Bismillahir rəhmanir rəhim



Yüklə 1,8 Mb.
səhifə4/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   2   3   4   5   6   7   8   9   ...   23

Üçüncü fəsil


Kəndə gəlişimdən təxminən bir il keçirdi. Qayda üzrə tapşırılan işləri yerinə yetirirdim. Üç aydan bir də doğum və ailə nizamı barədə statistik məlumatı həkimin vasitəsi ilə Həmədana göndərirdim. İşimdən razı idilər. Özümə bir neçə dost da tapmışdım. Dostlarımın ikisi elə hacının evli qızları idi. Onlarla birgə bağlarına və əkin sahələrinə gedirdim. Şənliklərində iştirak edir, gəlinləri şəhərdən aldığım kosmetika ilə bəzəyirdim. Camaatın müxtəlif çətinlikləri, çoxlu problemlərinin şahidi olurdum. Kəndlilərin əksəri başqasının torpağında fəhlə işləyirdi və öz əkin sahəsi yox idi. Qış fəslində də əkib-becərmə işləri olmadığından çoxları şəhərə gedib, iş axtarır, fəhləlik edirdilər. Artıq onlarla çox səmimi idim. Mənimlə dərdləşib, deyirdilər: "Ona-buna işləməkdən bizə bir xeyir qalmır. Ölməmək üçün bir tikə çörək pulu üçün əlləşirik. Bütün xeyir-mənfəət torpaq sahibinə çatır, zəhmət və əziyyəti isə bizə qalır.

Bir ildən sonra yenə Şahroxi qərargahından mənə məktub gəldi. Bu dəfə yenə bütün kənd mamalarını dəvət etmişdilər. Məktubda işlə əlaqədar statistik məlumatın təhvili qeyd edilmişdi. Məlikan xanım özü onları araşdırdıqdan sonra məni yanına çağırıb, dedi:

– Xeyir ola, səndə doğum halları ailə nizamından daha çoxdur?! Bunun səbəbi nədir?

– Bilmirəm. Hamısının qarşısını almaq olmur.

Təhqiredici tərzlə başıma qışqıraraq dedi:

–Artımın qarşısını almağın bizə daha mühüm olduğunu deməmişdikmi? Səndə vəziyyət tam əksinədir. Hamıda artım aşağı, səndə isə daha çoxdur!

– Axı, öz yerimdən əlavə 21 kənd bizim ambulatoriyamıza tabedir! Bəlkə başqa həmkarlarım bu qədər kəndə nəzarət etmir. Mən lazım olan vəsaiti verirəm, amma hamilə hallarından xəbərim olmur. Bəzən də təzyiqi aşağı olanlara hələlik məsləhət görmürəm.

– Kiminsə təzyiqinin aşağı-yuxarı olmağının sənə dəxli yoxdur! Sənə böyüklə necə danışmağı öyrətməyiblərmi? Bu son şansın olsun! Gələn dəfə özüm bilirəm səninlə nə edəcəyəm! Bu işin qanundan yayınmaq sayılır. Siz adam deyilsiniz! Sanki tövlədə böyümüsünüz! Sözə baxmırsınız! Nə deyilir onu etməlisiniz! Əks-halda sizinlə nə edəcəyimizi yaxşı bilirik! Sən cəzalanmalısan! Bu ay maaşın kəsiləcək!...

Sözlərindən çox narahat olsam da heç nə deyə bilməzdim. O gün Həmədandan qayıtdıqdan sonra doğumla bağlı müraciət edən var idi. Ertəsi gün də işə gedə bilmədim. Bir gün sonra işdə doktor Hüseyni gözümə narahat dəydi. Soruşdum:

– Doktor, nə isə olub?

– Heç nə olmayıb.

– Yox, siz nədənsə narahatsınız.

– Turabi, sənə bir şey demək istəyirəm. Özündən muğayat ol!

– Nə olub ki?

– Qərargahda iclasdan sonra məni çağırdılar. Sözlərinə əsasən, onlara şübhəli görünübsən və sənə nəzarət edirlər. Mənə də sənə göz qoymağımı tapşırıblar. Mən görürəm ki, sən dindar insansan və xidmətdən başqa məqsədin yoxdur. Ona görə də sənə deyirəm, özündən muğayat ol. Son vaxtlar "Savak" çoxlarını Tehran, Təbriz və Məşhəd kimi şəhərlərdə müxtəlif bəhanələrlə həbs edir. Ümumiyyətlə, ehtiyatlı ol!

– Doktor, nə edəcəyimi siz özünüz deyin: təzyiqi 6-7-yə düşən qadına mən necə dərman verim? Burada laboratoriyamız yoxdur, lakin gözlərinin altından məlumdur ki, çoxlarının qan azlığı var. Dərman versəm, vəziyyəti daha da pis olar. Mən nə edim? Camaatın normal qidası yoxdur.

– Səni anlayıram. Amma onlar başa düşməzlər. Bu barədə heç kimə heç nə demə və məndən də heç nə eşitməmisən! Bəs, ayıq ol ki, onlara əks çıxsan, işin bitib!

Doktor daha heç nə demədi. O vaxtlar "Savak" haqqında müəyyən qədər eşitmişdim. Misal üçün, çox kiçik bəhanə ilə hər kəsi tutub aparırdılar və hətta öldürməkdən də çəkinmirdilər. Nə edəcəyimi bilmirdim. Hər qadına doğumla bağlı arayış verməli idim ki, uşağına yaş kağızı ala bilsin. Elə isə statistik məlumatı gizlətmək olmazdı. Bir yandan kənd camaatının səhiyyə və qidası aşağı səviyyədə idi. Çoxunun təzyiqi 8-dən aşağı olurdu. Belə qadınlara dərman verə bilməzdim. Dərman təzyiqlərini daha da salırdı. Bəzən də özləri dərman istəmirdilər. Deyirdilər ki, dərmanlar bizə pis təsir edir, ürəyimiz bulanır, başımız hərlənir.

Məsələni hacıya dedim. Buyurdu: "Onlar səni cəzalandırmaq, ya da həbs etmək üçün bəhanə axtarırlar və bunu edəcəklər. Heç vaxt səni rahat qoymazlar. İndiki zamanda tutub, həbs eləmək adi haldır. Haqq səsi yerindəcə boğurlar. Onda sən belə elə: dərmanları çaya at, dəftərə isə verildiyini yaz. Onlarla tərs düşməməlisən. Əks-təqdirdə iki övladımın aqibətinə düçar olarsan."

Hacının dediyi kimi elədim. Belə ki, canı zəif və təzyiqi aşağı olanlara dərman vermirdim, amma kartoçkalarına aldıqlarını yazırdım. Onlara və həmçinin dərman istəməyən qadınlara da deyirdim: "Hamilə olmamaq üçün özünüz ehtiyatlı olun ki, zərbəsi sizə dəyməsin. Övladınızın sayı az olsa, daha yaxşı qeydinə qala bilərsiniz və sabah cəmiyyət üçün daha faydalı insanlar olarlar. Sizdən soruşana dərman verilmədiyini deməyin." Dərmanları da ambulatoriyadan çıxarmalı idim ki, müfəttiş gəlib, onların yerində qaldığını görməsin. Hərdən Qəsəbstan kəndinə yolum düşdükdə heç kimin olmadığı bir yerdə dərmanları çayın şiddətli axarına atırdım.

Bir gün işdə ikən bir müfəttiş gəldi. Orta yaşlı bir kişi idi və əyninə şəxsi paltar geyinmişdi. Əlində bir neçə dərman qutusu vardı. Soruşdu: "Bu barədə sözün nədir? Bunları çayın qırağından tapıblar. Bəs, siz nə işlə məşğulsunuz?" Mənimlə sanki dərmanları atarkən özü görüb və hər şeyi bilirmiş kimi danışırdı. Qorxsam da normal davranmağa çalışaraq dedim: "Bilmirəm. Mən vaxtaşırı dərmanları verirəm, bəlkə də özləri atırlar." İnanmaq istəməsə də bir söz tapmayıb dedi: "Çox yaxşı. Onda özün nəzarət elə və əvvəl verdiyin dərmanların boş qutusunu tələb etmədən yenisini vermə!" Müfəttiş gedəndən sonra doktor Hüseyni dedi: "Turabi xanım, diqqətli ol! İndiyədək üç dəfə sənə xəbərdarlıq olub. Bu dəfə də səhvə yol versən, axırın gedər-gəlməzdir!"

Evə qayıdandan sonra baş verənləri hacıya danışdım. Hacı dedi: "Çox pis oldu! Onlar çox təhlükəli insanlardır."

Başımı itirmişdim. Daha işdən çıxmaqla davam etmək arasında tərəddüddə idim. Eşitmişdim ki, lazım gələndə "Savak" hətta yersiz bəhanələrlə kimisə tutur, yaxud sürgün adı ilə yox edir. Məlikan xanım da axırıncı dəfə məni pis hədələmişdi. Düşünürdüm ki, "Savak" məni tutsa, bilmirdim nə edəcəyəm, ailəmi nə gözləyir. Cürbəcür fikirlərə düşürdüm. Çoxlu götür-qoydan sonra nəticəyə gəldim ki, işimi buraxıb, izim tapılmayan bir yerə gedim. Təxminən novruz bayramı ərəfələri idi. İşdən sonra formal statistik məlumatı doktora verib, həmkarlarıma məzuniyyətə icazə aldığımı dedim. Təkcə doktor Hüseyniyə verdim ki, mən gedirəm və bir daha qayıtmayacağam. Dedi: "Səni tapsalar, gününü qaraldarlar! Heç bilmirsən başına nə bəla gətirərlər! Onlarda sənin, zamininin ünvanı var." İşlədiyim müddətdən bir il neçə ay keçirdi. Ən azı dörd ilədək iltizam vermişdim. Doktora dedim: "Zaminim əmimdir, jandarmada işləyir. İnanmıram onunla bir işləri olsun."

Hacının fikrincə, işimdə qalıb, onların əlinə bəhanə verməməli idim. Deyirdi: "Sən sakitcə işini gör. Bu məntəqədə sənə ehtiyac var. Artıq kəndlilər səni öz ailə üzvləri bilir, hər şeydən qabaq, biz özümüz də sənə adət etmişik. Mütləq qalmalısan!" Nə qədər israr etsə də dedim: "Daha qala bilmərəm."

Qabaqcadan şoferlə də danışdım ki, əşyalarımı Karxanadan Tuyserkana aparacağam. Onları maşına yüklədiyim gün neçə nəfər məni görüb, kənddə yaydılar və camaat maşının ətrafına yığışdı. Qadınların əksəri ağlayırdı və hacının yoldaşı da hamıdan çox kədərlənərək göz yaşı tökürdü. Mən də özümü saxlaya bilməyib, onlara qoşuldum. Dedim: "Uzağa getmirəm, bayramdan sonra qayıdacağam!" İnanmırdılar, deyirdilər ki, qayıdacaqsansa, əşyalarını niyə aparırsan. Hacı onlara deyirdi: "Narahat olmayın, özüm onu geri gətirəcəyəm..."

Tuyserkanda əmim oğlundan eşitdim ki, "Savak" Tehranda təhsil alan bir neçə tuyserkanlı universitet tələbəsini həbs edib və birini də öldürüb. Bu xəbər mənim qorxumu neçə qat artırdı. Ağlıma cürbəcür fikirlər gəlirdi. Heç bilmirdim, neçə vaxt ərzində böyük əziyyətlə əldə etdiyim sevgili işimə bir daha qayıda biləcəyəm, yoxsa yox.

Böyük bacım Müqəddəs ailə qurduqdan sonra Tehrana köçmüşdü və orada yaşayırdı. Qərara gəldim ki, Tehrana gedib, orada bir iş tapım. Elə güman edirdim ki, Tehranda izimə düşən olmaz. Evdəkilərə hədələndiyimə görə işimi buraxmağımı deyə bilməzdim. Təkcə dedim ki, məni incidirlər və maaşımı da kəsiblər. Tehrana bacını görməyə gedirəm. Əgər orada yaxşı iş tapsam, qalacağam. Tuyserkanda iki gün qalandan sonra Tehrana yola düşdüm.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin