ON DÖRDÜNCÜ DӘRS YӘHUDI FIRQӘLӘRI
Yəhudilər sair xalqlar kimi müxtəlif firqə və quruplara bölünmüşdür. Yəhudi qövmü arasında təfriqənin ən ümdə amili yəhudi dininin şifahi təlimlərinə (Təlmuda), eləcə də Әhdi-qədimə (Әtiqə) artırılan risalələrə etiqad bəsləyib-bəsləməməklə əlaqədardır. Eləcə də axirət aləminə etiqad bəsləmək və ya bəsləməmək yəhudilərin firqələrə ayrılmasının digər bir amili hesab olunur.
Bu dərsdə yəhudi firqələrinin ən mühümlərini bəyan edəcəyik.
1. FӘRISYUN
«Fərisyun» kənara çəkilənlər, ayrılanlar mənasındadır. Bu ad həmin firqəyə müxaliflər tərəfindən verilmişdir. Аmma bu firqənin ardıcılları özlərini «Әhbar» yəni, rəfiqlər və dostlar, yaxud Rəbbanilər adlandırırlar.
Bu firqənin ardıcılları inanırlar ki, Tövratın hamısı əzəl gündən xəlq olunmuş və Musaya nazil olan müqəddəs lövhələrdə yazılmışdı. Buna əsasən, həzrət Musanın əsrindən sonra Tövratın yenidən yazılması həmin yazıların təkrar olunması kimidir. Fərisyunların nəzərinə görə, Tövrat təklikdə müqəddəs kitabın hamısı deyil, əksinə Təlmud da müqəddəs kitabın bir hissəsidir. Fərisyunun nəzərincə, yəhudi xaxamları mənəvi hakimiyyətə və ismət məqamına sahibdirlər; onların danışıqları Аllah tərəfindən ilham olunur. Həmçinin deyirlər ki, hər bir mömin xaxamların kəlamını şəriət hökmü kimi qiymətləndirməlidir. Çünki onların sözləri Аllahın buyuruğudur. Buna əsasən, əgər xaxam sağ əlim sol əlimdirsə desə, yaxud bunun əksinə söyləsə, onu təsdiq et və onunla mübahisə etmə.
Fərisyun axirət aləminə, məhşərə, ölülərin dirilməsinə və qiyamət gününə etiqad bəsləyir. Onlar inanırlar ki, ölüb dünyadan getmiş saleh şəxslər də Məsihanın qiyamı zamanı diriləcəklər ki, o həzrətin xidmətində olsunlar. Fərisyunlar qurbanlıq ayinlərinə inanmırlar və onların əksəriyyəti zöhd və sufilik halında yaşayır, izdivacdan qaçırlar.
Fərisyun Incildə həzrət Isa (ə)-ın ən qatı düşmənləri kimi təqdim olunaraq, Qeysərin yanında bədbinlik icad edən amil və Isa (ə)-ın dara çəkilməsi ilə nəticələnən bütün məkrli planların səbəbkarı hesab olunurlar.
2. SӘDUQIYYUN
Bu firqə həzrət Süleymanın zamanında böyük kahin olan Səduq, yaxud eramızdan əvvəl üçüncü əsrdə yaşamış həmin adda başqa bir kahinə mənsub edilir. Deyirlər ki, Səduq, Üzeyiri Аllahın oğlu kimi təqdim edən şəxsdir ki, Quranda da buna işarə edilir.1
Səduqiyyun şifahi təlimlər olan Təlmuda etiqad bəsləmir və inanırlar ki, bu kitab Fərisiyyun alimləri tərəfindən yazılmışdır və müqəddəs kitab deyildir. Səduqiyyunun Fərisiyyunla olan ixtilaflarından digəri səduqilərin qiyamətə, axirət həyatına, qiyamət gününün hesab-kitabına, behişt və cəhənnəmə etiqad bəsləməməsidir; onlar inanırlar ki, insanlar bütün işlərin mükafat və cəzasını məhz bu dünyada görəcəkdir. Әgər yaxşı iş sahibi olarsa, xeyir və bərəkətlə bu həyatdan mükafat alır, əgər çirkin işlər görərsə, müsibətlərə, acınacaqlı hallara giriftar olar. Səduqiyyun mələklərin və şeytanın varlığına, ilahi qəza və qədərə, vədə verilən Məsihaya da inanmırlar.
Səduqiyyun ictimai rəftarda da Fərisiyyunla fərqlənirlər. Çünki Səduqiyyun müxtəlif millətlər və sair din ardıcılları ilə dostluq rabitələrinin bərqərar edilməsinə inanırlar. Halbuki, Fərisiyyun yəhudilərdən başqasına düşmən gözü ilə baxır, hətta sair yəhudi firqələrinin ardıcıllarına da mənfi hisslərlə yanaşırlar.
3. SАMIRIYYUN
Bu yəhudi qurupu Fələstinin şimalında yerləşən Samirə şəhərində məskunlaşmış və hal-hazırda da Nablos şəhərində yaşayırlar. Onlar bu şəhəri müqəddəs şəhər və Süleymanın məbədinin yeri hesab edir, öz qiblələrini o istiqamətdə qərar verirlər. Samiriyyun Аllah-taalanın vəhdətinə, Musanın nübüvvətinə və axirət aləminə etiqad bəsləyirlər. Onlar müqəddəs kitabın məcmusundan yalnız Tövrata (beşlik təşkil edən sifrlərə) Yuşenin səhifəsinə, davərlər kitabına inanır, Әhdi-ətiqin qalan hissəsini və Təlmudu rəsmi olaraq qəbul etmirlər. Bu firqə Musadan sonrakı peyğəmbərlərin nübüvvətini və Yuşeni qəbul etmir, özlərini Yəqub övladlarının varisləri və Tövratın himayədarları adlandırırlar.
4. ISINIYYUN
Bu firqə miladdan dörd əsr qabaq yaranmış, etiqad və adət-ənənlərində sair yəhudi firqələri ilə əsaslı fərqlərə malikdir. Onların sair yəhudi firqələri ilə olan ixtilaflarından biri də qurbanlığı, hədiyyələri və nəzrləri haram hesab etmələridir; halbuki bu məsələ sair yəhudi firqələrinin ən mühüm ibadətidir və Lavinyan sifri əsas etibarı ilə bu mövzuya məxsusdur. Аmma digər tərəfdən qüsl və paklanmağa çox təkid edirlər. Buna görə də onlar Isiniyyun adlandırılmışdır; onun mənası pakizələr və qüsl edənlər deməkdir.
Bu firqənin ardıcılları bir qövmün başqa bir qövmə üstün olması və irqli fərqlərə inanmırlar və bütün qövmlər arasında bərabərliyə qaildilər. Onlar inanırlar ki, insanlar daimi sülhdə olmalı, zülm, təcavüzkarlıq və müharibədən uzaq yaşamalıdır; bu firqənin fərdi və xüsusi mülkiyyətə də etiqadı yoxdur.
5. QURRАВUN, YАXUD ӘNАNIYYUN
Bu firqə miladın səkkizinci əsrində Bağdad alimlərindən olan Әnan ibni Davudun vasitəsilə yaradılmışdır. Bu firqənin adı da onun banisinə mənsub edilərək Әnaniyyun adlandırılmışdır. Аmma Qurravun adlandırılmalarının səbəbi də yalnız Әhdi-ətiqin əsfarına inanmalarıdır. Qurravun məqra kökündəndir ki, yəhudilərin arasında Әhdi-ətiqin əsfarına deyilən “yazılı” mənasındadır. Buna əsasən Qurravun, yaxud Әnaniyyun Təlmudun hökmlərinə, Rəbbanilərin və xaxamların təlimlərinə, onun müqəddəs kitab olmasına və şəriət hökmü daşımasına inanmırlar; yalnız Әhdi-ətiqi müqəddəs kitab kimi öz əqidə və əməllərinin bünövrəsi qərar verirlər.
Bu firqə ardıcılları Fərisiyyunların əksinə olaraq, yəhudi alim və xaxamların sözlərinə əməl etmirlər və onları məsum saymırlar. Buna görə də onlar şəriətdə dərk, təhqiq və ictihad qapısını açıq hesab edirlər. Həmin səbəbə görə də çoxlu şəriət hökmlərində sair yəhudi firqələri ilə ixtilaflıdırlar.
6. QӘBАLӘT
Bu firqə Təlmud düşüncələrinin əsasında, Әflatun, Hindistan fəlsəfəsi və Zərdüşt təfəkkürünün təsirindən yaranmışdır. Onlar Təlmuddan təsirlənərək, batini təfsir və təvillə formalaşmış, məxfi hikmət adı ilə məşhurlaşmış, daha sonra isə Qəbalə adı ilə tanınmışlar. Аrami lüğəti olan Qəbalə «qəbul» mənasındadır ki, bu da Təlmudun şifahi rəvayətlərinin qəbul edilməsinə işarədir. Bu firqə xaxam Sənan ibni Yuşanın vasitəsi ilə yaradılmışdır. Onun ardıcılları inanırdılar ki, o, 13 il Fələstin mağaralarında təklikdə və məxfi şəkildə yaşamış, daha sonra isə kəşf, ilham və işraqla bütün yerlər və asimanlar onun üçün aşikar olmuşdur.
DӘRSIN XÜLАSӘSI
Təlmudun qəbul olunub-olunmaması əsasında yəhudi qövmü müxtəlif firqələrə bölünmüşdür.
Yəhudilərin ən mühüm firqələri: Fərisiyyun, Səduqiyyun, Samiriyyun, Isiniyyun, Әnaniyyun və Qəbalədən ibarətdir.
SUАLLАR ВӘ TАPŞIRIQLАR
1. Fərisiyyun hansı əqidəyə malikdir?
2. Sədiqiyyun kimlərə deyilir?
3. Hansı firqənin Yuşedən sonrakı peyğəmbərlərə əqidəsi yoxdur?
4. Hansı firqə qurbanlıq və hədiyyələri haram hesab edir?
5. Qurravun nə üçün belə adlandırılmışdır?
6. Qəbalə əqidəsini bəyan edin?
Dostları ilə paylaş: |