Əmanətdar və qüvvətlİ İnsan
Şüeyb qonağını sevdi. Musa hər bir işdə həmişə Allahı yad edirdi. Şüeyb Allahı çox sevirdi. Ona görə də Allaha iman gətirənləri də sevirdi. O, Musanın Yəqubun övladlarından, İbrahim (ə) Xəlilin nəvələrindən olduğunu bildikdə ona məhəbbəti daha da artdı. O, Musanı əmanətdarlığına görə sevirdi və ailəsində belə bir söhbət ortalığa çıxanda bu mətləb onun üçün aydın oldu. Qızı dedi:
-Atacan! Onu işə götür. Çünki, işə götürəcəyin ən yaxşı insan odur ki, qüvvətli və əmanətdar olsun.
Şüeyb ondan soruşdu:
-Biz onun qüvvəsinə bələdik. Amma, əmanətdarlığını haradan bildin?
Qızı dedi:
-Mən onu evimizə dəvət edəndə başını aşağı salmışdı və mənə baxmırdı. Mənə dedi: «Mənim arxamca gəl və mənə yol göstər».
Musa oturub, söhbət edən vaxt Şüeyb qızının yanında ona dedi:
-Ey Musa! Mən qızlarımın birinin səninlə ailə qurmasını istəyirəm.
Musa utandığından dinmədi. Çünki, o, çox kasıb idi və heç bir şeyi yox idi. Şüeyb ona dedi:
-Bu şərtlə ki, səkkiz il bizim qoyunlarımızı otarasan və əgər onu on il qədər artırsan, mənə məhəbbət etmisən. Mən sənə əziyyət vermək istəmirəm. Amma, görəcəksən ki, sənin haqqını ödəyərəm.
Musa ədəblə dedi:
-Eybi yoxdur. Bu müqavilə bizim aramızda qalsın. Bu iki müddətin hansını yerinə yetirsəm, mənə bir zülm gəlməyəcək və Allah bizim dediklərimizə şahiddir.
Dostları ilə paylaş: |