Səkkizinci fəsil Rəsuli-Əkrəmin (s) ən gözəl şeyləri tanıtdıran digər hikmətli kəlamları
◘Zikrlərin ən yaxşısı gizli zikrdir. Ruzilərin ən yaxşısı odur ki, kifayət qədər olsun. İbadətlərin ən üstünü onun ən gizlində olanıdır. Ən gözəl məclis ən geniş məclisdir.
◘Sizin dininizin ən gözəl işi ən asan olanıdır. Ən gözəl evlənmək odur ki, daha sadə və daha asan olsun. Ən gözəl sədəqə odur ki rifah halında verilmiş olsun. Elmlərin ən üstünü ən faydalı olanıdır. Hidayətin ən üstünü odur ki, əməl mərhələsinə çatsın.
◘Qəlbə olan ilhamların ən yaxşısı yəqindir. İnsanların ən üstünü o kəsdir ki, başqalarına faydası hamıdan çox olsun. Dostların ən yaxşısı dostu üçün ən yaxşı olanıdır. Dostları ən yaxşı sayı dörddür. Sizlərdən ən yaxşınız Qur`anı öyrənib başqalarına öyrədəninizdir.
◘Sizdən ən üstününüz ailəsi üçün ən yaxşı olanınızdır. Sizlərdən ən üstününüz o kəsdir ki, camaat xeyrinə ümidvar və şərindən amanda olsun. Sizin evlərinizdən ən yaxşısı odur ki, orada yetimə ehtiram olunsun. Qadın üçün ən yaxşı məscid evin küncüdür. Ən gözəl libas ağ paltardır.
Sizin cavanlarınızın ən üstünü o kəslərdir ki, (əql, tədbir və nəfsani istəkləri ilə müxalifət etməkdə) özünü yaşlılara oxşatsın, yaşlılarınızın ən pisi o kəslərdir ki, (yelbeyinlik və boş-boş istəklərdə) özünü cavanlara oxşatsın. Kişilər üçün səflərin ən yaxşısı birici ən pisi axırıncısıdır. Qadınlar üçün isə səflərin ən yaxşısı axırıncı ən pisi isə birincisidir. Verən əl alan əldən daha üstündür. Az və kifayət qədər olan mal çox və insanı qəflətə düçar edən maldan daha yaxşıdır.Ən yaxşı mö`minlər qənaətkarlar (yə`ni qane olanlar) və ən pis mö`minlər isə tamahkarlardır.
◘Dünya, ehtiyacları ödəyəcək vəsaitlər yeridir və orada olanların ən yaxşısı isə ləyaqətli qadındır. Tənhalıq pis yoldaşdan daha yaxşıdır. Yaxşı dost tənhalıqdan yaxşıdır. İnsanın əməl dəftərində yazılacaq gözəl danışıq sükutdan, sükut isə pis danışıqdan daha gözəldir. Yaxşı və xeyir işi təkmilləşdirmək onu başlamaqdan daha üstündür. Dinə və sünnəyə uyğun olan az əməl bunlara müxalif olan çox əməldən üstündür.
◘Sizin ən yaxşınız günaha düşən zaman tövbə edəninizdir. Sizin ən yaxşınız öz borcunu daha yaxşı ödəyəninizdir. Mənim ümmətimin ən yaxşıları alimlərdir. Alimlərin də ən yaxşısı camaatla təmkinlə davrananlarıdır. Mənim ümmətimin ən yaxşı kəsləri qəzəblənən zaman tez sakitləşə bilən tündxasiyət şəxslərdir. Sədəqənin ən yaxşısı dilin sədəqəsidir.
◘Sədəqələrin ən yaxşısı insanlar arasında mehribanlıq yaratmaqdır. Ən gözəl sədəqə səninlə düşmənçilik edən qonşuna verilən sədəqədir. İbadətlərin ən yaxşısı Ali-Muhəmmədin fərəcinin intizarında olmaqdır. Mənim ümmətimin ibadəti Qur`an oxumaqdır. Elm ibadətdən üstündür.
◘Acı doydurmaqdan böyük ibadət yoxdur. Allaha yaxınlaşmağa səbəb olan axırıncı səcdə kimi ibadət yoxdur. Heç bir ata öz övladına ədəbdən də gözəl töhfə verməmişdir. Hikmətli söz nə gözəl hədiyyədir! Qıtlıq və kasıblıq vaxtı xurma ağacının gül açmağı nə gözəl maldır!
◘Saleh mal nə gözəldir! Sərvət təqvaya riayət etmək üçün nə gözəl köməkçidir. Sirkə-çörək yemək yaxşıdır. Ev müsəlman üçün yaxşı ibadətgahdır. Sözlərin ən doğru-düzgün olanı Allahın kitabıdır, ən möhkəm bəhanə təqva kəlməsidir və ən yaxşı hidayət peyğəmbərlərin hidayətidir.
◘Ən şərəfli ölüm şəhidlikdir. Ən gözəl ətir müşkdür. Çörəklə birlikdə yeməkdən ötrü ən yaxşı şey duzdur. Qaib olan şəxs üçün edilən dua tez qəbul olunar.
Dostları ilə paylaş: |