BiSMİllahir-rəhmanir-rəHİM



Yüklə 1,03 Mb.
səhifə22/26
tarix03.11.2017
ölçüsü1,03 Mb.
#29541
1   ...   18   19   20   21   22   23   24   25   26

QIRX DÖRDÜNCÜ FƏSİL


GİZLİ SİRLƏR

1-BƏD ƏMƏL SAHİBİ OLAN BİR QADIN


Əli (ə.s)-ın xilafəti dövründə yaşayan Ümmi Qəyyan iffətli bir qadın idi. Bir gün o Həzrətin səhabələrindən biri Ümmi Qəyyanın yanına gedib onu pərişan halda gördü. Səbəbini soruşduqda qadın dedi: – Azad olunmuş bir kənizim var idi, o dünyadan gedib. Onu dəfn etdim, amma torpaq onu iki dəfə çölə atdı. Əli (ə.s)-ın yanına gedib bu hadisəni xəbər verdim, buyurdu: «Yer yəhudi və məsihi qadınlarını özündə saxlayır, necə olur ki, onu saxlamır?! Onun səbəbi yalnız budur ki, o, Allah bəndələrini Allahın əzabı ilə (yə`ni od ilə) cəzalandırmışdır. Əgər müsəlman bir şəxsin qəbrindən bir qədər torpaq götürüb onun qəbrinə töksən, aram olar.» Belə etdikdə qəbir aramlaşdı. Mən o qadının vəziyyəti barəsində axtarış apardıqda mə`lum oldu ki, zinakar bir qadın imiş. Zinadan doğduğu övladları da təndirə salaraq yandırırmış.[443]

2 - VƏZ`İ (ZAHİRİ) TƏ`SİR


Öz ağasını öldürmüş bir qulamı Ömərin yanına gətirdilər. Ömər də onun qətlinə fərman verdi. Əli (ə.s) hadisədən xəbərdar olduqda qulamı öz hüzuruna çağırıb soruşdu: – Öz mövlanı öldürmüsənmi?

Qulam dedi: – Bəli.

Əli (ə.s) buyurdu: – Nə üçün?

Qulam dedi: – Mənimlə yaramaz əməl (livat) etdi.

Əli (ə.s) qətlə yetirilənin qəyyumlarından soruşdu: – Onu dəfn etmisinizmi?

Dedilər: – Bəli.

Buyurdu: – Nə vaxt?

Dedilər: – Elə indicə.

Əli (ə.s) Ömərə buyurdu: – Qulamı həbs et, amma hələlik onu cəzalandırma. Qətlə yetirilənin qəyyumlarına de, üç gündən sonra gəlsinlər.

Onlar üç gündən sonra gəldilər. Əli (ə.s) Ömər və öldürülənin qəyyumları ilə birlikdə qəbiristanlığa yola düşdü. O kişinin qəbrinə çatdıqda Əli (ə.s) soruşdu: – Bu qəbir onun qəbridirmi?

Dedilər: – Bəli.

Buyurdu: – Onu açın!

Qəbri açıb ləhəd daşına çatdılar, sonra buyurdu: – Meyyiti çölə çıxardın.

Onlar nə qədər baxdılarsa, meyyitin kəfənindən başqa bir şey görmədilər. Hadisəni Əli (ə.s)-a xəbər verdikdə Həzrət iki dəfə təkbir dedi, sonra buyurdu: – Allaha and olsun, nə mən yalançıyam, nə də mənə xəbər verən şəxs. Peyğəmbəri Əkrəm (s.ə.v.v.)-in belə buyurduğunu eşitdim: «Mənim ümmətimdən hər kəs Lut qövmünün əməlinə mürtəkib olsa, öldükdən sonra qəbrində üç gündən artıq qalmaz və yer onu aparıb ilahi əzabla həlak olan Lut qövmünə çatdırar, Qiyamətdə də onlarla birlikdə məşhur olar.»[444]


3 - SÜMÜYÜN TƏ`SİRİ


Bir cavan Ömərin yanına getdi və ondan atasının mirasını tələb edərək bildirdi ki, atam vəfat edərkən mən, Mədinədə bir uşaq idim. Ömər onun üstünə fəryad edib qovdu. Cavan, Ömərin yanından çıxaraq onun əlindən şikayət edirdi. Təsadüfən, Həzrət Əli (ə.s) o cavanın yanına gəldi, hadisədən xəbərdar olduqda öz yanındakılara buyurdu: – Cavanı came məscidinə gətirin, mən onun barəsində araşdırma aparım.

Cavanı məscidə apardılar. Əli (ə.s) ondan müəyyən suallar soruşduqdan sonra buyurdu: – Sizin barənizdə elə hökm edərəm ki, Mütəal Allah onun əsasında hökm etmişdir. Yalnız Onun seçdiyi bəndələr belə hökm edər. (Sonra səhabələrin bir neçəsini çağırıb buyurdu:) Gəlin, özünüzlə də bel gətirin. Mən bu uşağın atasının qəbrinə tərəf getmək istəyirəm.

Qəbiristanlığa getdilər, Həzrət bir qəbrə işarə edib buyurdu: – Bu qəbri açın və bədəninin sümüyündən birini gətirin.

Sümüyü gətirdilər. Həzrət onu cavanın əlinə verib buyurdu: – Bu sümüyü iylə!

Cavan sümüyü iylədi, gözlənilmədən burnunun hər iki deşiyindən qan axmağa başladı. Əli (ə.s) uşağa buyurdu: – Sən bu meyyitin övladısan!

Ömər dedi: – Ya Əli! Qan axmaqla malı ona verəcəksənmi?

Həzrət buyurdu: – Bu cavan bu malı almağa səndən və sairlərindən daha haqlıdır.

Sonra oradakılara buyurdu ki, sümüyü iyləsinlər. Hamısı iylədi, amma onlarda heç bir tə`sir qoymadı. Cavan yenidən onu iylədikdə, burnundan daha çox qan gəlməyə başladı. Sonra mal-dövləti ona təhvil verib buyurdu: – Allaha and olsun, nə mən yalançıyam, nə də bu sirrləri mənə xəbər verən və öyrədən şəxs![445]


4 - FƏRATIN SUYU


Əmirəl-mö`minin Əli (ə.s) buyururdu: «Əgər kufəlilər öz körpələrinin ilkin yeməyini Fərat suyu qərar versəydilər, övladları bizim şiələrdən olardı.»[446]

QIRX BEŞİNCİ FƏSİL


MƏSƏL

1 - ƏLİ (ƏLEYHİSSALAM) HÖCCƏTİ TAMAM EDİR


Əli (ə.s) Cəməl döyüşünə gedəndə Bəsrənin yaxınlığına çatdı. Bəsrəlilər Kəlib Cürmini onun yanına göndərdilər ki, Həzrətin bu müharibədə haqq olub-olmamasını öyrənsin, nəticədə qəlblərindəki şəkk və tərəddüd aradan qalxsın. Əmirəl-mö`minin Əli (ə.s) Kəlibi öz məqsəd və hədəfindən agah etdi, Kəlib bildi ki, Əli (ə.s) haqdır. Bu zaman Əli (ə.s) ona buyurdu: – Mənimlə bey`ət et!

Kəlib dedi: – Bu işi görə bilmərəm, çünki mən bir qövmün tərəfindən göndərilmişəm. Onların icazəsi olmadan sizinlə bey`ət edə bilmərəm.

Həzrət buyurdu: – De görüm, əgər bu qövm səni su və otlaq dalınca göndərsəydilər, sən də münasib bir yer tapdığın halda onlara xəbər versəydin, amma onlar səninlə müxalifət edərək quraqlıq bir yerə getsəydilər, yenə də onlara itaət edəcəkdinmi?

Kəlib: – Heç vaxt!

Əli (ə.s): – İndi əllərini bey`ət üçün mənə tərəf uzat!

Kəlib sonralar deyirdi: – Allaha and olsun, hüccəti mənə tamamladıqdan sonra artıq imtina edə bilmədim və o Həzrətlə bey`ət etdim.[447]


2 - ÖZÜNƏ ZƏRƏR VURMAQ


Əmirəl-mö`minin Əli (ə.s) bir nəfəri gördü ki, düşməninə zərər vurmaq məqsədi ilə elə bir iş görürdü ki, ziyanı əvvəlcə özünə çatırdı. İmam (ə.s) ona buyurdu: «Sən, nizəsini öz böyrünə batırıraraq (o biri tərəfdən çıxdıqda) yanında duranı öldürmək istəyən şəxsə oxşayırsan.»[448]

Müəllif: Bə`zən ədavət və düşmənçilik elə bir həddə çatır ki, o Həzrətin kəlamının nümunəsinə çevrilir. Buna, Əbdüllah ibni Zübeyrin (Cəməl müharibəsində) Malik Əştərlə olan ədavətini misal göstərmək olar: Hər ikisi yerə düşdü, Malik Əbdüllahın sinəsi üstündə oturdu. Əbdüllah fəryad edib dedi: «Məni də, Maliki də öldürün!» Malik deyir: «Mənim xilas olmağımın yeganə səbəbi bu idi ki, Əbdüllah məni «Malik» kimi təqdim etdi, mən isə camaat arasında Əştər adı ilə tanınmışdım. Əgər Əştər kimi təqdim etsəydi, məni hökmən öldürərdilər. Allaha and olsun, mən onun sadəliyindən təəccübə daldım və fikirləşdim ki, görəsən, məni öldürmək üçün özünü ölümə verməyin ona nə xeyri var?![449]



Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin