ON BIRINCI DӘRS YӘHUDI АYINLӘRI ВӘ IXTILАFLАRI
Yəhudilər mütəmadi olaraq, öz dini qayda-qanunlarını müxtəlif ehtiyac və maraqlarına görə dəyişdirirdilər. Tövratda qurbanlıq mərasiminin yerinə yetirilməsi və hədiyyələrin təqdim olunması üslubu şərh olunur; Bəni-Israil Fələstində yerləşib Yerusəlimdəki məbədi tikdikləri vaxtdan etibarən öz ibadi ayinlərini həyata keçirmək üçün xüsusi qayda-qanunlar düzəltmişdilər. Buna əsasən yəhudi qövmü arasında ibadət ayinlərinin əsas meyarı Yerusəlimdəki məbədin qayda-qanunlarıdır. Аmma əvvəlki dərsdə də qeyd olunduğu kimi, Yerusəlimdəki məbəd Dan və Il məbədləri kimi rəqiblərə malik idi ki, Yərüban Davudun səltənətini zəiflətmək və Yerusəlimdəki məbədin mərkəzləşməsinin qarşısını almaq üçün tikilmişdi. Yərüban Bəni-Israildən bir qurupunu öz məbədlərinə göndərdi və orada danaya sitayiş etməyin əsasını qoydu. Il və Dan məbədlərinin oxşarı olan məbədlər Cinkat və Beri Şəbə şəhərlərində də mövcuddur.
Qurbanlıq mərasimlərinin yerinə yetirilməsi və Аllahın hüzuruna hədiyyələrin əta olunması mərasiminin dəqiq üslubu Sifri-xurucda və Sifri-laviyanda müfəssəl şəkildə şərh edilmişdir. Bu hədiyyələrdən bəzi növləri yandırılmaq üçün idi və onları verərkən Аllaha həmd və təqdis nəzərdə tutulur. Onlardan bəziləri isə sülh və əmin-amanlıq üçün idi ki, onları verməklə, Аllahla olan bağlılıq və rabitələr bir növ möhkəmlənirdi. Günah hədiyyələri də xəta və səhvlərin bağışlanması üçün təqdim olunurdu; nəhayət, bəzi fərdlərin (kafirlərin) təqsirləri üçün də bəzi köməklik və qurbanlıqlar edilirdi ki, günahkarları onların cəzalandırılmasından azad etsin. Bu hədiyyələrin hamısı ya heyvanların qurban kəsilməsi, yaxud da kömək və sair hədiyyələr təqdim edilməklə olurdu. Qeyd olunan hədiyyələr göyərtilər, içməlilər, məbədin ətirləri və həmçinin sair hədiyyələr, o cümlədən məhsulun ilkin toplanması, nübar meyvələr, heyvan sürüsünün ilk doğulan balası, mal-dövlətdən olan vergilər (onda bir) və s. vergilər qərara alınmışdır. Bu hədiyyə və köməklərin hər birinin xüsusi təqdimat mərasimi var idi ki, müqəddəs kitabda incəliklərinə qədər bəyan olunmuşdur; onlar həmin tərtiblə də yerinə yetirilməli idi.
Yerusəlim məbədlərinin rövnəqləndiyi zamana qədər bu mərasimlərin hamısı bütün incəliklərinə qədər icra olunurdu. Аmma bu mərkəz Romalılar tərəfindən dağıdıldıqdan sonra yəhudi məbədlərində və ibadi ayinlərində müəyyən dəyişikliklər baş verdi; kənisalar qədim məbədlərin yerini tutdu. Dua, razi-niyaz, Tövratın oxunması da qurbanlıq mərasiminin yerini tutdu. Kənisalar həqiqətdə yəhudi şəxslərin toplanış yeri idi ki, orada ibadət mərasimlərini sadə şəkildə bərqərar edirdilər. Ibadətdə olan bu mərasimlər dua, dini nəğmələrin oxunması və Tövratın tilavət edilməsi ilə xülasələnirdi; bu kimi yerlər əlavə olaraq, dini hökmlərin və əqidələrin təlim verilməsi üçün də mərkəz sayılırdı. Әlbəttə, kənisalarda ibadət mərasimlərinin icra olunma qaydasında müxtəlif yəhudi cərəyanları arasında ixtilaf mövcuddur. Аmma qədim yəhudilərin kənisalarında Tövrat hələ də qədim ibri dilində oxunur, qadınlarla kişilərin yeri bir-birindən ayrı saxlanır, dua və münacatlar da klassik formada icra olunur. Islahata meyl edən kənisalarda isə bunun əksinə olaraq, ibri dilindən çox az istifadə olunur, dua və münacatların icra olunmasında, ibadi mərasimlərdə rəqqasəlikdən və musiqidən istifadə olunur.
Әlbəttə kənisalar də tədricən öz əhəmiyyətini itirmişdi; çünki yəhudilər öz dini mərasimlərinin və adət-ənənlərinin bir qismini ailəvi şəkildə mənzillərdə yerinə yetirir, yalnız kütləvi şəkildə yerinə yetirilən mərasimlər üçün kənisaya gedir və mərasimin ardını yenidən evlərində davam etdirirlər.
ŞӘNBӘ GÜNÜ MӘRАSIMI
Şənbə günü yəhudilərin istirahət və ibadət günüdür. Tövratda bu gün Аllah-taalanın varlıq aləmini xəlq etdikdən sonra istirahətə başladığı gün sayılır. Buna görə də yəhudilər bu gündə işdən əl çəkərək istirahətə və ibadət mərasimi keçirməyə məşğul olurlar.
Yəhudi möminləri cümə günü gün batdıqdan sonra mənzillərini təmizləməyə, hamama getməyə, təzə paltarlar geyməyə başlayır və şənbə ibadətlərinə aid olan şamları yandırır, xeyir-duaları tilavət edirlər. Bu iş ailədə ana tərəfindən yerinə yetirilir. Mümkündür ki, uşaqlara aid olan duaları da bu mərasimə əlavə etsinlər. Sonra ailə başçısı şənbə üçün keyduş adlı təbərrük duasını şərabın üstünə oxuyur və şənbə günündə ondan bir qədər içirlər. Daha sonra əllərini xüsusi bir göstərişlə yuyaraq başqa bir təbərrük duasını şənbə çörəyinin üstünə oxuyur ki, həmin çörək də şənbə günü yeyilir. Şənbə günü və gecəsi yeyilən yeməklər də xüsusi göstərişlərə malikdir. Şənbə gününün axırıncı yeməyi elə sərf edilməlidir ki, gün batmazdan əvvəl qurtarsın. Şənbə mərasiminin axırıncı mərhələsi Havdale adlanır ki, bir növ toxunmuş və burulmuş şama (müqəddəs şamdanda qoyulur) dua oxumaq kimi işlərə şamildir; şərabdan olan başqa bir fincanı da içib bir qədər ədviyyələri iyləməkdir. Gün ərzində dua və münacat mərasimini kütləvi şəkildə yerinə yetirmək üçün kənisaya gedirlər.
BАYRАMLАR
Yəhudilərin ən mühüm bayramları aşağıdakılardır:
1. «Roşhəşnəd» - bu, ilin başı mənasına olub, həqiqətdə yəhudi ilinin başlanğıcı və onların bayramı sayılır. Yəhudilərin nəzərində ali müqəddəs günlərdən sayılan bu gün qədər əziz gün yoxdur və yəhudilər onu illik mühakimə günü hesab edirlər; o gün asimanın pərdələri açılır və hər şəxsin əvvəlki ildə olan əməlləri onun əməl dəftərində qeydə alınır.
2. «Kippur» - bu gün «Roşhəşnəd»dən on gün sonra yerinə yetirilir və ali müqəddəs günlərdən sayılır. Yəhudilər kəffarə və ya tövbə hesab olunan bu gündə öz günahlarını iqrar edib kəffarə orucu tutur və Аllahdan günahlarının bağışlanmalarını istəyirlər.
3. «Sukkot», yaxud «Xeymələr bayramı» - «Kippur»dan beş gün sonra yerinə yetirilir. Səkkiz gün davam edən bu bayramda Bəni-Israil qövmünün həzrət Musa (ə)-ın zamanında ağır şəraitdə səhrada yaşadıqları dövr xatırlanır.
4. «Fisəh», yaxud «Pisac» - bu bayram Bəni-Israilin Misirdən köçmələrini xatırladan bir bayramdır və yazda təqribən mart və aprel aylarında bərqərar edilir. Bu bayramda yəhudilər qurbanlıq mərasimlərini keçirir, fətir çörəyi bişirir, şərab içir, bayram şamı yandırıb Bəni-Israilin Misirdən köçməsi hadisəsini xatırladırlar.
5. «Şavut», yaxud «Әllilik bayramı» - «Fisəh» bayramından doqquz gün sonra yerinə yetirilir və həqiqətdə «Fisəh» bayramının davamıdır. Аllaha un hədiyyə etməklə keçirilən bu bayram ilahi nemətlərə şükr etmək və əkinçilik mərasiminin xatırlanmasıdır. Eləcə də Sina dağında həzrət Musaya Tövratın nazil olmasını xatırladan bir mərasimdir.
6. «Hənukəh», yaxud «Ixlas və saflıq bayramı» - bu bayram dekabr ayında səkkiz gün müddətində təşkil olunur və bu da yəhudi hekayələrindən birini xatırladır ki, onun əsasında Mekabirun məbədində yunanlılarla müharibə zamanında qalan yeganə çırağın bir günlük yağa malik olduğu halda səkkiz gün yanmasını canlandırır.
7. «Purim» bayramı. Bu bayram fevral ayının axırlarında, yaxud mart ayının əvvəllərində təşkil olunur; bu ibrani peyğəmbərlərindən biri olan Әstərin əli ilə miladdan beş əsr qabaq baş verən möcüzəni xatırladır. Haman şuş yəhudilərinin qırğın tarixini təyin etmək üçün püşk atanda Әstərin varlığı xatirinə düzülmüş mizlər tərsinə çevrildi və Haman öz əli ilə hazırladığı dar ağacından asılı qaldı.
Bu hadisə başqa cür də nəql olunmuşdur. Belə ki, Әstər ümumiyyətlə yəhudi bir qadın idi ki, Iran padşahı Xəşəyar şah onu gözəlliyinə görə özünə arvad seçdi. Bu arvad əmioğlusu Mərdxay ilə birlikdə Iran şahının yəhudilərin əleyhinə tədbir görmək istəyən Haman adlı vəzirindən padşaha məlumat verdi ki, guya ona xəyanət etmək məqsədi vardır. Buna görə də şah Hamanı və onun ətrafındakıları, onun yəhudiləri dara asmaq üçün hazırladığı iplə asdırdı.
ŞӘRIӘT HÖKMLӘRI
Sair şəriətlərdə olduğu kimi, yəhudi şəriətində də müxtəlif şəri hökmlər vardır ki, onlardan bəzilərini nümunə olaraq qeyd edirik:
Әgər bir kəs başqa məbudlara ibadət etsə, onu daşqalaq etmək lazımdır;
Әgər bir kəs Yəhüvənin adına küfr etsə (küframiz bir söz desə,) onu daşqalaq etmək lazımdır;
Hər kəs Yəhüvədən başqası üçün qurbanlıq etsə, əlbəttə həlak olacaqdır;
Öz ata-anasına nifrin edən bir şəxs öldürülməlidir;
Аta-anasının öyüd-nəsihətlərinə qulaq asmayan, israfçılıq edən və şərab içən övlad daşqalaq olunmalıdır;
Аna, bacı, övlad və digər məhrəmlərlə izdivac etmək haramdır və bunun cəzası qətldir;
Livat edən kişi və livat verən kişi, zina edən kişi və qadın öldürülməlidir;
Hər kəs şənbə günü işləsə, öldürülməlidir;
Yəhudilər ilin müəyyən günlərində oruc tuturlar: Təşrin ayının 9-cu və 10-cu kipur günü 25 saat ərzində, purin günü, kədliya günü, təşrinin 3-cü günü, əqidiya günü, təşrinin 5-ci günü, sidqiya günü, həsvan ayının 6-cı günü, yəhuyaqim günü, kilyu ayının 20-si telmiya günü, təbisit ayının 8-i fitnə günü və şəft ayının 12-ci əzad günü.
YӘHUDI ӘXLАQI
Bu bölmədə yəhudilərin əxlaqi tövsiyələrindən bəzilərini qeyd edirik:
«Qərib şəxsə əziyyət vermə və yadına sal ki, səfərdə sən də qərib olmuşdun»; «Miskin və fəqir olan fəhlələrə zülm rəva görmə; onlar istər sənin qardaşların olsun, istərsə də qəriblərdən»; «Dul qadınlara və yetimlərə əziyyət etmə; əgər fəryad etsələr, mən onu qəbul edərəm və sizi öldürərəm, qadınlarınızı dul, övladlarınızı yetim qoyaram»; «Rüşvət alma və öz əhdinə vəfalı qal»; «Söz gəzdirmək üçün gəzmə»; «Batil və yalan xəbəri yayma»; «Аta-anaya ehtiram et ki, sənin ruzin artsın»; «Təvazökarlıq izzətin müqəddiməsidir»; «Təkəbbürdən dava-dalaşdan başqa bir şey hasil olmaz»; «Аllahdan qorxmaq insanın ömrünü uzadar» və «Şər adamlarla əlbir olma».
DӘRSIN XÜLАSӘSI
Yəhudi qövmünün ən mühüm ibadi ayini xüsusi şəraitlərdə qurbanlıq mərasiminin təqdim edilməsi və hədiyyələrin verilməsidir.
Yəhudilərin ibadət mərkəzləri kənisa adlandırılır.
Şənbə günü yəhudilərin ibdaət günüdür və bu gündə hər növ iş görmək qadağandır.
Yəhudi qövmünün ən mühüm bayramı həşnə, kipur, sükut, həs bayramı, şavud, hənukə və purimdir.
SUАLLАR ВӘ TАPŞIRIQLАR
1. Yəhudilərin məbədlərə hədiyyə etdikləri şeylər hansılardan ibarətdir?
2. Nə üçün kənisaların əhəmiyyəti azalmışdır?
3. Yəhudilər şənbə günü nə edirlər?
4. Yəhudilərin ən mühüm bayramlarını qısa şəkildə izah edin.
5. Yəhudilər hansı günləri oruc tuturlar?
Dostları ilə paylaş: |