Bismillahir rəhmanir rəhim



Yüklə 1,8 Mb.
səhifə19/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   ...   15   16   17   18   19   20   21   22   23

On səkkizinci fəsil


1987-ci ilin qış fəslinin ortaları idi. Səhv etmirəmsə, hərbi əməliyyatlar1 dördüncü gün (cümə axşamı) günortadan sonra başladı. Cümə günü sübh namazından sonra aeroportun qərargahından zəng edib yaralı gəldiyini elan etdilər. Radioda əməliyyatın marşı yayımlanırdı. İlk dəfə idi ki, bura yaralıları helikopterlə gətirirdilər. Tez bir zamanda onların bir hissəsi əməliyyat otağına yerləşdirildi. Çoxları güllə, qəlpə yaralarına məruz qalıb, qanaxmalarına görə təzyiqləri dörd-beş dərəcəyə enmişdi. O gün xəstəxananın bazasında nə qədər qan resursu vardısa, istifadə olundu. Elə oldu ki, hətta qan köçürülmə komitəsi və "Əbu Əli Sina xəstəxanası"ndan qan tələb etdik və neçə operativ qrupu da yardıma çağırdıq. Cümə günü olduğu üçün beş əməliyyat otağından yalnız ikisi fəaliyyət göstərirdi və yaralıların üzərində iki cərrah qrupu işləyirdi. Əksəriyyətinin vəziyyəti ağır və təzyiqləri aşağı idi. Təzyiqi qaldıran qan, hemoksal və lazımı nə dərman vardısa istifadə olundu. O gün cərrah qrupundan heç kim nə günorta, nə də axşam yemək yeyə bilmədi. Nə qədər çalışsaq da ondan çox şəhid verdik. Hamısı gənc idi və yaşları otuzdan az olardı. Lazım olan bütün işləri görsək də ya əməliyyat otağında, ya da palatada şəhid olurdular. Cümə gün səhərdən altıncı günün səhərinədək yalnız iki nəfəri xilas edə bildik. O gecə həqiqətən də hamımız – xüsusilə cərrahlar – çox yorucu və ağır saatları yaşadıq.

Altıncı gün səhər növbəsinin işçiləri gəldikdə, niyə bu qədər narahat olduğumuzu soruşurdular. Dedik ki, bir sutka ərzindəki bütün zəhmətimiz heç oldu. Daha xəstəxanada qala bilmirdik, cismən və ruhən elə yorulmuşduq ki, dayanmağa taqətimiz yox idi. Xəstəxanadan bayıra çıxaraq küçələrdə bir çoxunun asudə sükan arxasında və ya dükan-bazarda gəzişdiyini gördükdə bu gün, ya da sabah "Behişti-Zəhra" şəhidlər xiyabanında dəfn ediləcək həmin gəncləri yadıma salıb təəssüflənməyə bilmirdim. Onlar hansı məqsədlə canlarını vətənin müdafiəsi uğrunda qurban verir, bunlar isə hansı fikirlə yaşayırlar... Addım atdıqca onların cavan və günahsız simaları gözümün önündən çəkilmir, uşaqlıqda Tuyserkandakı əzadarlıq məclisləri yadıma düşürdü. Məhərrəmin ilk ongünlüyündə əza mərasimlərinin hər bir günü İmam Hüseynin (ə) bir səhabəsi və ya ailə üzvünə həsr edilirdi. Bu şəhid cavanlar mənə həzrət Əli Əkbərlə (ə) həzrət Qasimi (ə) xatırladırdı. Bir daha xəstəxanaya qayıdıb, o vəziyyəti görmək istəmirdim. Maşınların bir neçə ardıcıl tormoz səsinə ayılarkən prospektlərdə gəzişdiyimi gördüm. Sürücülərdən bir neçəsi dedi: "Xanım, fikrin hardadır?" Bir-ikisi də əsəbi halda "Ölmək istəyirsənsə, bizi niyə işə salırsan!" – deyərək acıqlandı. Çarəsiz üzrxahlıq edirdim. Gedib avtobus dayanacağında dayandım. Bir müddətdən sonra avtobusa mindim. O qədər fikirlərə qərq olmuşdum ki, nə vaxt son dayanacağa çatdığımı bilmədim. Yenidən həmin yolu geri qayıtmalı oldum.

Saat 9-da evə çatdım. Evdə heç kim yox idi. Anam rayona getmişdi. Ac olduğuma baxmayaraq iştaham yox idi. Soyuducunun qapısını açsam da yenidən bağlayaraq gedib uzandım. Hələ əməliyyat otağında ikən yuxum gəlirdi. Həmkarlarıma demişdim ki, məndən muğayat olsunlar. Yaralıların başı üstə daim gəzişirdim ki, yuxuya getməyim. Bir sutka ərzində var gücümlə işləmişdim. Onları xilas etmək üçün qan, dərman və s. üçün nə qədər ora-bura qaçmışdım, lakin igid döyüşçülərimiz göz önündə bir-bir şəhid olub meyitxanaya göndərilirdi. İndi evdə yuxum gəlmirdi. Durub dərman atıb yatdım və dərin yuxuya daldım. Tehranda olarkən heç vaxt belə ağır yatmamışdım. Axır, günortadan sonra saat 5-də zəngin səsinə oyandım. Kimsə ardıcıl qapının zəngini vururdu. Gedib qapını açdım. Bacım idi. Məni yuxulu və halsız görüb soruşdu: "Gecə yatmamısanmı?" Dedim: "Yox." İçəri gəlib bir az oturdu. Gördü halsızam. Ayağa durub özü yemək bişirdi, meyvə yuyub gətirdi və çay da dəmlədi. Çox güman ki, o olmasaydı, heç nə yeməzdim. Baş verənləri danışdım. O da dözməyib xeyli ağladı. Onun da oğlu əsgər idi. Yeməyi gətirdi, bir az yedik. Bacım gedəndən sonra yenə yatdım.

Səhər durub özümü xəstəxanaya çatdırdım. Yenə yaralı gətirmişdilər. Xoşbəxtlikdən vəziyyətləri o qədər də ağır deyildi. Bununla belə, əməliyyat əsnasında yenə bir çoxu şəhid oldu.





Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin