Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə108/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   104   105   106   107   108   109   110   111   ...   187

İlahİ rəhmət


Musa öz yerinə qayıtmışdı. O, aclıq hiss edirdi. Qarnı boş idi. Göyə baxır və Allaha ərz edirdi:

-İlahi! Mənə göndərəcəyin xeyir və yaxşılığa ehtiyacım vardır.

Musa aclıq əziyyətindən xilas olmaq üçün bir xurma dənəsi istəmişdi. Allah-təala onun duasını qəbul etdi.

Şüeybin həyalı və iffətli qızı onun yanına gəldi. Yaxınlaşdı və ədəblə dedi:

-Atam səni çağırır. O, qoyunlarımız üçün su çəkməyinin mükafatını vermək istəyir. Musa qalxdı və o böyük insanın dəvətinə müsbət cavab verdi.

Musa yemək süfrəsində oturan zaman Allahın nemətlərinə və duasının qəbul olmağından ötrü şükr etdi. O, Misirdə baş verən zülmün sərgüzəştini, məzlumların firon hökuməti tərəfindən çəkdikləri əzab-əziyyət barəsində onun üçün söhbət etdi. Şüeyb qonağına təskinlik verərək dedi:

-Əsla qorxma! Artıq zalımların caynağından qurtarmısan. Bu torpaqlar fironların hökuməti altında deyil.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin