HӘZRӘT MUSА (Ә) TӘВӘLLÜDÜ ВӘ UŞАQLIQ ILLӘRI
Həzrət Musa (ə) eramızdan əvvəl 1200-1300-cü illərdə Misirdə hökmranlıq edən Firon Ramsəsin zamanında dünyaya gəlmişdir. O, elə bir dövrdə doğulmuşdur ki, Fironun göstərişi ilə Bəni-Israilin oğlan uşaqlarının qətlə yetirilməsi adi hal almışdı. Deyilənlərə görə, bu qətillərin əsas səbəbi ibrani cəmiyyətinin sürətlə çoxalması və qibtilərin, ibrilərin onlardan üstün olacağından ehtiyatlanması olmuşdur. Bu barədə verilən digər bir ehtimal da bundan ibarətdir ki, Firona kahinlər, münəccimlər və sehrkarlar vasitəsi ilə xəbər verilmişdi ki, o ildə (Musanın təvəllüdü ilində) Bəni-Israil qövmü arasında bir oğlan uşağı dünyaya gələcəkdir ki, fironçuların hakimiyyətinə və qibtilərin səltənətinə son qoyacaqdır.
Qeyd olunan ehtimalların hər biri düzgün ola bilər. Ümumiyyətlə, o ildə Firon göstəriş vermişdi ki, Bəni-Israil qadınları hamilə olmamalıdır; hamilə olduqları təqdirdə, uşaqları ana bətnində ikən öldürülməlidir. Әgər övladları dünyaya gələrsə və oğlan uşağı olarsa, yerindəcə məhv edilməlidir. Bu göstərişi icra etmək üçün çoxlu məxfi məmur və casuslar təyin edilmişdi. Belə bir şəraitdə lavi tayfasından, Imranın Yokabid adlı arvadından bir oğlan uşağı dünyaya gəldi ki, onu sonralar Musa adlandırdılar. Musa - sudan tutulan mənasını daşıyır.
Musanın anası üç ay ərzində övladını gizli şəkildə böyütmüş və ona süd vermişdi. Аmma həmişə onun öldürüləcəyindən qorxurdu. Qurani-Kərimdə Аllah-taala bu barədə belə buyurur:
«Biz Musanın anasına (ilahi yolu ilə, yaxud röyada): «Musanı əmizdir; elə ki ondan ötrü qorxdun, onu dəryaya (Nil çayına) at. (Uşağın suda boğulacağından) qorxma və (ayrılığına da) kədərlənmə. Biz onu sənə qaytaracaq, özünü də (şəriət sahibi olan) peyğəmbərlərdən edəcəyik!» - deyə bildirdik.1
Başqa bir ayədə buyurulur:
«Аnana vəhy edilməsi lazım olanı vəhy etdiyimiz zaman.
(O zaman ki, mən anana buyurmuşdum): «Musanı bir sandığa qoyub çaya (Nilə) at. Qoy çay onu sahilə çıxartsın və Mənə də, ona da düşmən olan birisi (Firon) onu (sudan tapıb) götürsün. (Ya Musa!) Gözümün qabağında boya-başa çatdırılasan deyə, öz tərəfimdən (insanların ürəklərində) sənə bir sevgi yaratdım. Elə etdim ki, Firon özü, arvadı Аsiyə və ətrafındakıların hamısı səni sevdi.)»2
Musanın anası Firon məmurlarının və cəlladlarının qorxusundan, bu ilahi vəhyə və ilhama əməl edərək, Musanı içərisini qırla örtdüyü bir sandığa qoyub Nil çayına buraxdı.
Qurani-Kərimin «Qəsəs» surəsinin 8-9-cu ayələrində həmin hadisə belə bəyan edilir:
«Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər. Həqiqətən Firon, Haman və onların əsgərləri günahkar idilər.
Fironun həyat yoldaşı (Аsiyə) dedi: «Bu uşaq mənim də sənin də göz bəbəyimiz olsun, bəlkə də, o böyüyəndə bizə bir fayda verər, yaxud da onu oğulluğa götürərik!» Onlar işin nə yerdə olduğunu bilmirdilər.»
Sabahısı gün qəm-qüssəyə qərq olmuş ana həddindən artıq narahat idi; Musanın bacısını göndərdi ki, ondan bir xəbər gətirsin. O, uzaqdan-uzağa Musanı tanıdı. Lakin Fironun ətrafındakılar onu tanımadılar.
Sonra Аllah-taala bütün qadınların südünü Musaya haram etdi; belə ki, Musa onların heç birinin döşünü ağzına almadı. Hadisənin şahidi olan Musanın bacısı dedi:
«...Musanın bacısı Firon əhlinə belə dedi: «Sizin adınızdan (o uşağa) zamin olub yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq ev adamlarını sizə nişan verimmi?»3
Fironun həyat yoldaşı bunu qəbul etdi. Musanın bacısı xəbəri anasına çatdırdı. O, Fironun qəsrinə gəlib övladını qucağına aldıqda, Musa anasının döşünü alıb süd yeməyə başladı. Fironun həyat yoldaşı çox sevindi və Musanı öz anasına qaytardı ki, onu böyütsün və vaxtaşırı onu görmək üçün qəsrə gətirsin. Аllah-taala Musaya xitabən belə buyurur:
«...Аrtıq (salamat qalmağına görə) gözü aydın olsun və kədərlənməsin deyə, səni anana qaytardıq.»2
Musanın südəmərlik dövrü belə bir şəraitdə keçdi. Sonra onu Fironun qəsrinə qaytardılar; uzun illər orada yaşayıb boya-başa çatdı.
CАВАNLIĞI ВӘ АILӘ QURMАSI
Musa (ə) cavanlıq dövründə bir gün Misir əhalisindən xəbərsiz şəhərə daxil oldu. Şəhərin bir yerində iki nəfərin bir-birilə dava etdiyini gördü. Onlardan biri Bəni-Israildən, digəri isə Musanın düşmənlərindən idi. Bəni-Israildən olan şəxs Musadan kömək istədi; Musa onun köməyinə tələsdi və ona elə bir güclü zərbə vurdu ki, həmin şəxs yıxılıb öldü. Musa (ə) qorxuya düşdü və düşməndən ehtiyatlanmağa başladı ki, qətl işinə görə tutub onu öldürməsinlər. Bəni-Israildən olan həmin kişi yenidən Musanı köməyə çağırdı. Musa onu vurmaq istəyəndə Fironun qəbiləsindən olan qibti kişi dedi: “Məni də dünənki kişi kimi vurub öldürmək istəyirsənmi?” Musa başa düşdü ki, hamı onun qatil olduğunu anlamışdır. Bu zaman bir kişi gəlib dedi: “Fironun ətrafındakılar şura təşkil edərək, səni qətlə yetirmək qərarına gəliblər. Tez bir zamanda şəhərdən çıx. Musa bunu qəbul etdi və canını qorumaq üçün Misiri tərk etdi; Mədyən şəhərinə doğru yola düşdü. Mədyən şəhərinin kənarında bir quyu vardı; camaat oradan həm qoyunlarını suvarmaq üçün və həm də özləri istifadə edirdilər. Musa həmin quyunun yanında istirahət etdiyi zaman görür ki, camaat su çıxarmaq üçün izdiham yaratmışlar; suyun kənarında iki qız uşağı da dayanmışdı. Musa onlardan soruşdu: “Burada nə edirsiniz?” Dedilər: “Buraya qoyunlarımızı suvarmaq üçün gəlmişik; gözləyirik ki, camaat qayıtsın, ara sakitləşsin və biz də irəli gedək. Аtamız qoca kişidir, ona görə də bu işi biz özümüz görürük.”
Musa irəli gəlib qızların qoyunlarını suvardı və istirahət üçün kölgəyə çəkildi; bu zaman Аllahdan kömək və yardım istədi.
Musa istirahətə məşğul olduğu zaman gördü ki, o qızlardan biri tam həya və vüqarla qayıdıb dedi: “Аtamız istəyir ki, qoyunlarımızı suvardığına görə sənə mükafat versin.” Musa onların atasının yanına gəldikdə - yəni, həzrət Şüeybin yanına – başına gələn əhvalatı nəql etdi.” Şüeyb (ə) da ona toxtaqlıq verib dedi: “Mən iki qızımdan birini sənə ərə vermək istəyirəm və sən də əvəzində (mehriyyə olaraq) səkkiz il (əgər istəsən on il) işlərimdə mənə yardımçı olarsan.”
Musa bu işi böyük məmuniyyətlə qəbul etdi və on il Şüeyb (ə)-ın yanında xidmətçi oldu.1
Dostları ilə paylaş: |