Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə110/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   106   107   108   109   110   111   112   113   ...   187

Vətənə qayıdış


Musa Mədyən torpaqlarında evləndi və orada yaşadı. Amma, Misri və oranın məzlum insanlarını unutmurdu. Hər halda o, səy və ixlasla öz işinə məşğul idi. Qoyunları otlamaq üçün yaşıllıqlara, təpələrə və dərələrə aparır, axşam isə geri qaytarırdı. Musa heç vaxt başqa çobanlara əziyyət vermirdi. O, qoyunlarını otarmaq üçün yaxşı otlaqlar seçir və sonra fikrə qərq olurdu. Fikirləşirdi. O, çox şeylər öyrəndi. Bildi ki, necə ağaclardan qoyunlar üçün yarpaq tökmək və onları otlaqlara aparmaq olar. O, qoyunlarını canavarların təhlükəsindən qoruyurdu. Qoyunlar nə etmək lazım olduğunu bilmirdi. Onlar yalnız çobanın çomağına tabe idilər. Onlar əsaya baxdıqda təhlükəsizlik hiss edir və sakitcə otlamaqla məşğul olurdular.

Otlaqlarda və çəmənliklərdə yaşamaq nə qədər gözəldir! Musanın vücudu Sübhan Allahın əzəmət və cəlalı ilə dolmuşdu. Hər gün günəş doğurdu. O, səmadan keçərək üfüqdə gözəl rənglər çəkir və sonra qərbə doğru gedirdi. Musanın qəlbi Allah məhəbbəti ilə dolmuşdu. Ona görə də fironu kiçik və dəyərsiz sayırdı. Öz-özünə deyirdi: «Zəif bir insan necə Allahlıq iddiası edə bilər?!»

Zəif camaat Misirdə fironun qüdrətindən qorxurdular və ona görə də ona ibadət edirdilər.

Beləliklə, illər keçdi. Musa on il Mədyəndə yaşadı. O, qırx yaşına çatdı. Həyat təcrübəsi artmışdı. Heç kəs bilmirdi ki, Musa bu illər ərzində Məkkəyə, yoxsa başqa bir yerə getmişdir.

Şüeyb peyğəmbər onu qoyunlarını otarmaq üçün qəbul etdikdə demişdi: «Bu şərtlə ki, səkkiz həcc mənim üçün işləyəsən». Bu sözün mənası odur ki, o zaman həcc məşhur olmuşdur və Şüeyb Allah evinin ziyarətini yerinə yetirirmiş. Musa qırx yaşına çatdıqda Şüeybə verdiyi vədinə əməl etdi və ikinci müddəti də sona çatdırdı. Yəni qoyunları on il otardı. Musa Misrə qayıtmaq istəyirdi. O, hiss edirdi ki, yerinə yetirməsi vacib olan bir vəzifəsi vardır.

Bir qış gecəsində Mədyən şəhərinin əhalisi qızışmaq üçün öz ocaqlarının ətrafında oturduqları zaman Musa Şüeybə dedi:

-Bizim aramızdakı müqavilənin müddəti sona çatmışdır. Mən gərək Misrə qayıdam.

-Allahdan istəyirəm ki, səni fironun təhlükəsindən qorusun. Allah sənə kömək edəcəkdir. Çünki, sən haqq yoldasan və nə qədər ki, haqq yoldasan haqq sənə yardımçı olacaqdır.

Hava işıqlananda Musa Mədyən torpaqlarını tərk edib, Misrə getmək üçün qoyunlarını bayıra çıxardı.

Bütün bu illərdə Musa Misri və onun məzlum insanlarını yaddan çıxarmamışdı. O, onların zülm, cəhalət və nadanlıqdan xilas olmaları barədə fikirləşirdi. Çünki, onlar İbrahimin (ə), Yəqubun və Yusifin dinini unutmuşdular. Onlar yaddan çıxarmışlar ki, aləmlərin Rəbbi yalnız Allahdır və firon zəif insandan başqa bir şey deyildir. İnsan Allahı unutduqda hər şeydən qorxur. Amma, Allaha iman gətirdikdə ondan başqa heç kəsdən qorxmur. Bu vaxt şücaətli, igid və azad bir insana çevrilir və zalımlar ondan qorxurlar.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin