Бисмиллаһир рәһманир рәһим


Həzrət Əlinin (ə) başqa növ kəlamları



Yüklə 3,64 Mb.
səhifə15/100
tarix09.01.2022
ölçüsü3,64 Mb.
#97650
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

Həzrət Əlinin (ə) başqa növ kəlamları


◘Helm elə bir dostdur ki, heç vaxt səhv etməz. Qənaət elə bir qılıncdır ki, küt olmaz. Çətin gündən ötrü ən yaxşı ehtiyat səbirdir. Hər kəs səbri özünün yavəri etsə heç bir hadisədən qorxusu olmaz.
◘Mö`min dünyada düzdanışan və oyaq qəlblidir. (İlahi) hədlərə riayət edər. O, elm sandığıdır. Onun əqli kamil, qəlbi səlim, helmi sabitdir. Əli açıq və bağışlayandır. Evinin qapısını ehsan etməkdən ötrü açıq qoyar. Dodaqlarındakı təbəssüm çox, daxilindəki qəm-qüssəsi isə həmişəlikdir. Mütəfəkkir (dərindən fikirləşən), az yatan, az gülən və xoş təbiətlidir. Tamahını öldürmüş, nəfsani istəklərini aradan aparmışdır. Dünyaya meyilsiz, axirətə isə meyillidir. Qonaqpərvər və yetimlərə nəvaziş edəndir. Kiçiklərlə mehribanlıq, böyüklərlə ehtiramla davranar. Dilənçini əliboş qaytarmaz. Xəstələrə baş çəkər, dəfndə iştirak edər. Qur`anın hörmətini saxlayar. Allahla raz-niyaz (gizlində yalvarıb-yaxarma) edər, öz günahlarına ağlayar. Əmr be mə`ruf və nəhy əz münkər edər. Acımayınca yeməz, susamayınca içməz. Ədəblə hərəkət edər. Sözünü ciddiyyətlə deyər. Xoşluq və mehribanlıqla nəsihət edər. Allahdan başqasından əsla qorxmaz, Ondan başqasına ümidvar olmaz. Allaha həmd və səna etməkdən başqa ödəyəcəyi borcu yoxdur. Namazda əsla süst olmaz. Təkəbbürlü deyil, var-dövlətə meyli yoxdur. Başı öz eyiblərinə elə qarışıb ki, başqalarının eyiblərinə heç fikir vermir. Gözünün nuru namaz, peşəsi oruc, adəti doğruçuluq, bərəkətinin əsası isə şükürdür. Onun rəhbəri əql, azuqəsi təqvadır. Dünya onun dükanı, qəbr isə mənzilidir. Sərmayəsi gecə-gündüz (yə`ni ömrü), pənahgahı isə behiştdir. Qur`an onun üns tutduğu dostu, Məhəmməd (s) günahlarının şəfaətçisi, Allah isə onun qəlb dostudur.

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin