Alimlərin dediklərindən
◘On bir yerdə salam vermək məkruhdur; yəhudi və nəsraniyə, cümə namazında imam cümə xütbə söylədiyi və camaatın da qulaq asdığı vaxt, hamamda və başqa halda çılpaq vəziyyətdə olana, azan və ya iqamə deməklə məşğul olana, Qur`an oxuyana, hədis, yaxud elmi məsələ barəsində danışmaqla məşğul olana, qumarbaza, mahnı oxuyana, günah halında olan hər bir kəsə, ayaqyolunda olana və naməhrəm qadına.
◘On bir şey hafizəni qüvvətləndirər; halal yemək, şirniyyat, ət, mərci, Ayətəl-Kürsi oxumaq, həmişə dəstəmazlı olmaq, üzü qibləyə oturmaq, ata-anaya itaət etmək, əməl sahibi olan alimin üzünə baxmaq, alimin sözünə qulaq asıb ona əməl etmək və gecə namazı.
◘On bir şey ölümü gecikdirər; çoxlu sədəqə, çoxlu dua, ata-anaya itaət, gecə namazı, dan yeri açılmamışdan (yə`ni, fəcrdən, sübh azanından qabaq) istiğfar etmək, gecə-gündüz nafilələrinə riayət etmək, camaat namazı, mö`minlərdən ötrü dua, çoxlu Qur`an oxumaq, gizlində də, aşkarda da Allahı yad etmək və salavat göndərmək.
◘Xoşagəlməz xüsusiyyətlərin kökü on bir şeydir; çox yemək, çox danışmaq, qəzəb, paxıllıq, mal-dövlət məhəbbəti, şöhrətpərəstlik, təkəbbür, özünəpərəstiş, riya, lovğalıq, özünübəyənmə və bir də xəsislik.
◘Bəyənilmiş əxlaqın da on bir kökü var; tövbə, Allahdan qorxmaq, ümid, zahidlik, səbr, şükür, ixlas, doğru danışmaq, təqdirə razılıq, camaatı sevmək, ölümü yad etmək.
Dostları ilə paylaş: |