Bismillahir rəhmanir rəhim



Yüklə 1,8 Mb.
səhifə22/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   ...   15   16   17   18   19   20   21   22   23

İyirmi birinci fəsil


Ən şirin xatirələrimdən biri Xürrəmşəhrin azad edilməsi və sevincdən göz yaşı tökməyim, digəri isə əsirlərin qayıdışı hadisəsidir. Amma ən acı xatirəm isə İmam Xomeyninin vəfatı ilə əlaqədardır. Onun gəldiyi və getdiyi günlərin hamısı unudulmazdır. Sanki bir yuxu idi. Gəldiyi gün necə də şad idik. O günü Azadlıq meydanından Behişti-Zəhraya kimi piyada getdim. Ayaqlarımın altı qabar-qabar olmuşdu və daha ayaqqabılarla yeriyə bilmirdim. Onları çıxarıb İmamı görmək həvəsi ilə ayaqyalın yola düşmüşdüm. O gündən sonra İmamın hər sözünü özümə əmr bilirdim və başqa məqsədim yox idi.

1989-cu ilin iyun ayının üçü axşam əməliyyat otağında idim. Cibimdəki radio açıq idi və aparıcı xalqı xəstə yatan İmamın salamatlığı üçün dua və imdada çağırırdı. O gecə qəm-qüssəmiz də zülmət kimi qaranlıq idi. Sanki vaxt da tükənmək istəmirdi. İmamın halından xəbərdar olmaq üçün əlimiz heç yerə çatmırdı. Hər yer sükuta qərq olmuşdu. Həmkarımla namaz qılıb İmamın salamatlığı üçün dua elədik, bir az da Quran oxuyub ağladıq. Saat 4 radələrində uzanıb bir-birimizlə söhbət edərkən yuxuya getdim. Yuxuda gördüm ki, "Camaran"dayam və İmamın həmişə oturduğu sadə kreslonun yerində bir çarpayı var. İmam çarpayıda uzanmışdı və üzərinə mələfə atmışdılar. Yaxınlaşıb mələfəni kənara çəkərkən gördüm ki, İmam dünyasını dəyişib. Ağlayıb ah-nalə etməyə başlayarkən yuxudan oyandım. Həmkarım dedi: "Turabi nə olub?" Durub dedim, inşallah xeyirdir. Bir sədəqə də çıxarıb yuxumu danışdım. O da yaman qəhərləndi və ikimiz də oturub ağladıq. Sübh namazını qılandan sonra daha yatmadıq.

Səhər saat 7-də işə gələnlərdən yeni bir xəbər əldə edə bilmədim. Radio açıq idi və hələ saat 7-dən qabaq "Ər-rəhman" surəsi yayımlanırdı. Özümü saxlaya bilməyib ağlamağa başladım. Səhər növbəyə gələn işçilərlə görüşdükcə deyirdilər: "Ağlama, hələ heç nə olmayıb!" Amma mənə hər şey bəlli idi. Səhər xəbərlərin ilk sədası səslənərkən müxbir böyük hüznlə belə elan elədi:

"


Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin