Allah-təala öz ne`mətlərini Bəni-İsrail üçün tamamlamaq istədi. Ona görə də Musa onlara dedi:
-Ey camaat! Allahın sizin üçün seçdiyi müqəddəs torpağa daxil olun.
Bəni-İsrail bu sözləri eşitdikdə o torpaqlarda yaşayan hakimlərdən qorxduqlarını bildirdilər. Allah-təala istəyirdi ki, Bəni-İsrail tayfası müqəddəs torpağı azad etsin və yegana Allaha ibadət hər yerdə yayılsın.
Amma Bəni-İsrail rifah və rahatlıq arzusunda idilər. Onlar hər şeyin mö`cüzə vasitəsi ilə əldə olunmasına alışmışdılar. Ona görə də qorxu ilə dedilər:
-Ey Musa! O torpaqlarda zalım insanlar yaşayırlar. Onlar həmin torpaqlardan çıxmayınca biz ora daxil olmarıq.
Zalımları oradan qov, biz şəhərə daxil olaq. Əgər çıxmasalar biz ora getməyəcəyik.
Minlərlə insanın arasından yalnız iki nəfər ayağa qalxıb dedi:
-Əgər siz şəhəri mühasirə etsəniz və onun qapılarından daxil olsanız, Allaha imanınıza görə mütləq qalib gələcəksiniz. Ona görə də Allaha təvəkkül edin.
Amma Bəni-İsraili qorxu bürümüşdü. Ona görə də dedilər:
-Ey Musa! Nə qədər ki, onlar həmin torpaqdadırlar biz ora getməyəcəyik.
Yenidən ona dedilər:
-Sən Allahınla get vuruş. Biz burada oturmuşuq.
Yenidən Bəni-İsrail Allahın elçisinin qarşısında dayandılar və ona dedilər.
-Əgər sən döyüşmək istəyirsənsə rəbbinlə get, döyüş.
Musa qəmgin oldu. Başını göyə qaldırıb dedi:
“İlahi, mən təkcə özümün və qardaşımın ixtiyar sahibiyəm. Bizimlə bu günahkar insanlar arasında ayrılıq sal!”
Allah-təala Musaya əzab-əziyyət etdiklərinə və inadkarlıq göstərərək əmrlərdən boyun qaçırdıqlarına görə Bəni-İsrailə qəzəbləndi.
Dostları ilə paylaş: |