Бисмиллаһир рәһманир рәһим



Yüklə 3,64 Mb.
səhifə6/100
tarix09.01.2022
ölçüsü3,64 Mb.
#97650
1   2   3   4   5   6   7   8   9   ...   100

İkinci fəsil

Həzrət Rəsuli-Əkrəmin (s) digər tərzdə olan ürəkoxşayan sözləri


Bilin ki, ən iti görən göz odur ki, xeyir yolunda açılsın. Bilin ki, ən iti eşidən qulaq odur ki, qəlbi (qəflətdən) oyadan söz eşitsin. Bilin ki, batil yolda mal sərf etmək israf və bədbəxtçilikdir. Bilin ki, qənaət və şəhvətə hakim olmaq ən böyük şərəf və təqvadır.
◘Bilin ki, dünya evində mö`minlik və zahidlikdən başqa yolla onun zərərlərindən salamat qalmaq olmaz və onun yemi olanlar, ondan nicat tapmaz. Bilin ki, sizin qiymətiniz, dəyəriniz behiştdən başqa bir şeyə dəyməz, məbada özünüzü ondan başqa bir şeyə satasınız. Bilin ki, təqva gözəl yerişli bir atdır, pərhizkarlar ona minib cilovunu əllərinə alıblar və o da onları behiştə tərəf aparır. Bilin ki, günah ram olmayan tərs ata bənzəyir; günahkarlar onun tərkinə minmişlər. Əgər yüyəni əllərindən çıxarsalar onları cəhənnəmin uçurumuna atar. Bilin ki, bu gün hazırlıq günü, sabah isə müsabiqədir. Müsabiqə behişt uğrundadır, məğlub olanların aqibəti isə cəhənnəmdir. Bilin ki, yoxsulluq bəladır, yoxsulluqdan da pis bədənin ağrılarıdır, ondan da pisi qəlbin (ruhun) xəstəliyidir.

◘Bilin ki, bol sərvət Allahın ne`mətlərindəndir. Mal-dövlətdən də yaxşı bədənin sağlamlığıdır. Sağlamlıqdan da yaxşı qəlbin təqvasıdır. Bilin ki, hər kəs düşünmədən bir işə başlasa gərək gözlənilməz hadisələrin intizarında olsun. Bilin ki, dərrakəli insan hər işə dəqiq, məqsədyönlü şəkildə və uzaqgörənliklə başlayan şəxsdir. Bilin ki, səfər (dünyadan köçmə) təbilini vurublar və yol azuqəsini də müəyyən edib tanıtdırıblar; belə isə öz canınızı qoruyun və özünüzlə yol azuqəsi götürün. Bilin ki, cihadın qiyməti behiştdir. Hər kəs özü üçün cihad etsə behiştə malik olar. Allahın ən böyük savabı o kəs üçündür ki, özünü tanısın.


◘Bilin ki, dinin hökmləri səhih və dəqiq olma baxımından birdir və onun yolları mö`tədildir. Hər kəs din yolu ilə getsə qənimət əldə edər və hər kəs üz döndərsə yolunu azıb peşman olar. Bilin ki, bilməyən kəs heç vaxt öyrənməkdən utanmasın. Çünki hər kəsin dəyəri onun mə`lumatı və elmi qədərdir. Agah olun! Dillər azad, bədənlər sağlam, bədən üzvləri ixtiyarınızda, şərait (meydan) geniş, macal çoxdur. Nə qədər ki, ölüm yetişməyib əməl sahibi olun!

Yüklə 3,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin