Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə114/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   110   111   112   113   114   115   116   117   ...   187

Qarşıdurma


Sehr və cadugərliyin peyğəmbər möcüzəsi qarşısındakı məğlubiyyəti iman ruhunun yayılmasında dərin təsirə malik idi. Bu işin nəticəsi bütün Misri sarsıtdı və söhbətlərin əsas mövzusuna çevrildi.

Tədbirli və kinli firon, Musanın tövhid dinini yaymaqda çəkdiyi səylərini puça çıxarmaq üçün plan hazırlayırdı. Sarayın içində, fironun öz sülaləsinin arasında da Musanın tərəfdarları var idi. Hətta onun həyat yoldaşı Asiya şücaətlə öz imanını aşkar etdi. Minfitah özünübəyənən və özündən razı olan bir insan idi. Ona görə də yoldaşına-Misirin xanımına ehtiram qoymur və ona rəhm etmirdi. Firon yoldaşını çağırıb, onu hədələdi. Amma, o, öz əqidəsindən əl çəkmədi. Ona görə də cəlladlara tapşırdı ki, ona ən ağır formada işgəncə versinlər. Amma, imanın şirinliyini dadan Asiya öz əqidəsindən qayıtmadı və məğlub olmadı. Göyə nəzər salaraq dedi:

-İlahi! Mənim üçün cənnətdə bir ev tik və məni fironun şərindən xilas et.

Asiya eləcə işgəncə və əzabların qarşısında müqavimət göstərirdi. Nəhayət o, dünyadan köçdü və «Mələkut» aləminə qovuşdu. Musa bu xəbəri eşidəndə çox narahat oldu. Həqiqətən Asiya Allaha iman yolunun şəhidi idi.

Firon Bəni İsrailə əzab edib, işgəncə verməyə başladı. O, imanlı insanları qətlə yetirirdi. Yoxsul və məzlumlar ağlaya-ağlaya Musanın yanına gəlib deyirdilər:

-Uzun illərdir ki, biz işgəncə altındayıq; sən bizim yanımıza gəlməzdən qabaq və gələndən sonra da.

Musa onları səbirli olub, dözməyə dəvət edərək deyirdi:

-Allahdan kömək istəyin və səbiriniz olsun. Yer Allahındır və bəndələrinin hansı birini istəsə ona varis edəcəkdir. Arxayın olun ki, son dövr və aqibət imanlı insanlarındır.

Firon Musanı qətlə yetirmək üçün plan hazırlayaraq də fikirləşirdi ki, əgər Musa öldürülsə, onun taxt-tacı təhlükədən xilas olacaqdır.

Orada, fironun ailəsində imanlı bir kişi vardı. O, imanını gizlətmişdi; fironun hökumətində böyük məqama sahib olan həmin qibtli kişinin Musaya iman gətirdiyini heç kim bilmirdi. Bu kişi zahirdə məbədlərin ziyarətinə gedirdi və fironların əleyhinə heç bir söz danışmırdı. Amma, bununla belə Musaya və Allahın dininə kömək etmək istəyirdi.

O, ilahi dinin və peyğəmbərin əleyhinə hiylə qurulduğunu gördükdə çox ağıllı bir üsulla onunla mübarizəyə başladı.

Fir`on dövlət işçiləri ilə məclis qurdu. İmanlı kişi də o məclisdə idi. Fi`ron Musanın qətli barədə öz təklifini ortaya atdı. Onların bə`ziləri bu təklifi qəbul etdilər. Bə`ziləri isə hələ də düşünürdülər. Amma, imanlı kişi bu işin acı nəticələri barədə xəbərdarlıq edərək dedi:

-Siz Allaha imandan savayı bir günahı olmayan insanı necə öldürmək istəyirsiniz?! O, peyğəmbərlik vəzifəsində yalançı iddialar irəli sürməmişdir. O sizin üçün dəlil-sübut gətirmişdir. Siz əsanı unutmusunuzmu? Sehirbazların onun qarşısında məğlub olmalarını yaddan çıxartmısınızmı?! Sizin yadınızda deyil, ki, necə sizi xəndəklərdən, qurbağalardan və çəyirtkələrdən xilas etdi? Hər dəfə yalvararaq ondan istəyirdiniz ki, sizi xilas etsin və onun peyğəmbərliyinə iman gətirəsiniz. Bəla və müsibəti sizdən uzaqlaşdırdıqda isə yenə düşmənçiliyə və öz inadkarlığınıza qayıdırsınız? Mən sizin üçün Allahın intiqamından qorxuram. Qorxuram ki, sizin taleyiniz Nuh, Ad, Səmud və onlardan sonra gələn bə`zi qövmlərin taleyi kimi olsun. Mən sizin üçün Qiyamət gününün əzabından və qayıdış günündən qorxuram. Bilmirəm Allahın dininə etdiyiniz bu şəkk-şübhələr nə üçündür? Siz Yusifin peyğəmbərliyinə də şəkk və tərəddüd etdiniz. O həzrət dünyadan köçdüyü zaman dediniz: “Allah daha heç vaxt peyğəmbər göndərməyəcəkdir”. Siz hidayət olmaq və düzgün yola gəlmək istəmirsiniz. Çünki, Allah zəlalət və azğınlıq ardınca düşən insanları heç vaxt hidayət etməz.

Hizqilin sözləri çox tə`sirli oldu. Bə`ziləri sükut etdilər. Bə`ziləri isə fir`ona baxırdılar. Fir`on istehzalı etdiyi halda öz vəziri Hamana nəzər salıb dedi:

-Mənim üçün uca bir bina tikdir. İstəyirəm göyə baxım. Bəlkə Musanın Allahından bir xəbər əldə edə bildim. Amma, mən onu öz iddiasında yalançı bilirəm.

Haman Fir`onun əmrini icra etmək üçün oradan ayrıldı. Beləliklə toplantı dağıldı. Bütün dövlət işçiləri heyrət və sərgərdanlığa qərq olmuşdular. Fir`on isə başqa bir plan fikirləşirdi.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin