Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 1,85 Mb.
səhifə22/23
tarix24.05.2018
ölçüsü1,85 Mb.
#51350
1   ...   15   16   17   18   19   20   21   22   23

ÜÇÜNCÜ FƏSİL

HACI AXUND TÜRBƏTİNİN VƏFATI


Vəfat etməsi çox maraqlı olan ilahi övliyalardan biri də mərhum hacı axund Türbəti idi. O, məşhur xətib mərhum Hüseynəli Raşidin atasıdır.

O, «Unudulmuş fəzilətlər» adlı kitabında atasının şərhi-halını və onun vəfat etməsini belə bəyan edir:


VƏFATDAN BİR HƏFTƏ QABAQ


Ailə üzvülərimizin ondan müşahidə etdiyi mühüm hadisələrdən biri də bu idi ki, atam 1322-ci şəmsi ilinin mehr ayında şənbə günü (1362-ci hicri qəməri ilinin şəvval ayının 17) gün çıxandan iki saat sonra vəfat etdi. O, həmin zamanlarda sübh namazını üzü qibləyə uzandığı halda (ehtizar halında) qılmışdı. Üzünü qibləyə çevirmiş və son anlarda ayıqlığı çoxalmışdı. Ahəstə bəzi kəlmələr deyirdi. Özü də başa düşmüşdü ki, axırıncı anlarını yaşayır. Ona görə də dediyi axırıncı kəlmə «La ilahə illəllah» sözü idi.

SALAM OLSUN SƏNƏ, YA RƏSULƏLLAH!


Keçən həftənin bazar günü sübh namazını qıldıqdan sonra üzü qibləyə uzandı və əbasını üzünə çəkdi. Gözlənilmədən bacadan saçan günəş işığı kimi bir nur onu əhatə etdi. Bədəni başdan ayağadək nuraniləşdi, uzun xəstəlik nəticəsində saralıb solmuş çöhrəsi birdən-birə şəffaf nur verməyə başladı, hətta üzərinə çəkilmiş nazik əbanın altından da belə görünürdü. Sonra dedi: Əssəlamu əleykə ya Rəsuləllah! Siz mənim kimi zəlil bir bəndəni görməyə gəlmisiniz.

Sonra onun görüşünə bir-bir gələnlərin pişvazına çıxır, o cümlədən Əmirəl-möminin Əli (ə) və bir-bir imamları qarşılayırdı. Nəhayət on ikinci imama salam verdi və onların gəlişindən minnətdarlığını bildirdi. Sonra həzrət Fatimeyi Zəhra (ə)-a salam verdi, daha sonra həzrət Zeynəbə salam verdi və ağlayaraq dedi: Bibi, mən sizin üçün çox ağlamışam.


SALAMA OLSUN ANAMA!


Sonra anasına salam verib dedi: Anacan, səndən çox minnətdaram, sən mənə pak süd vermisən.

Bu vəziyyət gün çıxandan iki saat sonraya qədər davam etdi. Sonra bədənində zahir olmuş nuranilik yavaş-yavaş aradan getdi və əvvəlki xəstəlik və solğun vəziyyətinə qayıtdı və canını tapşırdı.


HÜSEYNƏLİ, MƏNƏ ƏZİYYƏT VERMƏ!


Bu iki gün arasında mən ona dedim: Biz Peyğəmbərlərdən və böyük şəxsiyyətlərdən rəvayət nəql edirik və arzu edirik ki, kaş özümüz bu işləri dərk edib başa düşək. İndi ki, sən mənə yaxın adamsan, belə halət baş verdikdə ürəyim istəyir ki, onun nə olduğunu deyəsən.

Atam sükut etdi və heç nə demədi. İki-üç dəfə təkrar etdim, yenə də cavab vermədi. Dördüncü və ya beşinci dəfə dedi: Hüseynəli, mənə əziyyət vermə!

Dedim: Mənim məqsədim bu idi ki, bir şey başa düşüm.

Dedi: Mən səni başa sala bilmərəm, get özün başa düş.

Onun bu vəziyyəti mənim, anam, qardaş-bacılarım və bibim üçün hələ də müəammalı şəkildə qalmaqdadır. Hətta bu mətləbləri yazdığım vaxtda belə, 1354-cü ilin tir ayının 24-ü sübh saat 9-30 dəqiqəyə qədər (1395-ci hicri qəməri ilinin rəcəb ayının 5) hələ də bu məsələni başa düşə bilməmişəm. Yalnız bunu deyirəm ki, atamın vəfatından qabaq onda belə bir halət müşahidə olunmuşdu.

(«Unudulmuş fəzilətlər» səh.149.)



Son

MÜNDƏRİCAT




ÖN SÖZ 3

ŞEYXİN SÖZLƏRİNDƏ OLAN CAZİBƏDARLIQ 3

YAZIÇILIQ ÜSLUBU 4

XATİRƏDƏN DAHA ÜSTÜN 5

MƏNBƏYİN ETİBARLI OLMASI 6

MƏRİFƏT ƏHLİNİN MƏQAMLARI 6

ŞƏXSİYYƏTİNİN ARAŞDIRILMASI HƏDDİNDƏN ARTIQ ÇƏTİN OLAN İNSANLAR 8

BİRİNCİ BÖLMƏ 10

BİRİNCİ FƏSİL 10

XÜSUSİYYƏTLƏR 10

ŞEYXİN EVİ 10

ŞEYXİN PALTARLARI 11

ŞEYXİN YEMƏYİ 12

İKİNCİ FƏSİL 13

İŞ VƏ FƏALİYYƏTİ 13

İŞİNDƏ CİDDİLİK VƏ MƏSULİYYƏT 13

ZƏHMƏT HAQQI ALMAQDA İNSAF 14

İNSAFIN BƏHRƏSİ 15

İNSAFLA RƏFTAR VƏ HƏZRƏT İMAM ZAMANLA (Ə) GÖRÜŞ 15

İMAM ZAMAN (Ə) DƏMİRÇİLƏR BAZARINDA 16

QIFIL DÜZƏLDƏN QOCA KİŞİNİN İNSAFI 16

MƏN ONUN ARDINCA GƏLƏRƏM! 17

ÜÇÜNCÜ FƏSİL 19

FƏDAKARLIQ VƏ İSAR 19

BAŞQALARININ ÖVLADLARINA QARŞI İSAR 19

MÜFLİSLƏŞMİŞ QONŞUYA QARŞI İSAR 20

BAYRAM AXŞAMI İSAR 20

DÖRDÜNCÜ FƏSİL 22

DİNİ QAYDA-QANUN VƏ GÖSTƏRİŞLƏRƏ SÖZSÜZ ƏMƏL ETMƏK 22

TƏQLİD 23

ALLAH ÜÇÜN OLAN İŞİN DƏYƏRİ 24

ŞƏRİƏTLƏ UYĞUN OLMAYAN RİYAZƏTLƏ MÜXALİFƏT 24

XUMSUNUN HESABINI ET! 25

BEŞİNCİ FƏSİL 27

ƏXLAQ 27

TƏVAZÖKARLIQ 28

BARIŞIQ YARATMAQ 28

SEYYİDLƏRƏ XÜSUSİ EHTİRAM 28

BÜTÜN İNSANLARA QARŞI HÖRMƏT 29

DÜNYƏVİ MƏQAMLARA QARŞI ETİNASIZLIQ 29

SƏFƏR ƏXLAQI 30

ALTINCI FƏSİL 31

İMAM ZAMAN (Ə)-IN ZÜHURUNUN İNTİZARI 31

ŞEYXİN MÜHÜM İSTƏKLƏRİ 31

QARIŞQANIN ÖZ MƏŞUQUNA ÇATMAQ YOLUNDA GÖSTƏRDİYİ SƏYLƏR 31

MƏNİM SALAMIMI O HƏZRƏTƏ ÇATDIRIN 32

İNTİZAR ÇƏKƏN CAVANIN BƏRZƏX ALƏMİNDƏKİ HALƏTİ 32

İMAM ZAMAN (Ə)-IN ZÜHURUNUN İNTİZARINI ÇƏKƏNLƏRDƏN BİR QİSMİNİN BU DÜNYAYA RƏCƏTİ 33

REY ŞƏHƏRİNDƏ PİNƏÇİ 33

YEDDİNCİ FƏSİL 34

ŞER 34

GÖZƏL AVAZLA ŞER OXUMAQ 35



ŞEYXİN MÖVLƏVİ BARƏSİNDƏKİ NƏZƏRİ 36

AYƏTULLAH BÜRUCERDİ VƏ MÖVLƏVİ 36

ŞEYXDƏN BİR ŞER VƏ BİR XATİRƏ 37

SƏKKİZİNCİ FƏSİL 38

SİYASƏT 38

ÖNCƏDƏN İKİ SİYASİ HADİSƏDƏN XƏBƏR VERMƏSİ 38

İSLAM İNQİLABININ GƏLƏCƏYİ 38

NASİRƏDDİN ŞAH BƏRZƏX ALƏMİNDƏ 39

ZALIM PADŞAHI TƏRİFLƏMƏK 39

AMERİKA MÜSTƏMLƏKƏÇİLƏRİ İLƏ HƏMKARLIQ 40

İKİNCİ BÖLMƏ 41

RUHİ YÜKSƏLİŞ VƏ MƏNƏVİ TƏRƏQQİ 41

BİRİNCİ FƏSİL 41

İLAHİ TƏLİM-TƏRBİYƏ 41

ŞEYXİN MÜRŞİDLƏRİ 41

DÖNÜŞ NÖQTƏSİ 44

HƏZRƏT YUSİFİN ƏHVALATINA OXŞAR BİR HADİSƏ 46

İLAHİ TƏRBİYƏ NECƏ BAŞ VERİR? 47

BƏSİRƏT GÖZÜ 47

İKİNCİ FƏSİL 49

QEYBİ YARDIMLAR 49

MƏKRUH FİKRİN YÜKSƏK HƏDDİ 50

BƏLƏM BAURANIN TALEHİNƏ DÜÇAR OLMAQLA TƏHDİD 50

SƏN TOX, QONŞUN İSƏ AC?! 52

ÖVLADINI ALLAHA GÖRƏ İSTƏ! 52

QİDANIN ZÜLMƏTİ 52

ÜÇÜNCÜ FƏSİL 54

MƏNƏVİ KAMALLAR 54

TÖVHİDDƏ QƏRQ OLMAQ 55

FƏNA MƏQAMI 56

ALLAH AŞİQİ 58

ƏN BÖYÜK MƏQAM 59

BÜTÜN ALƏMLƏRƏ YOL TAPMAQ 59

MƏLƏKUT ALƏMİNƏ NƏZƏR 60

ŞEYX ALTMIŞ YAŞINDA 60

BİZİM ELMİMİZ HARA, ONUN ELMİ HARA?! 61

ZƏHMƏTKEŞ FƏHLƏYƏ KÖMƏK 62

MEYDANDAN NƏ TEZ ÇIXIRSAN? 62

ONUN SAÇ-SAQQALININ AĞARDIĞINI GÖRÜRƏM 63

DOKTOR FƏRZAMIN ATA-ANASININ RUHU İLƏ RABİTƏ 63

DOKTOR ŞEYXİN CƏNAB ŞEYX RƏCƏBƏLİ İLƏ ƏLAQƏSİNİN SƏBƏBİ 64

MAŞIN DÜZƏLMİŞDİR, YOLA DÜŞ! 65

DUAN QƏBUL OLDU 66

QARĞIŞ QƏLBƏ QARANLIQ GƏTİRİR 67

ALLAH XATİRİNƏ BƏNDƏLƏR QARŞISINDA TƏVAZÖKARLIQ ETMƏYİN NƏTİCƏLƏRİ 67

BİTKİLƏRLƏ SÖHBƏT 68

VİNTİLYATOR İXTİRAÇISINA VERİLƏN MÜKAFAT 68

ŞƏRTLİ DUANIN QƏBUL OLUNMASI 68

MALI OĞURLANAN ŞƏXSƏ KÖMƏK 69

QIRMIZI ALMA YE 70

GÖZLƏRİ HARAM BAXIŞDAN SAXLAMAĞIN MÜKAFATI 71

HARAM MALDAN YARANAN ATƏŞ 71

QRAMAFONUN XARAB OLMASI 72

AŞİQ CAVANIN TƏVƏSSÜLÜ 72

ƏSƏBİLƏŞMƏ! 72

SAQQALI İLƏ NƏ İŞİN VAR?! 73

ŞEYTAN VƏSVƏSƏSİNƏ CAVAB 73

ÜÇÜNCÜ BÖLMƏ 74

RUHUN SAFLAŞDIRILMASI 74

BİRİNCİ FƏSİL 74

RUHU SAFLAŞDIRMANIN YOLLARI 74

ALTMIŞ İL YOLU TƏRSİNƏ GETMİŞƏM! 74

ƏMƏL İLƏ TƏLİM-TƏRBİYƏ 75

TƏRBİYƏ METODLARI 77

ALLAHA İTAƏT VƏ NƏFSİN İSTƏKLƏRİLƏ MÜXALİFƏTƏ TƏKİD 81

BATİNİ HALƏTLƏRİN AYIRD EDİLMƏSİ 82

ŞEYXİ İMTAHAN ETMƏK 82

BİR CASUSUN HADİSƏSİ 83

ƏVVƏLCƏ ATANI RAZI SAL 83

KAMİL TƏRBİYƏÇİNİN ƏHƏMİYYƏTİ 85

GÜNAH VƏ HƏYAT MÜSİBƏTLƏRİ 86

HƏTTA SİZƏ BELƏ NİSYƏ VERİLİR 86

UŞAĞI İNCİTMƏK 87

HƏYAT YOLDAŞINI İNCİTMƏK 88

ƏRİ İNCİTMƏK 89

BACININ NARAZILIĞI 89

BACIYA QARŞI ETİNASIZLIQ 90

ANANIN NARAZILIĞI 90

BİBİNİN QƏLBİNİN SINMASI 91

SAHİBKARIN ÖVLADLARINI İNCİTMƏK 93

QULLUQÇUNUN İNCİDİLMƏSİ 93

QOCA QARININ HAQQINI QƏSB ETMƏK 94

BAŞQALARINA HÖRMƏTSİZLİK 94

HEYVANLARA QARŞI RƏHİMSİZLİK 95

İKİNCİ FƏSİL 96

RUHİ-MƏNƏVİ TƏRBİYƏNİN ƏSASI 96

ŞİRKDƏN UZAQ OLMAQ 98

NƏFSİNLƏ MÜBARİZƏYƏ QALX 100

BİR İNCƏ MƏSƏLƏNİ DEMƏK ÜÇÜN SƏFƏR 100

MİN DƏFƏ İSTİĞFAR ET! 101

ŞƏXSİYYƏTƏ PƏRƏSTİŞ VƏ ŞİRK 101

ATAN SƏNİN ÜÇÜN BÜT OLMASIN 102

TOVHDİN HƏQİQƏTİNƏ ÇATMAĞIN YOLU 103

ÜÇÜNCÜ FƏSİL 103

MƏNƏVİ YÜKSƏLİŞ AMİLİ 103

HƏQİQİ İKSİR 104

ŞEYXİN ƏN BÖYÜK BACARIĞI 105

ŞİRİN VƏ FƏRHAD 106

MƏHBUBUN EŞQİNƏ YAZ! 106

AŞİQLİK DƏRSİ VER! 107

EŞQİ PƏRVANƏDƏN ÖYRƏN 107

ALLAHA MƏHƏBBƏTİN MÜQƏDDİMƏLƏRİ 108

ŞÜHUDİ MƏRİFƏTƏ ÇATMAQ 109

Allaha barəsində mərifət yolunda mövcud olan toz-torpağı silmək, yaramaz əməllərin yaratdığı hicabları qəlbdən təmizləmək üçün ilk növbədə qəlbi dünya məhəbbətindən paklamaq və boşaltmaq lazımdır. Çünki, Allaha məhəbbətlə dünya məhəbbəti heç vaxt bir yerə sığmaz. 110

İLAHİ MƏHƏBBƏTİN BƏLA VƏ AFƏTLƏRİ 110

BATİNDƏ DÜNYAPƏRƏST OLANLAR 111

ALLAHVARİ ÜRƏK 111

NƏ İŞ GÖRMÜSƏN?! 112

SƏNDƏ NƏLƏR GÖRÜRƏM! 112

QADINA ÇEVRİLMİŞ KİŞİLƏR 112

O STOL NƏDİR? 113

İLAHİ SİRLƏRLƏ TANIŞLIQ 113

ALLAHDAN BAŞQA HEÇ NƏ İSTƏMƏ! 113

ƏQL VƏ RUHUN MƏRTƏBƏLƏRİ 114

MƏHƏBBƏT ƏSASINDA OLAN İBADƏT 115

HƏR ŞEYİ ÖZÜN ÜÇÜN, HƏTTA ALLAHI! 115

TƏQVANIN ƏN YÜKSƏK MƏRTƏBƏSİ 116

MƏHƏBBƏT MƏKTƏBİ 116

QƏLBİN BƏSİRƏT GÖZLƏRİNİN AÇILMASI 116

QƏLBİN BATİNİ SİMASI 117

HƏR BİR ŞEYİN HAZIR OLDUĞU QƏLB 117

İLAHİ İŞLƏR GÖRƏN İNSAN 118

QƏLBİN TƏMİZLƏNMƏSİ 118

ALLAHLA AŞİQLİK ÜSLUBU 119

DÖRDÜNCÜ FƏSİL 120

ALLAH ÖVLİYALARININ İXLASI 120

BÜTÜN İŞLƏR ALLAH ÜÇÜN 120

ALLAH ÜÇÜN YE VƏ ALLAH ÜÇÜN YAT 121

ALLAH ÜÇÜN TİK 122

ALLAH XATİRİNƏ GƏL 122

ALLAHA GÖRƏ ÜFÜR 122

ALLAH XATİRİNƏ SEV! 122

ALLAHA GÖRƏ ÖP 123

ALLAH ÜÇÜN NƏ ETMİSƏN?! 123

VAY OLSUN MƏNƏ, VAY OLSUN MƏNƏ! 123

ALLAH XATİRİNƏ YAXŞI OLMAQ 124

ALLAHA GÖRƏ ZİYARƏTƏ GET! 124

İXLASIN TƏSİRLƏRİ 125

İLAHİ HİDAYƏT 126

ƏMƏLDƏ İLAHİ RƏNG 126

ŞEYTANA QƏLƏBƏ ÇALMAQ 127

QƏLB GÖZÜNÜN AÇILMASI 127

MADDİ VƏ MƏNƏVİ BƏRƏKƏTLƏR 128

ALLAH XATİRİNƏ DƏRS VERİRDİM 128

ALLAH BİZİM İŞİMİZİ DÜZƏLTDİ 128

BEŞİNCİ FƏSİL 129

ALLAH ÖVLİYALARININ ZİKRİ 129

ÖZÜNÜ DAİM ALLAHIN HÜZURUNDA BİLMƏK 129

NƏFSİN VƏ ŞEYTANIN ƏLİNDƏN XİLAS OLMA YOLU 131

MƏNDƏN ƏL ÇƏK! 131

YUXUDA DA ALLAHI YAD ETMƏK 133

BƏRZƏXDƏN XƏBƏRDARLIQ 133

BƏZİ ZİKRLƏRİN XÜSUSİYYƏTLƏRİ 133

İKİ ZİKRƏ DAHA ÇOX TƏKİD 133

NƏFSƏ QƏLƏBƏ ÇALMAQ ÜÇÜN 134

NAMƏHRƏM GÖRDÜKDƏ ŞEYTAN VƏSVƏSƏLƏRİNƏ QƏLƏBƏ ÇALMAQ 134

ALLAH MƏHƏBBƏTİ ÜÇÜN 135

BATİNİN SƏFALI OLMASI ÜÇÜN 135

İMAM ZAMAN (Ə)-IN HÜZURUNA ÇATMAQ ÜÇÜN 135

ÇƏTİNLİKLƏRİN ARADAN QALDIRILMASI VƏ XƏSTƏLİKLƏRİN MÜALİCƏSİ 136

ŞİDDƏTLİ İSTİLİYİN VƏ SOYUĞUN DƏF EDİLMƏSİ 137

ALTINCI FƏSİL 137

ALLAH ÖVLİYALARININ RAZ-NİYAZİ 137

CƏNAB ŞEYXİN OXUDUĞU DUALAR 138

ŞEYXİN HƏMİŞƏKİ DUASI 138

«YƏSTƏŞİRU» DUASINI OXU! 138

BƏHANƏLƏRİ ONDAN ALIN! 139

AĞLAMAĞIN VƏ MÜNACATIN DƏYƏRİ 139

«YA ALLAH» DEMƏYİN CAVABINDA İKİ RİYAL 139

ALLAHLA ÜNSİYYƏTİN YOLU 140

ALLAHDAN NƏ İSTƏYƏK? 141

AŞİQ ÖZ MƏŞUQUNDAN NƏ İSTƏYİR? 141

KİMSƏSİZLİK HARAYI ÇƏK 142

ƏHLİ-BEYTƏ (Ə) TƏVƏSSÜL ETMƏYİN FƏLSƏFƏSİ 142

«AŞURA» ZİYARƏTİ 143

DUANIN QƏBUL OLUNMA ŞƏRTİ 143

ƏVVƏLCƏ DUZUN PULUNU VERİN! 143

RAZ-NİYAZ EDƏN ŞƏXSİN TUTUMU 143

DUA OXUYANIN ƏDƏB QAYDALARI 144

YEDDİNCİ FƏSİL 145

ALLAH ÖVLİYALARININ EHSANI 145

XİLQƏTİN SİRRİ 145

YOXSULLUQLA EYNİ ZAMANDA İNFAQ ETMƏK 146

ORUC TUTUB SƏDƏQƏ VER 146

İŞSİZ AİLƏ SAHİBİNƏ EHSAN 146

BACIYA EHSAN 147

ŞEYX VƏ CAMAATA XİDMƏT 148

VƏLİYYİ ƏSR İMAM ZAMAN (Ə)-IN İMAM CAMAATA HƏVALƏ VERMƏSİ 148

EHSAN SÜFRƏSİ BARƏDƏ TÖVSİYƏLƏR 148

İNŞAALLAH Kİ, HAMIYA ÇATAR 149

CAMAATA XİDMƏT ETMƏYİN BƏRƏKƏTLƏRİ 150

HƏZRƏT ƏBDÜL-ƏZİM HƏSƏNİNİN (Ə) MƏQAMI 150

TAKSİ SÜRÜCÜSÜNÜN XİDMƏTİNİN BƏRƏKƏTİ 150

KORA KÖMƏK VƏ QƏLBİN NURANİLİYİ 151

QIRX NƏFƏRƏ TƏAM VERMƏK VƏ XƏSTƏNİN SAĞALMASI 152

QURAQLIQ İLİNDƏ YAĞIŞ 152

ATANIN ÖZ ÖVLADININ HƏYATI ÜÇÜN EHSAN ETMƏSİ 152

BİR AC HEYVANI DOYURMAĞIN BƏRƏKƏTİ 153

ALLAHIN İSTƏDİYİ ƏSASDA EHSAN ETMƏK 154

İMAM XOMEYNİNİN (R.Ə) İNSANLARA XİDMƏT BARƏSİNDƏKİ SÖZÜ 154

SƏKKİZİNCİ FƏSİL 155

ALLAH ÖVLİYALARININ NAMAZI 155

İMAM HÜSEYN (Ə) NÖKƏRİNİN NAMAZI İNDİYƏDƏK TƏXİRƏ DÜŞMƏZ! 158

QƏZƏB NAMAZIN BƏLASIDIR 159

DOQQUZUNCU FƏSİL 159

ALLAH ÖVLİYALARININ HƏCCİ 159

ŞEYXİN HƏCCƏ GEDƏN ŞƏXS ÜÇÜN GÖSTƏRİŞLƏRİ 160

SƏNƏ MƏHƏBBƏT ETDİKLƏRİ YEGANƏ YER 161

HƏCC QONAQLIĞI 161

MƏRHUM İMAM XOMEYNİNİN KƏLAMINDA HƏCCİN SİRLƏRİ 161

TƏKRAR «LƏBBEYK»LƏRİN SİRRİ 162

TƏVAFIN SİRRİ 162

ALLAHLA BEYƏT 163

MƏHBUBU TAPMAQ ÜÇÜN ÇALIŞMAQ 163

MƏŞƏRDƏ ŞÜUR, ƏRƏFATDA İRFAN 163

MİNADA QURBANLIĞIN SİRRİ 164

ƏQƏBƏDƏ ŞEYTANI DAŞLAMAQ 164

ONUNCU FƏSİL 165

ALLAH ÖVLİYALARININ QORXUSU 165

ALLAHDAN QORXMAĞIN MƏNASI 165

ALLAHDAN QORXMA! 165

İLAHİ QORXU 166

MƏHBUB TƏRƏFİNDƏN QƏBUL EDİLMƏMƏK QORXUSU 167

DÖRDÜNCÜ BÖLMƏ 169

ŞEYXİN VƏFATI 169

BİRİNCİ FƏSİL 169

ŞEYX RƏCƏBƏLİ XƏYYATIN VƏFATI 169

VƏFATDAN ƏVVƏLKİ GÜN 169

ŞEYXİN ŞAGİRDLƏRİNDƏN BİRİNİN YUXUSU 169

ŞEYX ÖLÜM YATAĞINDA 170

XOŞ GƏLMİSİNİZ AĞA! 171

QƏBRİN BİRİNCİ GECƏSİ 171

İKİNCİ FƏSİL 171

AYƏTULLAH HÖCCƏTİN VƏFATI 171

EVİN TƏMİR OLUNMASI 172

MƏN ÖLMƏLİYƏM 172

PƏRVƏRDİGARA, ÖHDƏMDƏ OLANLARA ƏMƏL ETDİM! 173

MƏN GÜNORTA ÇAĞI VƏFAT EDƏCƏYƏM 174

QURANLA İSTİXARƏ 174

AĞA ƏLİ, BUYURUN! 175

TÜRBƏT SUYU 175

KİMİN FƏSLİ VAR? 176

ÜÇÜNCÜ FƏSİL 177

HACI AXUND TÜRBƏTİNİN VƏFATI 177

VƏFATDAN BİR HƏFTƏ QABAQ 177

SALAM OLSUN SƏNƏ, YA RƏSULƏLLAH! 178

SALAMA OLSUN ANAMA! 178

HÜSEYNƏLİ, MƏNƏ ƏZİYYƏT VERMƏ! 178






1 Səhifeyi nur, 22/371.

2 Yenə orada, 22/348.

1 Mizanül-hikmət, 1/390/289/1400.

1 Məqsəd nəfsi bürüyən batini zülmət pərdəsidir.)

2 İkinci bölmənin ikinci fəslinə, «Bələm Bauranın talehinə düçar olmaqla təhdid» adlı başlığa baxa bilərsiniz.

1 Mizanul-hikmət, 5/2058/1496/7209.

2 Mizanul-hikmət 5/20

1 Sərmayeyi-suxən, 1-ci cild, səh. 610--613, ixtisarla

1 Yəni, axirət işi üçün deyil, dünya çətinliklərini həll etmək üçün mənim yanıma gəliblər. Şeyx dünyanı «qoca arvad» ifadəsi ilə bəyan edərdi. Bu da ərəb dilində olan islam hədislərində «əcuz» kəlməsi kimi işlənmişdir. Kitabın 3-cü bölməsinin 3-cü fəslinə «Allah məhəbbətinin bəlaları» adlı hissəsinə müraciət edə bilərsiniz.

1 Nəql olunduğuna görə, ağa Nəcəfi İsfahani adı ilə məşhur olan Ayətullah Mirza Camal İsfahani hacı ağa Nurullah İsfahaninin qardaşıdır. O, Rza xanın hakimyyətinin əvvəllərində Tehran bazarında olan «Seyyid Əzizullah» məscidində imamlıq edirdi. Onun məclisləri haqda mərhum Şeyx Rəcəbəlidən nəql olunur ki, o belə deyirmiş: «Ağa Camalın minbərdəki moizələri Allah aşiqi yetişdirirdi». O, Rza xan hökuməti ilə müxalifət etdiyinə görə İsfahana sürgün edildi və orada da şəhadətə çatdırıldı. Onun qəbri «Təxtfulad» qəbristanlığında yerləşir. Doktor Əbul Həsən deyir: Cənab Şeyx ilə İsfahandakı həmin qəbristanlıqda idik. Bir qəbrin yanında oturduq. Buyurdu: Bu qəbrin sahibi mənim ustadım olmuşdur.

Höccətül-islam Kərimi Ayətullah seyyid Kazim Əssaddan Əmirəl-möminin Əli (ə)-ın Ayətullah Mirza Camal İsfahani barəsində olan kəramətlərindən maraqlı bir əhvalat danışmışdır. O hadisə belədir:

Həzrət Ayətullah Əssar Tehranın «şəhid Mütəhhəri» ali səviyyəli mədrəsəsində (keçmiş Sepəhsalar) Əsfar dərsini tədris edirdi. Mən, Kərəməli Kərimi Qərtəmani mədrəsənin altı illik kursunu onun və sair müdərrislərin hüzurunda keçirmişdik. Onun barəsində baş verən birinci möcüzəli hadisəni gözlərindən yaş axan halda Əsfar dərsində bizə belə nəql etdi: Həzrət Ayətullah hacı ağa Camal Nəcəfi İsfahani (o zaman Pəhləvi hökuməti tərəfindən Tehrana sürgün olunmuşdu və bazarın «hacı seyyid Əzizullah» məscidində camaat namazını qılırdı). O sübhlər Mərvi mədrəsəsində tədris edirdi. Onun dərsləri çox yüksək səviyyəli və dolğun olduğundan Mərvi mədrəsəsinin elm əhlindən olan alim və tələbələrin yığıldığı məkana çevrildi. Hamı onun dərslərindən faydalanmaq istəyirdi. Hətta, imam camaatlardan bəziləri ona qarşı həsəd aparırdılar.

Buna görə də bir yığıncaq təşkil edərək onun savadsız olduğunu isbat etmək istəyirdilər. Onlar ruhaniləri öz ətrafına yığaraq qərara almışdılar ki, hacı ağa Camal İsfahanini üç dərs barəsində imtahana çəksinlər:

1. Fəlsəfə;

2. Fiqh;


3. Üsul.

Cənab Əssar buyururdu: Ondan fəlsəfədən, yəni Əsfar kitabından imtahan götürməyi mənə həvalə etdilər. Adlarını unutduğum iki nəfər də ondan fəlsəfə və fiqh barədə imtahan tutmağa məmur oldular. Qərara alındı ki, biz üç nəfər onun dərsinə gedib, hər birimiz sinfin bir tərəfində oturub, dərs əsnasında ondan sual edək.

Mən Əsfar kitabını özümlə götürdüm. Dərsin ortasında hacı ağa Camal fəlsəfi bir mətləbi izah edərkən ona bir sual verdim. O minbərin üstündən mənə diqqətlə baxıb buyurdu: Mən sizin cavabınızı belə sadəliklə vermərəm. Siz Əsfarı istədiyiniz yerdən açın və səhifənin əvvəlini mənim üçün oxuyun.

Mən onun dediyi kimi edib, açdığım səhifənin birinci cümləsini oxuduqda «kifayətdir» dedi. Həmin səhifəni heç bir səhv və xəta olmadan əvvəldən axıradək əzbərdən dedi, tərcümə də etdi və buyurdu: Siz məni imtahan etməyə gəlmisiniz? Mənim özümə aid etməyə heç nəyim yoxdur, hər nəyim vardırsa Mövlayi müttəqiyyan Əli (ə) tərəfindəndir.

Sonra hacı ağa Camal Əmirəl-möminin Əli (ə)-ın kəramət və möcüzəli işləri barəsində belə nəql edir: Mən qırx il Nəcəfdə elmlə məşğul oldum, ictihad dərəcəsinə nail olub yüksək elmi səviyyəyə çatdım. Atam bir dəstə alimi mənim ardımca göndərdi ki, İsfahana qayıdam və İsfahanın elmiyyə hövzəsinin başçılığını öhdəmə alam. İrana yola düşmək istədiyim gecə gözlənilmədən qorxunc bir xəstəliyə tutuldum və qırx gün huşsuz halda qaldım. Qırx gündən sonra Allah mənə mərhəmət etdi, tərləyib huşa gəldim. Ayıldıqda gördüm ki, ömrümün əvvəlindən öyrəndiklərimin hamısını unutmuşam,.

Çarəsizlikdən Əmirəl-möminin Əli (ə)-ın müqəddəs hərəminə gedib yalvarmağa başladım və bərkdən ağladım. Həzrətə ərz etdim: «Ağa! Qırx il müddətində sizin süfrənizin başında əyləşib sizin elminizi əxz etmişdim. İndi vətənə qayıtmaq istəyirəm, amma əlim boşdur. Siz kərəm dəryasısınız». Bu zaman mərhum Əssar ağlamağa başladı. Mərhum hacı ağa Camal buyurdu: O qədər ağladım ki, huşdan getdim, yarı yuxulu və yarı oyaq halda Mövlamı gördüm. Ağa şəhadət barmağını ağzıma qoydu və mənə nəvaziş göstərdi. Huşa gəldim və evə qayıdanda gördüm ki, ömrümün əvvəlindən oxuduqlarımın hamısını əzbərdən bilirəm.

Sonra ağa Camal ağlayıb buyurdu: Cənablar, mənim özümdən heç nəyim yoxdur. Hər nəyim varsa Əmirəl-möminin Əli (ə)-dandır. Gəlin məni imtahan edin. Mən Allahın köməyi və Əli (ə)-ın inayəti ilə oxuduğum dərslərin hamısını əzbərdən bilirəm.

Cənab Əssar burada ağlayaraq deyirdi: Bu hadisəni hacı ağa Camal bəyan edərkən orada mənəvi bir dəyişiklik yarandı. Mən qalxaraq o böyük şəxsiyyətin ayaqqabılarını gözümə sürtüb təbərrük etdim.



1 Böyük alim, kamil arif və yorulmaz mücahid Şeyx Məhəmmədtəqi Bafiqi Yəzdi «çadra və hicabla mübarizə» hərəkatında Rza xanla həzrət Məsumə (ə.s.)-ın hərəmində qarşılaşdı. Məsələ belə olmuşdu: Rza xan açıq-saçıqlığı yaymaq və çadranı qadağan etmək məqsədi ilə öz xanımını qadına yaraşmayan bir geyim formasında Qum şəhərinə göndərmiş və o da müqəddəs məkana hörmətsizlik edərək Həzrət Məsumə əleyhəssəlamın hərəminin eyvanına çıxaraq özünü xalqa nümayiş etdirmişdi. Bu xəbəri eşidən mərhum Ayətullah Bafiqi tələsik oraya gəlmiş, kimsənin bu ehtiramsızlığa etiraz etməyə cürət etmədiyini görüb özü şəxsən şahın arvadını təhqir edərək eyvandan qovmuşdu. Buna görə də Rza xan onu döyüb hörmətsizlik etdikdən sonra Rey şəhərinə sürgün etmiş və o da ömrünün axırına qədər həmin şəhərdə yaşamışdır. Bu böyük alimlə yaxından tanış olanlar ondan çoxlu qəribə hadisələr və kəramətlər nəql etmişlər. Misal olaraq bunu qeyd edirik: Onun xidmətçisi mərhum Şeyx İsmayıl mənim (yəni kitabın müəllifi) üçün belə nəql edir: Ayətullah Bafiqi ömrünün axırlarında xəstəlik nəticəsində evdən çıxa bilmirdi. Bir gün məndən soruşdu: «Sən həzrət Əbdüləzim (ə)-ın ziyarətinə gedərkən hər üç imam övladını hərəmin daxilindən ziyarət edirsən, yoxsa imamzadə Tahirə çöldən salam verirsən?»

O zaman hərəmin həyətyanı sahəsi genişləndirilməmişdi. İmamzadə Tahirin hərəmi o birilərindən ayrı idi. Cavabında dedim: «İmamzadə Tahiri ziyarət etmək üçün onun hərəminə daxil olmuram. Sadəcə həyətdən ziyarət edib salam verirəm».

Şeyx buyurdu: «Bu iş düzgün deyildir. Siz üç böyük şəxsiyyətin hərəminə gedirsiniz, ikisini yaxından, birini isə uzaqdan ziyarət edirsiniz. Bu əməl bir növ ehtiramsızlıq sayılır. Bu dəfə ziyarətə gedəndə həzrət Tahir (ə)-ın hərəminə daxil olub onu ziyarət et və de ki, axund da salam göndərir.

Şeyx İsmayıl deyir: «Şeyxin tövsiyələrinə əsasən həzrət Tahir (ə)-ın hərəminə daxil oldum. Orada heç kəs yox idi. Şeyxin sözlərini yadıma salıb onun tərəfindən salam çatdırmaq istədikdə, məqbərənin daxilindən üç dəfə «ləbbeyk, ləbbeyk, ləbbeyk».sözlərini eşitdim.

Həzrət imam Xomeyni (r.ə) mərhum Bafiqinin sürgün olunduğunu eşitdiyi zaman camaatı onunla sıx rabitə saxlamağa təşviq etmək üçün öz xüsusi yığıncaqlarında bu beyti buyurmuşdu:


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin