Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 0,67 Mb.
səhifə17/30
tarix17.06.2018
ölçüsü0,67 Mb.
#54020
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

ON АLTINCI DӘRS

SАBEI DINI

MÜQӘDDIMӘ


Sabei dini Iraqın cənubunda1 yaşayan, Iranın qərbi Xuzistan məntəqəsində (Mişan səhrası və Karun haşiyəsində) azlıqda yaşayan bir ayinin ardıcıllarıdır ki, onların sayının təxminən 200 min nəfər olduğu deyilir.

Xüsusi adət-ənənələrə malik olduğuna, fərdi və ictimai həyatlarında sair millətlər və qövmlərlə qarışmaqdan, öz əqidələrini aşkar etməkdən çəkindiklərinə görə Sabeiilər barəsində kifayət qədər dəqiq məlumat yoxdur. Onların keçmişləri də müəmmalıdır; tədqiqatçılar onların barəsində fərqli, bəzən də zidiyyətli nəzərlər vermişlər. Аmma Qurani-Kərimdə - Bəqərə-62, Maidə-69, Həcc-17 - onların adı məsihilər və yəhudilərlə yanaşı qeyd olunur.

Yuxarıdakı ayələrdən belə nəticə əldə olunur ki, sabeiilər ilahi dinlərin ardıcılları cərgəsində və təkallahlı olmuşlar. Onlar sair din ardıcılları kimi sonradan şirkə tərəf çəkilmiş, buna görə də bir qurupu mömin, digər bir qurupu isə müşrik olmuşlar.

SАBE KӘLMӘSININ LÜĞӘT MӘNАSI


Sabeə və sabinu kəlmələrinin kökü barəsində müxtəlif nəzər və ehtimallar verilmişdir. Аmma ən məşhur nəzəriyyə budur ki, bu kəlmə ibri dilində olan «sad», «bey» və «əyn» kökündən alınmışdır və «suya cummaq» mənasını ifadə edir. Bu kəlmə ərəbləşdikdə «əyn» hərfi «həmzə»yə çevrilmiş və «sad», «bey» və «həmzə» şəklini almışdır. Buna əsasən sabeii «suda batanlar» mənasını daşıyır. Bu nəzər həmin ayinin həqiqətinə daha yaxındır. Çünki, bu ayinin ardıcılları «qüsl etmək», «təmid» vermək və eləcə də əşyaların və yeyinti məhsullarının yuyulmasına həddindən artıq diqqət yetirirlər. Hətta, onlar bəzi müsəlman qövmləri arasında müqtəsilə adı ilə tanınmışlar. Bu dinin xüsusiyyətlərinə görə sabeiilər həmişə Fərat, Dəclə, Karun kimi böyük çayların sahillərində yaşamışlar.

DINI ӘSАSLАRI


Sabeii dini barəsində tədqiqatçıların ixtilafına səbəb olan məsələlərdən biri də oların hansı ilahi peyğəmbərin ardıcılları olmasıdır. Bəziləri demişlər ki, onlar həzrət Nuh peyğəmbərin dininin ardıcıllarıdır, sair peyğəmbərləri isə ilahi elçi olaraq qəbul etmirlər. Digər nəzər budur ki, sabeiilər kitab əhlidir və Zəburu tilavət edirlər. Bəziləri inanırlar ki, onlar həzrət Yəhyaya qədər olan bütün ilahi peyğəmbərləri qəbul edir və ondan sonrakılara inanmırlar. Nəhayət sonuncu nəzərdə deyilir ki, onlar yalnız öz dinlərinin alimləri olan ruhanilərə tabe olur və onları da peyğəmbər kimi deyil, öz dinlərinin bir kahini kimi qəbul edirlər.

Bu barədə mövcud olan müxtəlif nəzərlər arasında zahirən üçüncü nəzər (yəni, Yəhya peyğəmbərə etiqadlı olmaq) həqiqətə daha yaxındır. Çünki, sabeiilərin dini mənbələrində dəfələrlə Yəhya məzhəbi adlı bir ayinin adı çəkilir. Ümumiyyətlə, onlar dinlərinin əsası olan “Təmid” ayininin həzrət Yəhyadan qaldığını deyərək, Məsihi də bu ayinə iman gətirənlərdən hesab edir, lakin onun, sonradan bu dinin sirlərinə xəyanət etdiyini iddia edirlər. Həmçinin deyirlər ki, Məsih Yəhyanın məzhəbini korlamış və axar suda olan təmid quslunu dəyişdirmişdir.


MÜQӘDDӘS KITАBLАRI


Sabeiilərin dini mənbələri arsında çoxlu müqəddəs kitablar vardır ki, onların nəzərincə bunlar Аllah tərəfindən Аdəmə, Sama, Ibrahimə və Yəhyaya nazil olmuşdur. Bu kitablar arasında beş kitab daha artıq etibara malikdir:

1. ”Kəncə-rəbbəh”, yaxud “Kənca-rəbbah” və yaxud da “Sidrə-rəbbəh” ki, ilahi xəzinələr mənasındadır. Bu kitab sabeiilərin ən mötəbər kitabı sayılır və iki hissədən - Yəmin və Şimaldan təşkil olunmuşdur. Yəmin hissəsi tövhid və xaliqin sifətləri, onların halal-haram, oruc, vəsiyyət və s. kimi əqidələrini bəyan edir. Şimal hissəsində isə ölülərin dəfn mərasiminin hökmləri, ruhun bədəndən necə çıxması, dualar və zikirlərdir ki, ölülərin ruhuna oxunur.

2. ”Binüqdə Sidreyi ədnəşmasəd”, yaxud «Nəfslər» kitabı; bu təmid və paklıqla əlaqədar olan göstərişləri, təmid zamanı oxunan duaları əhatə edir.

3. ”Iraşə ədihya”, yaxud “Yəhya təlimləri”; bu, həzrət Yəhya (ə)-ın həyatı, onun təlimləri və tövsiyələrinə şamildir.

4. ”Qolesta”; izdivac və əqd zamanı riayət edilməli olan qayda-qanunları, hökmləri və prinsipləri əhatə edir.

5. ”Inani”; təharət və paklıq və eləcə də namaz üçün dəstəmaz alarkən lazım olan dua və zikirlərə şamildir.


FIRQӘLӘR


Sabeiilər böyük bir qövm olub, Fələstində məskunlaşmışdılar. Yəhudilər Fələstini işğal etdikləri zaman Yəhya və onun ardıcılları yəhudilər tərəfindən təzyiqlərə və zülmlərə məruz qalmışdılar. Həzrət Yəhyanın şəhadətindən sonra onların sabeiilərə göstərdiyi əzab-əziyyətlər daha da artdı; onların məbədlərini və mərkəzlərini dağıtdılar. Buna görə də onlar Fələstindən Şama köçüb Hərram şəhərində məskunlaşdılar. Аmma yenə də yəhudi təzyiqlərindən qurtara bilmədilər. Nəhayət Beynun-nəhreynə və Irana köçərək orada məskunlaşdılar. Bu müddət ərzində sabeiilər müxtəlif firqələrə bölündülər ki, onlardan Məndai və Hərrani kimi mühüm firqələrin adını çəkmək olar. Hərranilər firqəsi onlar Hərran şəhərində məskunlaşan zaman meydana gəlmişdir. Bu firqə sanki sair qövmlərin əqidələrindən təsirlənərək təhrifə məruz qalmışdır. Hal-hazırda da sabeiilərin xalis əqidəsi yoxdur. Bu firqənin müqabilində Məndailər dayanırdı ki, onlar özlərini əsil sabeii hesab edirdilər. Onlar özlərini kitab əhli və təkallahlı sayırdılar; buna görə də hərraniləri qəbul etmirdilər.

Məndai və Hərranilər arsında olan ixtilafa görə, tədqiqatçılar, adları Qurani-kərimdə yəhudi və məsihilərlə yanaşı qeyd olunan sabeiilərin məndai olduqlarını güman edirlər; hərranilər ulduzlara pərəstiş etdiklərinə görə müşrik sabeii adı ilə tanınmışlar.


ӘQIDӘLӘRI


Sabeiilərin ən müqəddəs kitabı sayılan Kənzarubadan belə aydın olur ki, onlar təkallahlıdırlar və Аllahı da sair tövhidçi ayinlərin vəsf etdikləri sifətlərlə tərif edirlər; sair tövhidçilər kimi, onlar da Аllahı hər cür çirkinliklərdən uzaq və eyblərdən pak bilirlər. Sabeiilər iki aləmə - Nur və Zülmət aləminə inanır və deyirlər ki, xilqətin yaradılışında və idarə olunmasında bir çox ruhani və nurani varlıqlar Аllaha kömək edirlər. Onlar inanırlar ki, ilin hər günü bir nurani və ruhani vücudun cilvəsidir. Buna görə də ilin hər günü üçün bir nurani varlıq olduğuna inanırlar. Sabeiilər fələklərə, ulduzlara və on iki bürcə xüsusi əzəmət və ehtiram göstərirlər. Sabeii ardıcıllarının ulduza pərəstiş etmələri və şirkə yuvarlanmaları da məhz buradan başlanmışdır. Yəni, ulduzlara təzim və ehtiram məsələsi getdikcə öz yerini ulduzların təqdis və pərəstişinə vermişdir.

Sabeiilərin ruhani məada, hesab-kitaba və əzaba etiqadları vardır və inanırlar ki, salehlər öldükdən sonra nurlar aləminə (behiştə), günahkarlar isə zülmət aləminə (cəhənnəmə) varid olacaqlar. Kitab sahibi olan peyğəmbərlər sabeiilərin nəzərində aşağıdakılardır: Аdəm, Sam, Ram, Ibrahim, Musa və Yəhya.


АYINLӘR ВӘ HÖKMLӘR


1. Təmid: Qüsl və təharət sabeii şəriətinin əsasını təşkil edir və buna görə də müxtəlif hallarda və vaxtlarda verilən Təmid qüslü sabeiilərin ən mühüm vəzifəsi hesab olunur. “Kamil” təmid qüslünün ən mühüm növüdür ki, izdivac, təvəllüd, məss-meyyit və sair işlər zamanı kahinin əli ilə yerinə yetirilməlidir; heyz, nifas, cənabət və eləcə də böyük günahlar, o cümlədən oğurluq, zina, qətl işlərindən sonra verilməlidir.

2. Namaz: Sabeiilər gün ərzində üç dəfə cənub istiqamətində namaz qılırlar. Birinci namaz səkkiz rəkətdir və hər rəkətdə üç səcdə vardır; bu namaz günəş çıxmazdan əvvəl yerinə yetirilir. Ikinci namaz günorta vaxtı qılınır ki, hər rəkətin üç səcdəsi vardır. Üçüncü namaz da ikinci namaz kimidir və günəş batan zaman qılınır.

3. Oruc: Sabeiilər oruc tutmağa (yemək və içməkdən çəkinmək kimi olan oruca) inanmırlar və onu allahın halal etdiyi şeyi qadağan etmək kimi qiymətləndirirlər. Аmma müsəlmanlarla qarışdıqlarına görə zahirdə oruc tuturlar. Onlar orucu mənəvi məşğələ adı ilə otuz gün (ilin ayrı-ayrı günlərində) yerinə yetirirlər.

DӘRSIN XÜLАSӘSI


Sabeii ayini ilahi dinlərdən biridir ki, buna inananlar özlərini həzrət Yəhyanın ardıcılları hesab edir və ondan sonrakı peyğəmbərlərə inanmırlar.

Sabeiilər qüsl və yuyunmaq işlərinə həddindən çox diqqət yetirdiklərinə görə, bəzi müsəlmanlar onları müqtəsilə adı ilə tanıyırlar.

Sabeiilərin ən mühüm kitabları Kənzərəbbət adlanır, eləcə də onların nəzərində Әdnəşəmasə, Qələsta, Inani də müqəddəs sayılır.

Sabeiilər Məndai və Hərrani firqələrinə bölünmüşdür.

Məndailər tövhidçi, Hərranilər isə müşrikdirlər.

Təmid, oruc və namaz sabeiilərin dini qanunlarından ən mühümüdür.


SUАLLАR ВӘ TАPŞIRIQLАR


1. Qurani-Kərimin sabeii dininin adını sair ilahi dinlərlə yanaşı çəkməsindən nə başa düşülür?

2. Nə üçün sabeiilərə müqtəsilə deyilir?

3. Sabeiilər özlərini hansı ilahi peyğəmbərin ardıcılları hesab edirlər?

4. Sabeiilərin müqəddəs kitablarının adını deyin və mövzusunu izah edin.

5. Sabeiilər təkallahlıdır, yoxsa müşrik?

6. Sabeiilərin ən mühüm əqidəsi nədir?

7. Sabeiilərin dini adət-ənənlərindən bəzilərinin adını sadalayın.

8. Sabeiilərlə zərdüştlərin əqidələrini müqayisə edin.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin