◘Qəlbi aramlıqlar və ruhi hazırlıqla qılınmayan namazda xeyir yoxdur. Boş-boş və faydasız şeylərdən çəkindirməyən orucun da faydası yoxdur. Təfəkkür və düşüncəsiz oxunan Qur`anın faydası yoxdur. Təqvasız elmin heç bir xeyri yoxur. Eləcə də, səxavətsiz dövlət, günahdan çəkinilməyən xəlvət, davamsız ne`mət, ixlassız duanın heç bir faydası yoxdur.
◘Əgər səkkiz kəs özünə hörmətsizlik və təhqir görsə, özündən başqa heç kəsi qınamasın: Də`vətsiz gəlib süfrə arxasında oturan, ev yiyəsinə ağalıq edən, düşmənlərdən xeyir gözləyən, alçaqlardan alicənablıq intizarında olan, camaatın məhrəm söhbətlərinə soxulan, sultanların ünvanına pis sözlər deyən, özünə uyğun olmayan məclisdə iştirak edən və qulaq asmayandan ötrü danışan.
◘Bir gün Həzrət Əli (ə) Peyğəmbərin (s) hüzuruna getdi. Peyğəmbər (s) ondan soruşdu: “Ey Əbəlhəsən, vəziyyətin necədir? “Həzrət Əli (ə) cavab verdi: “Elə bir haldayam ki, səkkiz tələbkar məndən öz tələblərini gözləyir. Allah vacibatı tələb edir, siz müstəhəbat, əməl yazan mələklər doğruçulluq, ölüm mələyi ruh, ailəm yemək, şeytan günah, nəfs ləzzət, dünya isə meyl və rəğbət.”
◘Hər kəs daim məscidə get-gəl etsə, səkkiz şeydən faydalanar: Allah yolunda olan qardaşlarla dostluq edər, yeni-yeni biliklər əldə edər, Qur`an ayələri ilə tanış olar, rəhmətə qovuşar, ona nicat verəcək nəsihətlər eşidər, hidayətinə səbəb olan söhbətlərə qulaq asar, ya qorxu, yaxud da həya üzündən günahı tərk edər.