Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə9/100
tarix09.01.2022
ölçüsü3,64 Mb.
#97650
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

Beşinci fəsil

Peyğəmbərin (s) digər nəzmlə olan hikmətli kəlamları


◘Mö`min bir yerdən iki dəfə sancılmaz. Camaata təşəkkür etməyən Allaha da şükr etməyib. Qəzanı (qəza və qədəri) duadan başqa heç nə qaytarmaz, ömrü başqalarına yaxşılıq etməkdən başqa bir şey artırmaz.
◘İbrət götürməyəndən başqası səbirli hesab olunmaz. Nadanlıqdan böyük fəqirlik yoxdur. Əqldən faydalı dövlət yoxdur. Xudpəsəndlikdən (özünəpərəstiş, eqoizm) də dəhşətli tənhalıq yoxdur. Məşvərət etməkdən gözəl həmkarlıq yoxdur.
◘Tədbir əqlin ən gözəl nümunəsidir. Xoşxasiyyətlik ən yaxşı əsl-nəcabətdir. Günahdan çəkinmək kimi pərhizkarlıq yoxdur. Təfəkkür kimi ibadət yoxdur. Səbr və həya kimi iman yoxdur.
◘Həddi-büluğa çatan heç kəs yetim hesab olunmur. Əmanətdar olmayan kəsin imanı yoxdur, əhdə vəfa etməyənin də dini yoxdur. (Yə`ni, din və imanları zəifdir.)
◘Üç gündən artıq küsülü qalmaq olmaz. İstiğfar (bağışlanma diləmək) vasitəsilə böyük günah qalmaz, təkrar vasitəsilə kiçik günah (yə`ni kiçik günahları təkrarlamağın özü) böyük günahdır. Dini üçün qəm çəkməkdən başqa qüssə yoxdur.
◘Qur`an oxuyan bəndə fəqirlik görməz. Ehtiyat müqəddər olunan şeyin qarşısını alır. Mö`min ehtiyatı əldən verib qəflətə düşməz. Başçısı qadın olan millət doğruluğun üzünü görməz. Gərək mö`min özünü xar etməsin. İkiüzlü adam Allah yanında e`tibarlı deyil. Ata-ana və ədalətli imamdan başqasına yaltaqlanmaq rəva deyil. Allaha günah etməkdən ötrü heç kəsə itaət etmək olmaz. Söz gəzdirənlər əsla behiştə getməz (tövbə edənlərdən başqa). Qonşusu ondan amanda olmayan heç bir bəndə behiştə getməz.
◘Müsəlmanı qorxutmaq heç bir müsəlmana halal deyil. Heç bir müsəlmana rəva deyil ki, üç gündən artıq öz müsəlman qardaşından ayrı gəzsin. (küssün) Sərvətli və ya işləmək qüdrəti olan şəxslərə sədəqə halal deyil. Nə qədər ki, bir kəsin qəlbi düzəlməyib, imanı da düzəlməz, nə qədər ki, bir kəsin dili düzəlməyib, qəlbi də düzəlməz. Özü üçün istədiyi xeyri mö`min qardaşı üçün istəməyən bəndənin imanı yoxdur.
◘Nə qədər ki, bir kəs ona yetişən şeyin qarşısını almaq və ona yetişməyən şeyi ələ gətirmək imkanının öz əlində olmadığını dərk etməyib, imanın həqiqətinə çatmaz (yə`ni Allahın qəza və qədərinə imanlı olsun). Sizlərdən heç birinin imanı dilinə hakim olmadığı müddətdə kamil olmaz. Camaata rəhm etməyən şəxsə Allah da rəhm etməz. Mümkün deyil ki, mö`min tox olsun qonşusu ac. Heç bir alim behiştə çatana qədər elmdən doymaz.
◘İnsanlar getdikcə paxıl olarlar və qiyamət qopan zaman Həzrət Mehdi (ə) və Məryəm oğlu İsadan (ə) başqa yer üzü şər insanlarla dolu olar. Nə qədər ki, yer üzündə kişilər az, qadınlar çox olmayıb qiyamət bərpa olmaz. Hər kəs bir bəndənin bədənini örtsə (onu geyindirsə), Allah da qiyamət günü onun bədənini örtər. Sənin haqqına riayət etməyən və səninlə oturub duran adamda xeyir yoxdur. Gözlərini əldən verən, lakin Allaha xatir səbr edən hər bir bəndə behiştə daxil olar. Heç kəs, nə qədər ki, harama düşməmək üçün şübhəli işlərdən çəkinməyir, pərhizkar hesab olunmaz. Mənim ümmətimdən bir dəstə Allahın hökmü gələnə qədər haqdan ayrı düşməz. Kişinin canı davamlı olaraq öləndən sonra nə qədər ki, ödənməyib öz borcundan asılıdır. Namazın intizarında olan bəndə üçün həmin müddətdə namaz savabı yazılar. Mö`min qardaşını məzəmmət etmə! Çünki, ola bilsin Allah ona afiyət versin, səni isə giriftar etsin.
◘Ruzigarı söyməyin, çünki, ruzigar özü elə Allah deməkdir (yə`ni işlərin təqdiri Allahın əmri ilədir). Ölüləri söyməyin ki, bu iş dirilərə əziyyət verir. Ölüləri söyməyin, çünki, onlar özlərindən qabaq göndərdiklərinə çatıblar. Heç kəs mö`min qardaşının hədiyyəsini qaytarmasın, hətta, imkanı varsa əvəzində o da hədiyyə etsin. Özün geyinmədiyin özgə paltarına əlini silmə. Dilənçini əliboş qaytarma, heç olmazsa yarım dənə xurma ilə onu razı sal. Müsəlmanların qeybətini etməyin və onların eyiblərini axtarmayın. Heç kəsin sirr pərdəsini yırtmayın. Heç bir yaxşı əməli kiçik saymayın. Elə ki, mö`min qardaşına və`d verdin, ona xilaf çıxma.
◘Məbada, sənə şiddət üz versə ölüm diləyəsən. Ölüm anında, məbada, Allaha xoşgüman olmayasınız (bəd güman olasınız). Nə qədər ki, bir kəsin işinin aqibətini görməmisiniz, onun əməlindən xoşhal olmayın. Məbada, bir kəsin məhəbbəti sizi haqqa əməl etməkdən saxlasın (yə`ni, haqqı tanıyasız, lakin ona əməl etməyəsiniz).
◘Məbada, bir kəs yad bir qadınla xəlvət bir yerdə qalsın. Çünki orada üçüncü kəs şeytandır. Heç kəsi Allahın qəzəbi ilə xoşhal etmə və Allahın sənə etdiyi lütfə görə heç kəsə təşəkkür etmə (yə`ni, ondan başqasına); Allahın səndən əsirgədiyi lütfə görə də heç kəsi məzəmmət etmə. Çünki O, nə ruzini bir kəsin istəyinə əsasən artırır və nə də onu bir kəsin nifrətinə əsasən azaldır. Rəhbərlik istəyin olmasın. Çünki əgər ona istəmədən çatsan sənə kömək edərlər və əgər istədiyin halda çatsan köməkçin olmaz. Qiyamət yaxınlaşan zaman övlad qəzəbə səbəb olar, çoxlu yağış yağar, alçaqlar çox, alicənab insanlar az olar, kiçiklər böyüklərə qarşı və rəzillər kərim insanlara qarşı ədəbsizlik edər, alçaq adamlar yaxşı insanlara qarşı həyasızlıq edər. Məşvərət edən kəs uduzmaz. Əgər rəhbərlər hidayət yolunda olsalar rəiyyət heç vaxt fəlakətə düçar olmaz, baxmayaraq ki, zülmkar və bədəməldirlər.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin