◘Peyğəmbərdən (s) bir hədis: “Bilin! Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd budur ki, bu məhəbbət özünü əməldə və haqqa itaətdə də göstərsin), hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə bağışlanmış halda dünyadan gedər, hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə tövbəkar kimi dünyadan gedər, hər kəs Ali- Məhəmməd (ə) məhəbbəti ilə ölsə kamil imanlı mö`min kimi dünyadan gedər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə ölüm mələyi, Nəkir-Münkər ona cənnət müjdəsi verər, hər kəs Ali-Məhəmməd məhəbbəti ilə dünyadan getsə Allah onun qəbrinə behiştdən bir qapı açar, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə dünyadan getsə qəbri rəhmət mələklərinin ziyarətgahına çevrilər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə sünnədən və cəmaətdən (yə`ni, İslam ümmətindən) ayrılmamış halda dünyadan getmiş hesab olunar, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə Qiyamət günü alnına belə yazılar: “Allahın rəhmətindən naümiddir”, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda ölsə kafir olaraq dünyadan gedib, hər kəs Ali-Məhəmmədlə (ə) düşmən olduğu halda dünyadan getsə behiştin iyini hiss etməz.