Bismillahir rəhmanir rəhim



Yüklə 1,8 Mb.
səhifə5/23
tarix01.01.2022
ölçüsü1,8 Mb.
#105594
1   2   3   4   5   6   7   8   9   ...   23

Dördüncü fəsil


1978-ci ilin aprel ayının əvvəlləri idi. Tehranda daim kəndin, hacıgilin xatirələri yadıma düşürdü. Gün ərzində dəfələrlə kənd əhalisinin maşının ətrafına yığışıb, ağlamağı məni qəhərləndirərdi. Gəlişimdən bir həftə keçdi və Tehranda qalmaqla kəndə geri qayıtmaq arasında qaldım. Bu da mənim iş axtarmağıma mane olurdu. Bir yandan da işə və gəlirə ehtiyacım var idi. Qardaşım Xeyrulla da Tehrana gəlmişdi və İşrətabad qarnizonunda ordu nəqliyyatı üzrə işə götürülmüşdü. Maaşı yalnız özünə çatırdı. O da gecələr bacımın evində qalırdı. Bacıma və yoldaşına yük olmaq istəmirdim. Bir yandan da atam xəstə idi və ailəmə kömək etməli idim. İzi itirmək üçün bilmirdim hara gedim. O həftə təsərrüfat nazirliyində işləyən Suri adında qohumumuz bacımgilə gəlmişdi. Məni görüb, soruşdu: "Nə yaxşı Tehrana gəlmisən! Fikrin nədir?" Çox da izah vermədim, dedim ki, burada iş tapa bilsəm, qalacağam. Dedi: "Bəxtindən "Əlborz" xəstəxanasının tibb bacısı şöbə müdiri məndən işçi istəyir. Səni ona təqdim edə bilərəm.

Ertəsi gün məni "Əlborz" xəstəxanasına aparıb, Bürumənd xanımla tanış elədi. Orta yaşlı, mehriban bir qadın idi. Diplom və stajımı ona göstərdim. Xoşbəxtlikdən, işimi tərk etməyimin səbəbini soruşmadı. Özü hicabsız olsa da çarşabla getməyimə baxmayaraq məni çox rahat qəbul edərək dedi: "Elə sabahdan işə gələ bilərsiniz. Lakin burada çarşabla işləmək olmaz. Xəstəxanaya kimi çarşabla gəlib, burada forma geyinməlisən." Hicabla əlaqədar rahat olmaq üçün məni qadınlar şöbəsinə göndərməyini xahiş elədim. Dedi: "Hal-hazırda kardiologiya bölməsində işçiyə ehtiyacımız var. Qadınlar şöbəsinin işçiləri çoxdur, kifayət qədər iş təcrübələri var və yerlərini dəyişmək mümkün deyil. Bir az gözlə. İlk boşalan yerə səni göndərəcəyəm."

Ertəsi gündən şöbədə bir assistent olaraq işimə başladım. İşdə təcrübəli və vicdanlı olduğum üçün üzərimə düşəni ən gözəl şəkildə yerinə yetirməyə çalışırdım. Bürumənd xanım işimdən razı idi və bir müddətdən sonra istədiyim növbəyə icazə verir və məni növbənin tibb bacısı qrupuna tapşırırdı. İlk maaşımı alan kimi qardaşım Xeyrulla ilə bir otaq kirayə edib, bacımgildən çıxmağı qərara aldıq. Ev sahibi yuxarı mərtəbədə yaşayırdı və kirayədə yaşayanlar həyətin ətrafındakı başqa otaqlarda qalırdılar. Qardaşımla lazım olan palaz, soyuducu, yataq, qab-qacaq və əşyaları aldıq. Birimizin maaşı ilə evin kirayəsini ödəyir, o birini evə xərcləyirdik. Bürumənd xanımdan mənə əlavə iş növbəsini verməyini istədim. İki növbədə işləmək istəyirdim. Qəbul edərək dedi: "İxtisasın olduğu üçün səni qadınlar şöbəsinin gecə növbəsinə yazıram." Gündüzlər səhərdən günortayadək öz sektorumda, iki gündən bir də gecələr qadınlar şöbəsində işləyirdim.

"Əlborz" xəstəxanasında işə başlamağım vaxtdan iki-üç ay keçirdi. Gecə növbəsində mənimlə növbədə olan iş yoldaşlarımdan biri dedi: "Fərəhnaz Pəhləvi xəstəxanası işçi istəyir. Maaşı buradan daha çoxdur. Xüsusi xəstəxanaların gələcəyi məlum deyil. Gəl, oraya gedək." Tərəddüdə düşdüm. Bir yandan problem yaranmasından qorxur, bir yandan da deyirdim ki, bir problem çıxsa, özümlə bağlı dəqiq məlumat vermərəm.

"Fərəhnaz Pəhləvi" xəstəxanası jandarmeriyanın baş qərargahı və müdafiə nazirliyinin yerləşdiyi 3 esfənd prospektində idi. İş yoldaşımla xəstəxananın tibb bacısı şöbəsinə müraciət etdik. "Fərəhnaz Pəhləvi" xəstəxanasının tibb bacısı sektorunun baş müdiri kermanşahlı Seyf familiyalı bir qadın idi. Kermanşaha yaxın şəhərdən olduğum üçün məni çox yaxşı qarşıladı. "Fərəhnaz Pəhləvi" xəstəxanasında yalnız bir nəfərə ehtiyac var idi. Seyf xanım mənim iş təcrübəm olduğunu bildikdə, neçə nəfər arasından tək məni qəbul edərək dedi: "Bizim əməliyyat otağında sənə ehtiyacımız var. Təşkil ediləcək təlim kursu əsasında anesteziologiya1 sahəsi üzrə rezidenturamız olacaq. Sabahdan gəlib işini başlaya bilərsən." Təklifə çox sevindim. Mənə elə gəldi ki, əməliyyat otağı asudə, rahat bir yerdir və məmurlar məni axtarsalar da, ağıllarına belə gəlməz ki, gəlib dövlət xəstəxanasında işə başlayım.

Xəstəxanalarda əsas müalicə işləri gündüzlər olurdu. İş strukturu və xəstəxananın inzibati prosesi ilə tanış olmaq üçün Seyf xanımdan məni gündüz növbəsinə yazmağı xahiş elədim. Dedi ki, sənə elə gündüz növbəsində ehtiyacımız var. Burada işə başladıqdan sonra daha "Əlborz" xəstəxanasının gündüz növbəsinə gedə bilmirdim. Bu haqda Bürumənd xanımla danışıb, dedim: "Hal-hazırda maddi ehtiyacım çoxdur. Dövlət xəstəxanasında işə düzəlmişəm. Sizin razılığınızla, gündüz növbəsində orada, gecələr də burada işləmək istəyirəm." Bürumənd xanım razılıq verdi.

"Fərəhnaz Pəhləvi" xəstəxanasında məni ümumi əməliyyat şöbəsinin anesteziologiya bölməsinə göndərdilər. Bölmənin rəhbəri elə xəstəxananın müdiri olan doktor Əfşar idi və özü mənim təlimimi öhdəsinə alaraq digər ordinatorlardan da həmkarlıq etmələrini istədi. Sahə üzrə mütəxəssislərdən doktor Əmini və doktor Yəmini xanım baş həkimlə birgə nəzəri-praktiki təlim kursuna başladılar. O gündən başlayaraq gündüzlər "Fərəhnaz Pəhləvi", günorta qısa istirahətdən sonra da "Əlborz" xəstəxanasına gedir, iki gecədən bir də evdə şəxsi işlərimlə məşğul olurdum. Gündüz və gecə növbələrim arasındakı fasilədən səmərəli istifadə etmək üçün orta təhsilin üçüncü pilləsini başa vurub, attestat almaq məqsədilə axşam növbəli orta məktəbdə dərslərə başladım. İki aydan sonra artıq anestezin sayılırdım və işimi gözəl yerinə yetirə bilirdim. Belə ki, anesteziya üzrə həkimlərin həmkarlığı olmadan təkbaşına xəstəni yatızdırıb, əməliyyat prosesində iştirak edirdim. Yaranan mövqe və əlimdən nə isə gəldiyinə görə şad idim. Hər iki xəstəxanadakı işlərimə böyük həvəs və əzmlə yanaşırdım. Gecələr "Əlborz" xəstəxanasında qətiyyən yorğunluq hiss etmirdim. Mənə ən maraqlısı daxili orqanların yaxından müşahidəsi idi. Nəzəri təlimləri artıq gözlərimlə görürdüm. "Fərəhnaz Pəhləvi" xəstəxanasının üç əməliyyat otağı var idi və artıq mən oranın yeganə anestezioloqu idim. Mütəxəssislər və rezidentlər əməliyyat otağına gəlincə əczaçıdan, ya da anbardan dərman və s. lazımı vəsaiti alıb, əməliyyat otağındakı üç yatağın üçünü də hazırlayırdım. Ona görə hamı məndən razı idi.



Yüklə 1,8 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin