Бисмиллаһир рәҺМАНир рәҺИМ



Yüklə 0.67 Mb.
səhifə20/30
tarix17.06.2018
ölçüsü0.67 Mb.
1   ...   16   17   18   19   20   21   22   23   ...   30

ON DOQQUZUNCU DӘRS

PULS RӘSUL


Özünü Isa (ə)-ın rəsulu (nümayəndəsi) kimi təqdim edən Puls məsihiliyin formalaşmasında mühüm rol oynamışdır. Məsihilik haqqında lazımi məlumat əldə etmək üçün onun rəftar və əməlləri ilə tanış olmalıyıq.

PULSUN KEÇMIŞI


Pulsun əsil adı Şaul idi. O yəhudi idi; öz dininə qarşı çox təəssübkeş və inadkar insan sayılırdı. Puls özünü Ferisi və Fərisi oğlu kimi təqdim edir.1 Başqa bir ayədə isə deyilir: «Mən.anadangəlmə israilliyəm; Benyamin qəbiləsindənəm, sırf ibraniyəm. Şəriətə riayət etmək baxımından fərisi idim, təəssüb baxımından kilsəyə əzab-əziyyət çatdırırdım».2 Başqa bir ayədə deyilir: «Mənim keçmişimi və yəhudi dinindəki keçmiş əməllərimi eşitmisiniz ki, Аllahın kilsəsinə rəhimsizliklə əzab-əziyyət verib onun məhv edilməsinə çalışırdım; yəhudi dininə riayət etməkdə öz həmyaşıdlarımın hamısından qabaqda idim və ata-babalarımızın təlimlərinin icra olunması ilə əlaqədar onların hamısından çox-çox təəssübkeş idim.3

Məsihilərin müqəddəs kitabı izah edir ki, Şaun məsihilərə necə əzab-əziyyət verirdi. Rəsulların işləri risaləsinin 7-ci babından sonra Isanın həvariləri arasında seçilmiş şəxs olan Istifanın şəhid olunması hadisəsində Şaulun adı çəkilir. Istifanın əleyhinə şəhadət verən şahidlər paltarlarını soyundurub onun ayaqları altına qoyurdu.4 Şaul Istifanın qətlinə razılıq verən şəxslərdən biri idi.1 Istifanın daş-qalaq edilməsindən sonra Şaul kilsəyə əzab-əziyyət verməyi davam etdirir: «Həmin gün Yerusəlim kilsəsinə çox ağır zülmə başladıq; rəsullardan başqa bütün iman sahiblərini yəhudiyyə və samirə nahiyələrinə pərakəndə etdilər. Yaxşı əməl sahiblərindən bir qurupu Istifanın cəsədini torpağa tapşırıb onun üçün matəm mərasimi təşkil etdilər. Şaul çalışırdı ki, kilsəni kökündən məhv etsin. O, evləri gəzib kişiləri və qadınları çölə çəkir və zindana salırdı.»2 Lakin Pulsun məsihilərlə mübarizə aparmaq üçün Dəməşqə etdiyi səfərdə gözlənilmədən mükaşifə baş verir və onun həyatı tamamilə dəyişir: «Şaul Аllahın ardıcıllarını öldürüb təhdid etməkdən heç bir vəchlə əl çəkmirdi. O, böyük kahinin yanına gedib Dəməşq kənisaları üçün bir təyinat istədi ki, təriqət əhlindən (Isa təriqətindən) bir kişi və ya qadını tapsa, onları tutub Yerusəlimə gətirsin. Şaul hələ Dəməşqə çatmamışdı ki, gözlənilmədən şəhərin yaxınlığında asimandan saçan bir nur onun ətrafını işıqlandırdı. O, yerə yıxılıb belə bir səs eşitdi: «Ey Şaul! Nə üçün mənə zülm edirsən?» Şaul soruşdu: «Pərvərdigara, sən kimsən?» Cavab gəldi ki: «Mən Isayam. O kəsəm ki, sən ona zülm edirsən, lakin ayağa qalx və şəhərə get, orada nə edəcəyin haqda sənə deyiləcəkdir...»3 Bu hadisənin ardınca Şaulun ruhiyyəsi tamamilə dəyişir və məsihiliyin təbliğinə başlayır. Bir müddət Dəməşqdə bir dəstə imanlılarla birlikdə yaşayır və çox çəkmir ki, Dəməşq kənisalarında aşkar şəkildə Isanın Аllahın oğlu olduğunu elan edir.4 O, daha sonra Yerusəlimdə (Isanın həvarilərindən olan) Bornabanın vasitəsi ilə rəsulların hüzuruna gətirilir və bundan sonra Puls adı ilə tanınır.5 Sonra Rəsul adı ilə insanları həzrət Məsihin dininə dəvət edir və bir çox təbliğat səfərlərinə gedir.


PULSUN IFА ETDIYI ROL


Puls həmişə özünü Isa Məsihin nümayəndəsi və Rəsulu kimi təqdim edir. O cümlədən Timutavus, Qərəntiyan, Ğulatlar və romalılara yazdığı məktublarda və eləcə də digər hallarda bu işi görmüşdür. Romalılara yazdığı məktubun əvvəlində belə deyir: «Isa Məsihin bəndəsi və Incili müjdə vermək üçün Аllahın Rəsulu olan və çağırılan Isanın bəndəsi olan Pulsun tərəfindən». (Rumlar, 1-1). Ğulatlara yazdığı məktubun əvvəlində belə deyir: «Bu Rəsul Puls tərəfindəndir, o şəxs ki, öz risalətini nə insan tərəfindən və nə də bir kəsin vasitəsi ilə əldə etmişdir; əksinə Isa Məsih və ata Аllah tərəfindən ki, Məsih öldükdən sonra dirildib, Rəsul olmuşdur».1 Məktubun davamında belə deyir: «Ey qardaşlar! Istəyirəm biləsiniz ki, sizə verdiyim Isanın düzüb-qoşduğu deyildir. Mən onu bir kəsdən almamışam və bir kəs də onu mənə öyrətməmişdir; Isa Məsih ilham vasitəsi ilə onu mənə aşkar etmişdir.2

Pulsun sözlərinə diqqət yetirməklə aydın olur ki, o, həzrət Isanın hüzuruna getməmiş və ondan feyz kəsb etməmişdir. Həmçinin məsihiliyin öyrənilməsində başqa bir müəllimi də olmamışdır; yalnız öz nəzər və iddiaları əsasında ilham yolu ilə və Isa Məsihin vasitəsi təlim gördüyünü və o həzrətin Incili ona ilham etdiyini söyləyir.

Digər tərəfdən Puls gediş-gəliş etdiyi Rəsullar və həvarilərin,3 o cümlədən Bornavanın uzun müddət onunla birlikdə olmasına baxmayarq, ondan ayırılmışlar. Puls nəticədə onları məzəmmət etmiş və kəlamlarını batil hesab etmişdir: «Ey Timutavus, sənə tapşırılan şeylərin hamısını hifz et. Mənasız və küfrlü sözlərdən, yanlış olaraq elm adlanan bəhslərdən uzaq ol. Çünki, bu şeylərdə özlərini mütəxəssis hesab edən bəziləri imandan azmışlar. Аllahın feyz və mərhəməti sizin hamınıza olsun.»4 Başqa bir yerdə isə digərlərinin Incil adı ilə tanıtdırdıqları şeyi rədd edərək, yalnız öz Incilini həqiqi Incil hesab edir: «Mən bundan təəccüb edirəm ki, nə qədər tez sizi Məsihin feyzinə dəvət edən şəxsdən üz döndərdiniz; indi başqa bir Incilə tabe olmusunuz (halbuki başqa bir Incil möcud deyildir), amma bəziləri vardır ki, sizi iztiraba salıb Məsihin Incilini təhrif etmək istəyirlər. Hətta əgər biz, yaxud asimandan gələn bir mələk bizim elan etdiyimiz Incildən başqa bir Incil gətirsə, ona lənət olsun! Әvvəlcə dediyim kimi yenə də təkrar edirəm: Qəbul edilən Incildən başqa bir Incili qəbul edənlərə lənət olsun!»1

Pulsun bəyanatlar məcmusundan belə nəticə almaq olar ki, o, Isaya tabe olanların imanından istifadə edərək, məsihi dininin əsasını qoymuş Әhdi-cədidin, yaxud müqəddəs Incilin böyük hissəsini yazmış, digər hissəsi isə onun ideaları və yol göstərmələri nəticəsində başqalarının vasitəsi ilə yazılmışdır ki, burada Luqanın rolu başqalarından daha artıqdır.

Puls öz doğulduğu şəhərdə həzrət Məsihin dininə qovuşmamışdan əvvəl, fəlsəfə mədrəsəsində Әflatun, Rəvaqi və Kəlbi fəlsəfəsi ilə yaxından tanış olmuş, bundan təsirlənərək Məsihi ilahiyyatını yazmağa başlamışdı. Pulsun Isanın ayininə daxil etdiyi ən mühüm təfəkkür Isanın ilahiləşdirilməsi olmuşdur. O, Isa üçün Məsiha məqamının fövqündə dayanan bir məqam təsəvvür etmişdir. Әlbəttə o, Isanı həmin xilsakar hesab edir ki, ilahi mələkutu yer üzərində bərqərar etmək üçün və qiyam etdikdən sonra bir daha buludların üzərində qayıdaraq qiyamət gününə qədər yaxşılarla pislərin arasında mühakimə etmək üçün gəlmişdir. Аmma bu qeyri-yəhudi millətləri arasında dəvət etməyə məbus olunduğundan və məsihilik fikri, həzrət Isanın besət və rəcəti onlar üçün tamamilə düşünülməz bir fikir olduğundan, o qövmlərin təfəkkür və əndişəsinə mütənasib olan başqa bir yolla varid oldu. O, Isa (ə)-ın səciyyəvi xüsusiyyətlərdən olan dünyəvi ölüm və günahlardan qurtuluş və nicat tapmaq məsələsini irəli çəkərək deyirdi: «Şəxs üçün əbədi həyat o vaxt hasil olar ki, özünü ruhən Isa ilə birləşdirsin, qovuşdursun». O, Isanın ölüb-dirilməsindən sonra ölüm və besət məsələsini başqa bir şəkildə təfsir edərək deyirdi: «Isa Məsih asimani bir varlıqdır ki, ilahi zata və təbiətə malikdir; lakin onun özü tənəzzül edərək insani surət və qiyafəni qəbul etmiş, asimandan yerə nazil olmuşdur. Bu mərhələdən də süqut edərək onun dara çəkilməsinə razılıq vermişdir. Bu dərəcələrin hamısını ona görə qəbul etmişdi ki, bir daha qiyam etsin və öz atasının sağ əlində (Аllahın) otursun, həyat və ölümün mütləq qüdrətini öz ixtiyarına keçirsin.2

Buna əsasən Puls, öz sirli mənşəyini şərh və təfsir etmək üçün Isa vücudunun əzəli olmasına və onun sifətlər aləmindən pak olmasına inandı. O, kulilərə yazdığı məktubda deyir: «Məsih gözəgörünməz Аllahın məzhəri və surətidir, bütün məxluqatdan üstündür; çünki onun vasitəsi ilə göydə və yerdə olanların hamısı, görünənlər və görünməyənlər, taxtlar, padşahlar, hökmranlar, işlərin ixtiyar sahibləri yaradılmışdır. Bəli, bütün varlıqlar onun vasitəsi ilə bir-birinə qovuşur və bir-biri ilə əlaqəli olur.1

Pulsun əndişələrindən ibarət olan digər bir məsihi əqidəsi isə Isa Məsihin bəşəriyyətin günahlarına görə qurban olmasıdır. O, ibranilərə məktub yazaraq Musa şəriətinin qüvvədən düşən qurbanlığı haqda deyir ki, Isa Məsih gəlmişdir ki, Аllahın iradəsini yerinə yetirsin.

Sonra sözünü belə davam etdirir: «Isa Məsih Аllahın iradəsini yerinə yetirdikdə və öz bədənini həmişəlik olaraq qurbanlıq təqdim etdikdə, biz öz günahlarımızdan paklaşdıq».2


* * *
Gələn dərslərdə məsihilik ayinində özünəməxsus prinsiplərə malik olan Pulsun təfəkkürünü daha artıq araşdıracağıq. Qısa şəkildə demək olar ki, məsihilik əsaslı olaraq, Isa Məsihdən daha artıq ona mənsub edilir. Puls Intakiyəyə getdikdə, ilk dəfə olaraq, Məsihi adını Isanın ardıcıllarına verdi.3

DӘRSIN XÜLАSӘSI


Puls yəhudi bir şəxsdir ki, Isa (ə)-ın ardıcılları ilə ciddi mübarizə apardığı uzun illərdən sonra, o həzrətin ardıcıllarına qoşulur və Rəsul Puls ünvanı ilə özü üçün çox yüksək bir məqam kəsb edir; məsihiliyin dini əsaslarının və əqidələrinin böyük bir hissəsini yazır.

SUАLLАR ВӘ TАPŞIRIQLАR


1. Pulsun tarixi barədə qısa məlumat verin.

2. Puls məsihi dininə necə qoşuldu?

3. Məsihilik dinində Pulsun nə kimi rolu olmuşdur?

4. Pulsun keçmişinə və onun əqidə əsaslarına nəzər yetirməklə, onun Аllah tərəfindən Rəsul olub-olmadığının mümkünlüyünü araşdırın.




Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə