RUHUN QAYıTMASı
Bir gün göydə buludlar toplaşdılar. Göy guruldamağa, ildırım çaxmağa başladı. Yağış yağdı. Allahın öz bəndələri üçün rəhmət seçdiyi həmin anda Cəbrayıl o ağacın yanına, o şəhərin və köhnə qəbiristanlığın xarabalıqları arasına endi.
Üzeyirin ruhu onun bədəninə qayıtdı. Oyandı. Yenidən - yüz il keçdikdən sonra nəfəs almağa başladı.
Üzeyir yuxudan oyandı. Ora işıqla dolmuşdu. Bir mələyin səsi eşidilirdi. O deyirdi:
-Ey Üzeyir, nə qədər yatıbsan?
Üzeyir gözlərini ovduğu halda dedi:
-Ya bir gün, ya da ondan bir qədər az.
Mələk dedi:
-Yox sən yüz il yatmısan.
-Yüz il?!
-Bəli. Allah iradə edib ki, sənə həyat və yaşayışı qaytarsın. O səni qiyamət və qayıdış gününü qəbul etməyənlər üçün bir nişanə etmək istəyir.
Ey Üzeyir! Yeməyinə bax! On illər keçməsinə baxmayaraq hələ də xarab olmamışdır.
Ey Üzeyir! Bədənin eləcə öz halında qalmışdır və dəyişilməmişdir. Həqiqətən Allah onu qorumuşdur.
Daha sonra o mələk Üzeyirə dedi:
-Ulağına bax!
Üzeyir ulağına baxdı. Gördü ki, çürümüş sümüklərə çevrilmiş və onun bir hissəsi torpağa qarışmışdır.
-Ey Üzeyir! Yaxşı bax! İndi Allah-təala sənin ulağını həyata qaytaracaqdır.
Üzeyir təəccüblə macəraya baxırdı. Gördü ki, çürümüş sümüklər yenidən toplaşdı. Ulağın böyük bir skeleti təşkil olundu və sonra sümüklər üzərində ətlər bitdi. Onda damarlar göründü. Sonra dəri əmələ gəldi. Tükləri əvvəlki halına qayıtdı. Bir neçə an bundan əvvəl ölü olan ulaq yenidən nəfəs almağa başladı.
Birdən ulağ yerindən qalxdı. O hündür səslə anqırıb, ot axtarmağa getdi.
Üzeyir ürəyinin dərinliklərində fəryad etdi:
«Allahu Əkbər! Bilirəm ki, Allah bütün işlərə qadirdir».
Hər şey Allahın əmri ilədir. Allah hər şeyə qadir və bacarıqlıdır. Dirildir və öldürür. O Həzrət təvazö və tə`zim halında namaz və ibadətə başladı. Allaha olan eşq və məhəbbət və onun görüşünə olan həvəslə ağlayırdı. Üzeyir yeməyindən bir neçə tikə yedi. O həmin hadisənin güclü tə`siri altına düşmüşdü. Bütün bu illər ərzində yeməyin dadı əsla dəyişilməmişdi. Üzümün suyu bir neçə saat isti bir yerdə qaldıqda dadı dəyişildiyi halda, zamanın gərdişindən bir əsr keçməsinə baxmayaraq hələ də təzə qalmışdı.
Dostları ilə paylaş: |