Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə161/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   157   158   159   160   161   162   163   164   ...   187

MƏSİHİN QAYıDıŞı


Herodis öldü. Amma, fəsad və şər işləri hələ də davam edirdi. Yəhudilər azğınlıq içində idilər.

Məryəm oğlu İsa Fələstinə qayıtmaq qərarına gəldi. O, əziz anası ilə birgə bu gün Nasirə adlanan Əl-cəlil dağlıq məntəqəsində bir kənddə sakin oldu. Orada vəhy mələyi ona nazil olub, ilahi risalətin təbliğinə fərman verdi.

Sonrakı hissədə İsanın başına gələn hadisələrlə tanış olacağıq.

ALLAHIN RUHU

HƏZRƏT İSANIN əhvalatI


O, Beytül-müqəddəsdə mə`bəddə oturmuşdu. Ömründən otuz il keçirdi. Hündür, arıq, ayaq yalın idi. Yun köynək geyinmişdi. Öz ümmətinin taleyi barəsində fikirləşirdi.

İbadətgahdan çıxıb, təpələrə doğru getdi. Çobanlar öz qoyunlarını otlaqdan qaytarırdılar. Günəş qüruba yaxınlaşmışdı. Məsih Bəni-İsrail barəsində fikirləşir və öz-özünə deyirdi:

“Yollarını azan bu insanları necə yola gətirə bilərəm?”

Günəş batdı. Çobanlar evlərinə, qoyunlar tövlələrinə, quşlar yuvalarına, uşaqlar analarının qucaqlarına qayıtdılar. Amma, Məsih qayıtmadı. Niyə? Çünki, onun evi yox idi.

O, çöllərdə yatırdı. Qar və yağış yağdıqda dağların mağaralarına gedirdi. Acdıqda yerdə bitən ot və ələflərdən yeyib, özünü doyururdu.

Beləliklə, Məsih azad və tərki-dünya idi. Allahdan başqa heç kəsdən qorxmurdu. O, başı uca yaşayırdı. Çünki, bu dünyanın heç bir şeyinə bağlı deyildi.

Gecə çatdı. Yatmaq vaxtı gəldi. İsa bir daşı başının altına qoydu və yatdı. O, böyük səmaya, ulduzla dolu asimana baxırdı.

Birdən bir mələk zahir oldu. Nuru hər yeri doldurmuşdu. Mələk dedi:

-Allah sənə risaləti təbliğ etməyə fərman verir.

Məsih Allahın fərmanını icra etmək üçün ayağa qalxdı. Müqəddəs ruh onun köməyi idi. Allah onunla və onun yardımçısı idi.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin