Allah Bəni-İsrailə Mənn göndərdi. Mən şehə oxşar bir şeydir. O, göydən yağır və kiçik tikanlı ağacların üzərinə oturur. Səhərlər Bəni-İsrail onları tikan kollarının üstündə aydın və parlaq halda müşahidə edirdilər. Onları toplayıb, yeyirdilər. Şirin və gözəl dadı vardı. Amma, Səlva bir quş növüdür. O çox hündürdə uçur. Amma, Allah-təala Bəni-İsraili öz lütf və mərhəmətinə şamil etmək üçün Səlva quşları aşağıdan uçur və onların qarşısında yerə düşürdülər. Beləliklə, Allah Bəni-İsrailə təhlükəsizlik, su və yemək əta etdi. Bunların hamısı ona görə idi ki, Allaha imanın şirinlik və ləzzətini dərk etsinlər.