Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə15/47
tarix07.07.2018
ölçüsü3,64 Mb.
#55975
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

Doqquzuncu fəsil

İmam Həsən Müctəbadan (ə) olan hədislər


◘Köhnə paltarda və pərişan halda olan bir yəhudi İmam Həsəni (ə) bahalı paltar və xoş görkəmdə görüb dedi: “Məgər sizin peyğəmbəriniz deməyib ki, dünya mö`minin zindanı, kafirinsə behiştidir?” Həzrət (ə) buyurdu: “Əlbəttə!” Dedi: “Elə isə, bu nə behiştdir ki, mənim varımdır və bu nə zindandır ki, sənin varındır?” İmam (ə) buyurdu: “Yəhudi! Hədisi səhv başa düşmüsən! Əgər, Allahın mənə və`d etdiyi savab və məqamı və sənə və`d etdiyi əzab və işgəncəni bilsən dərk edərsən ki, mən indi zindandayam, sən isə behiştdə!”
◘Öz elmini camaata öyrət. Başqalarının elmini də özün öyrən. Belə olan halda bilikləri infaq etmiş, bilmədiklərini də öyrənmiş olarsan.
◘Bir adamın görüşünə yalnız sileyi-rəhm, yaxud, duasının bərəkətindən istifadə etməkdən ötrü get. (Yə`ni, zərurət olmadıqca dünya tamahından ötrü heç kəsin qapısına getmə.)
◘Əgər dünya malından bir şey axtarıb tapmasan onu yadından elə apar ki, sanki heç bu fikirdə olmamısan. Bil ki, imkansızlıq halında səxavət və alicənab olmaq və Allahın təqdirinə razı və qane olmaq rifah zamanı alicənablıq göstərib səxavətli olmaqdan üstündür. Əta, bəxşiş və yaxşılığı axıra çatdırmaq onu başlayıb yarımçıq qoymaqdan yaxşıdır.
◘İndi camaat qəflət və bixəbərlik evində yaşayırlar. Əməl edirlər, lakin, onun nəticəsindən xəbərləri yoxdur. Elə ki, axirətə çatdılar yəqin evinə daxil olarlar. Aqibətlərini görərlər, lakin, heç bir əməl görə bilməzlər.
◘Yeməkdən qabaq əlləri yumaq fəqirliyi, yeməkdən sonra əlləri yumaq isə qəm-qüssəni aradan aparar.
◘Bir gün bir nəfər İmam Həsənin (ə) hüzurunda əllərini yumadı. Həzrət buyurdu: “Yu! Birinci dəfə yumaq (yə`ni yeməkdən əvvəl) bizdən ötrüdür, (çünki, yeməyi bir yerdə yeyirik), ikinci dəfə isə (yeməkdən sonra) özün üçün, əgər istəməsən də yuma.
◘Hafiz Əbunəim “Hilyə” adlı kitabında deyir: “Əmirəlmö`minin (ə) oğlu İmam Həsəndən (ə) dostluq və rəfaqət barəsində müəyyən suallar soruşdu, o həzrət də (ə) belə cavab verdi:

− Doğruçuluq və düzgünlük nədir?

− Pisliyi yaxşılıqla aradan aparmaq.

− Şərəf nədir?

− Qohum-əqrəba ilə xoş davranmaq və bir kəsin boynuna düşən qan bahasına səbr etmək.

− Alicənablıq nədir?

− İffətli olub malı pak və halal saxlamaq.

− Yersiz zirəklik nədir?

− Dəyərsiz şeylərdə hər xırdalığa fikir vermək və qiymətsiz mal-dövlətdə simiclik etmək.

− Alçaqlıq nədir?

−Özünü düşünüb həyat yoldaşını düşünməmək.

− Kərəm nədir?

− Rifah və imkansızlıq zamanı bəxşiş vermək.

− Simiclik nədir?

− Əlində olanı şərəf, infaq etdikləri tələf hesab etmək.

− Qardaşlıq nədir?

− Çətinlikdə də asanlıqda da bərabərlik.

− Xeyir nədir?

− Dostlara əvəz verib düşməni cəzalandırmaqdan daşınmaq.

− Qənimət nədir?

− Pəhrizkarlığa meyl, dünyaya qarşı meylsizlik. Bu ən gözəl və bəyənilmiş qənimətdir.

− Helm nədir?

− Qəzəbi udub özünü saxlamaq.

− Ehtiyacsızlıq nədir?

− Az olsa da Allahın qismətinə razı olmaq. Ehtiyacsızlıq gözütox olmaqdır.

− Fəqirlik nədir?

− Hər şeyə qarşı həris və acgöz olmaq.

− Qüdrət nədir?

− Döyüşdə şücaətli və ürəkli olmaq.

− Zillət nədir?

− Bəlaya tab gətirməmək.

− Cür`ət nədir?

− Həmsöhbət və tay-tuşlarla həmahəng olmaq.

− Təkəllüf (özünə əziyyət vermək) nədir?

− Lazımsız danışıq.

− Böyüklük və alicənablıq nədir?

− Borcu ödəmək və başqalarının xətalarından keçmək.

− Əql nədir?

−Əqli nümayiş etdirən mətləblərdən (danışıqlardan) uzaq olmaq.

− Nur nədir?

− Yaxşı işlər görüb pis işlərdən çəkinmək.

− Ehtiyat nədir?

− İşi tələsmədən yerinə yetirmək və hakimlərlə xoş keçinmək.

− Axmaqlıq nədir?

− Alçaqların arxasınca getmək və yolunu azmışlarla yoldaşlıq etmək.

− Qəflət nədir?

− Məscidi tərk etmək və fəsad törədən günahlara itaət.

− Məhrumiyyət nədir?

− Sənə üz gətirən bəxti əldən vermək.

− Ağa (möhtərəm) kimdir?

− Mal-dövlətdə ağıldan kəm insanlar kimi olan (yə`ni, tez malından keçən) və söyüş eşidərkən cavab verməyən və öz qohum-əqrəbasının vəziyyəti ilə məşğul olan.
◘Həsən Bəsri deyir: “Mö`min iki qorxu arasındadır. Biri keçmiş günahlarından olan qorxudur ki, bilmir Allah onunla bu barədə necə rəftar edəcək. İkincisi isə gələcəkdən olan qorxudur ki, qarşıda onu hansı təhlükələrin gözlədiyini bilmir.
◘Yenə də Həsən Bəsri deyir: “Allah İsaya (ə) vəhy etdi: “Bəni-İsrailə de ki, Mənim bu nəsihətimi yadda saxlasınlar; dünya malından az hissəsinə qane olsunlar ki, dünyaları salamat olsun; necə ki, dünya əhli din barəsində azla qənaət olurlar ki, dünyaları məhfuz (hifz olunmuş) qalsın.

Ey İsa! Camaatı öz əməlinlə moizə et, danışıq və söz-söhbətlə yox. Allah Adəm övladını ölüm və ehtiyac vasitəsilə ram edib. Buna baxmayaraq yenə də harınlıq edir. Gözəl işlər qəlbi nurani, bədəni qüvvətli edər. Günah isə qəlbi zülmət, bədəni zəif edər.


◘İmam Məhəmməd Baqir (ə) oğluna buyurur: “Halsız və biqərar olmaqdan çəkin. Çünki bu iki şey bütün şərlərin açarıdır. Halsızlıq və tənbəlliklə yaxşı və haqq işlər görməyi bacarmazsan. Biqərarlıq və iztirablı halda isə öz vəzifələrini rahatlıq və hövsələ ilə yerinə yetirə bilməzsən.”
◘Peyğəmbər (s) buyurub: “Əgər mö`min bilsə ki, Allah axirətdə necə aqibətlər qərar verib, heç vaxt behişt tamahında olmaz və əgər kafir də Allahın rəhmətindən xəbərdar olsa heç vaxt naümid olmaz.”
◘Dünyada ikiüzlü olanlar qiyamət səhnəsinə iki odlu dillə daxil olarlar.
◘Hər kim Allahla görüşməyi sevirsə Allah da onunla görüşməyi sevir və eyni zamanda, hər kəs Allahla görüşməyi sevmirsə, Allah da onunla görüşməyi sevmir.

Bu hədis zahirən buna dəlalət edir ki, həqiqi mö`min ölümə qarşı ikrah hissi keçirmir, əksinə, ona meyllidir. Əmirəlmö`minin Əlidən (ə) nəql olunur ki, buyurdu: “Əbutalibin oğlunun ölümə olan meyli körpənin öz anasının döşünə olan meylindən daha artıqdır.” İbn Mülcəmin zərbəsi ona (ə) yetişən zaman buyurdu: “And olsun Kə`bənin rəbbinə, nicat tapdım.”


◘Sünni-şiə səhih yolla Peyğəmbərdən (s) nəql ediblər ki, buyurdu: “Hər kəs ki, Allahla görüşü sevir, Allah da onun görüşünü sevir və hər kəs də ki, Allahla görüşməkdən xoşlanmır, Allah da onunla görüşməyi istəmir.” Dedilər: “Ey Rəsuləlah! Bizim heç birimizin (Allahla görüş hesab olunan) ölümdən xoşumuz gəlmir.” Buyurdu: “Belə deyil. Ölüm zamanı mö`minə Allahın rizayət və lütfünü müjdə verərlər. O da artıq qarşıda onu gözləyən ne`mətdən başqa bir şey istəməz və beləliklə, Allahın görüşünə qarşı onda məhəbbət oyanar və eyni zamanda Allah da onun görüşünü sevər. Kafiri də ölüm zamanı ilahi əzabla müjdələyərlər. Buna görə də ondan ötrü onu qarşıda gözləyən şeydən də artıq xoşagəlməz şey olmur və o, Allahla görüşdən xoşlanmır və Allah da onunla görüşmək istəmir.
◘Hədisdə nəql olunur ki, bir nəfər Peyğəmbərə (s) ərz etdi: “Var-dövlətim əlimdən çıxıb, bədənim isə zəifləyib.” Peyğəmbər (s) buyurdu: “Malına və canına zərər dəyməyən bəndədə xeyir yoxdur. Allah sevdiyi bəndəsini giriftar etməklə ona səbir öyrədir. (Eyni zamanda, günahlarının cəzasını axirətə saxlamır və onun axirət məqamını ucaldır.)
◘Əmirəl-mö`minin (ə) Peyğəmbərdən (s) nəql edib deyir: “Allah buyurur: “Ey Adəm övladı! Sənin heç insafın yoxdur! Mən Öz ne`mət və ehsanlarımla sənə qarşı məhəbbət göstərirəm, sən isə günah və itaətsizliklərinlə Mənə qarşı düşmənçilik nümayiş etdirirsən. Mənim xeyrim sənə tərəf aşağı enir, sənin şərin isə Mənə tərəf yuxarı qalxır.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin