Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə2/100
tarix09.01.2022
ölçüsü3,64 Mb.
#97650
1   2   3   4   5   6   7   8   9   ...   100

Ön söz


İslam dininin qorunub əbədi olaraq saxlanılmasının və genişlənməsinin əsas zəmanətvericisi onun göstərişlərinin təbliğ olunması, insanları yaxşı işlərə də`vət edib, pis işlərdən çəkindirmək prinsipinin həyata keçirilməsidir. Bu üç böyük və mühüm iş vacib bir vəzifə kimi bu dinin bütün ardıcıllarının öhdəsinə düşür. Yə`ni müsəlmanların hər biri üçün fərdi olaraq ilahi hökmlərdən öyrəndiyi hər bir şeyi yeri gəldikdə və münasib zamanda bundan xəbəri olmayan şəxslərə çatdırması vacib məsələlərdəndir. Qeyd olunan bu vəzifə irşad, yə`ni hər hansı bir şəxsə xəbəri olmadığı dini məsələni çatdırmaqla ona yol göstərmək adlanır. Bundan əlavə hər bir müsəlmana vacibdir ki, imkan daxilində vacib işləri tərk edib, haram və qadağan olunmuş işlərə qurşanmaqda bir-birinin qarşısını alsınlar və eyni zamanda bir-birini haqqa itaət edib günahlardan uzaq olmağa də`vət etsinlər. İnsanları dində vacib olan işləri yerinə yetirməyə də`vət etmək “əmr be mə`ruf”, qəbih və pis işlərdən çəkindirmək isə “nəhy əz münkər” adlanır.

Əgər dünyanın bütün müsəlmanları və Qur`an ardıcılları dini məsələlər sahəsində düzgün addım atsaydılar, onların ictimai və dini vəziyyətləri indikindən qat-qat yüksək səviyyədə olardı. Elə indinin özündə də bu barədə qəti qərara gəlib fəaliyyət göstərməyə başlasalar, keçmişdə buraxılmış səhvlərin və üz verən zərərlərin müəyyən miqdarını aradan qaldırmış və xoşbəxt gələcəyə, uğurlu səadətə nail olarlar. Buna görə də lazımdır ki, dünya müsəlmanları – hörmətli ruhanilər, din və mədəniyyət xadimləri, tutmuş cəmiyyətin hər bir təbəqəsinin dindar nümayəndələrinə qədər hər bir kəs öz növbəsində dinin təbliği və genişlənməsi yolunda addım atsınlar; haqq dinlərinə rəvac verib öz ictimai vəziyyətlərini yaxşılaşdırmaq yollarını öz batil əqidələrini təbliğ edib yaymağa çalışanlardan öyrənməklə, əldən vermiş səadət və başucalıqlarını yenidən ələ gətirsinlər, uğurlu və xoşbəxt gələcəyə nail olsunlar.

Həqiqətən də müəyyən bir ölkə əhalisinin hər biri həftədə yalnız bir ilahi hökm öyrənərsə və ya bir kəsə öyrədərsə, bir ay ərzində həmin ölkədə yaşayan insanlar arasında külli miqdarda ilahi hökm öyrənilib yayılacaqdır.

Bu yerdə münasibdir ki, irşad, nəhy əz münkər və əmr be mə`ruf məsələlərinə aid olan Qur`an ayələri və hədislərdən müəyyən bir qismi gətirilsin, bununla da hər bir insan bunlardan xəbərdar olsun və müqəddəs dinimizin yayılması yolunda daha geniş addımlar atılsın.



Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin