s) buyurur: «Sizlərdən hər hansı biriniz həccə getmək istəsə, səfərin müqəddimə işlərinin tədarük görülməsində özü çalışmalıdır. Çünki Allah-Taala buyurur: «Əgər onlar həccə getmək istəsələr, (gərək) bunun üçün müqəddimə işləri tədarük görsünlər.»[425]

8- GÜNAHIN TƏ`SİRLƏRİ


Əmirəl-mö`minin Əli (ə.s) buyurur: – Günahlara mürtəkib olmaqdan uzaq olun! Çünki hər növ bəla və fəqirlik, hətta yara, əzab-əziyyət və müsibət də günahdan irəli gəlir. Allah-Taala buyurur: «Sizə varid olan hər növ bəla sizin öz əllərinizlə gördüyünüz günahların hesabınadır və Allah, (tövbə etdiyiniz təqdirdə) günahları çox-çox əfv edən və güzəştə gedəndir.»[426]

9- ŞÜREYHİN NAHAQ HÖKMLƏRİ


Əbdürrəhman ibni Həccac deyir:

Həkəm ibni Üteybə və Sülmət ibni Küheyl Əbu Cə`fər (ə.s)-ın yanına gəldilər və o həzrətdən and içən şahidin barəsində soruşdular. İmam (ə.s) buyurdu: – Həm Peyğəmbəri Əkrəm (s.ə.v.v.) onun vasitəsilə hökm etmişdir, həm də Əli (ə.s) Kufədə, sizin yanınızda belə hökm etmişdir. Əli (ə.s) Kufə məscidində oturmuşdu. Birdən Əbdüllah ibni Qufl Təmimi əlindəki zirehli paltarla Həzrətin yanından keçirdi. Həzrət Əli (ə.s) Əbdüllaha dedi: – Bu zirehli paltar Bəsrədə (Siffeyn müharibəsində) Təlhədən oğurlanmışdır.

Əbdüllah dedi: – Şüreyh qazinin yanına gedək.

Onlar Şüreyhin yanına gedib bu barədə qəzavət etməsini istədilər. Əli (ə.s) buyurdu: – Bu, Təlhənin zirehidir. Bəsrə döyüşündə ondan oğurlanmışdır.

Şüreyh: – Bu barədə şahid gətir!

Əli (ə.s) öz oğlu Həsəni (ə.s) buna şahid gətirdi. Şüreyh dedi: – İkinci şahid olmayınca bir nəfərin şahidliyi əsasında hökm edilmir.

Həzrət Əli (ə.s) Qənbəri gətirdi, o da şəhadət verdi. Şüreyh dedi: – Qənbər qul olduğu üçün şəhadəti nüfuzlu deyil.

Əli (ə.s) qəzəblənib Qənbərə buyurdu: – Zirehi götür, çünki bu kişi üç dəfə nahaq hökm verdi.

Bu zaman Şüreyh sanki özünə gəldi və o həzrətə dedi: – Mən bundan sonra iki nəfərin arasında heç vaxt qəzavət etməyəcəyəm. Yalnız o vaxt hökm edərəm ki, mənim nahaq hökmümün səbəbini deyəsən.

Əli (ə.s) buyurdu: – Vay olsun sənə! Münaqişəni irəli sürəndə dedin ki, şahid gətir, halbuki Peyğəmbəri Əkrəm (s.ə.v.v.) buyurmuşdur: «Oğurlanmış şey hər yerdə tapılsa, şahid gətirilmədən alınmalıdır.» Sonra fikirləşdim ki, bəlkə Peyğəmbər (s.ə.v.v.)-in bu hədisini eşitməmiş olasan, buna görə də Həsəni gətirdim. O da şahidlik etdi. Sonra dedin ki, o bir şahiddir və mən bir şahidin şəhadət verməsi ilə hökm edə bilmərəm. Halbuki Peyğəmbər (s.ə.v.v.) bir şahid və bir and içməklə hökm edirdi. Sonra Qənbəri gətirdim, o da şahidlik etdi. Sən isə «o quldur və mən qulların şahidliyi əsasında hökm etmirəm!» – dedin. Halbuki, qul adil olarsa, şahidliyi qəbul olunur. Vay olsun sənə! Müsəlmanların İmamı müsəlmanların ən böyük işlərində əmanətdar və e`tibarlı bir şəxsdir.[427]



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin