Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə24/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   20   21   22   23   24   25   26   27   ...   187

Müqəddəs daş parçası


Bir gün Səmud qəbiləsinin adamları dağdakı böyük daş parçasına tərəf yollandılar. Onlar qədim zamanlardan o daşa ibadət edirdilər. Uşaqlar atalarının o daşa ibadət etdiyini görüb, özləri də onlar kimi ibadət edirdilər və artıq böyüdükdə təbii surətdə bütpərəst olurdular. Bu daş parçası bütün qəbilənin yanında xüsusi hörmətə malik idi. Camaat onun qarşısında qurban kəsirdilər. Qurbanlıqları onun yanına qoyurdular. O daşdan ruzi və bərəkət istəyirdilər. Saleh öz qəbiləsinin əməlini görüb, onların etdiyi işə görə qüssələndi. Ona görə də müqəddəs daş parçasının yanına gedib, onlara buyurdu:

-Ey qəbilə! Allaha ibadət edin, sizin ondan başqa Rəbbiniz yoxdur.

Onların bəziləri dedilər:

-Niyə yeganə Allaha ibadət edək?

Saleh buyurdu:

-Çünki, sizi yaradan və sizə ruzi yetirən odur.

Onlar dedilər:

-Allah bizdən uzaq olduğu üçün biz istədiklərimizi ondan diləyə bilmirik. Ona görə də onun müqəddəs yaratdıqlarına ibadət edirik. Allah bizim bütün işlərimizi bu daşa tapşırmışdır və Allah bizdən razı olsun deyə biz ona hörmət qoyuruq.

Saleh qüssə və nigarançılıqla buyurdu:

-Ey qəbilə! Allah sizi vücuda gətirəndir və məni də sizin yanınıza o göndərmişdir. O istəyir ki, təkcə ona ibadət edəsiniz və ona ibadət etməkdə heç kimi şərik qoşmayasınız.

Ey qəbilə! Allahdan bağışlanmaq istəyin və sonra onun dərgahına tövbə edin. Həqiqətən Allahım yaxındır və tövbələri də qəbul edəndir.

Dedilər:


-Ey Saleh! Biz sənə böyük ümid bəsləyirdik. Biz ümidvar idik ki, sənin ağıl və fikrindən faydalanaq. Amma, indi təəccüblü şeylər danışırsan. Necə bizə sifariş edirsən ki, öz allahlarımızdan əl çəkək? Necə bizi dəvət edirsən ki, ata və babalarımızın pərəstiş etdiyi şeyləri buraxaq?

Ey Saleh! Biz indi sənin risalətinə şəkk edirik. Həqiqətən sən dəli olubsan.

Saleh buyurdu:

-Allah məni göndərmişdir ki, sizi onun ibadətinə dəvət edəm, bu işə görə heç kəsdən muzd və mükafat istəməyəm və məni yaradan Allahdan savayı heç kəsə ibadət etməyəm.

Onlar dedilər:

-Əgər sən həqiqətən Allahın elçisisənsə bu daşın içindən bizim üçün bir boylu dəvə çıxart.

Saleh onlara buyurdu:

-Allah hər şeyə qadirdir. Bizim hamımızı torpaqdan yaradan odur.

Dedilər:

-Sən bu daşın içindən bizim üçün bir dəvə çıxarmayınca, sənin risalətinə iman gətirməyəcəyik.

Onların biri uca səslə dedi:

-Hə, o dəvə hamilə olmalıdır.

Saleh dedi:

-Mən sizin istəyinizi Allaha çatdıraram. Əgər Allah bu işi etsə, siz Allahı yeganə olaraq tanıyıb, mənim onun elçisi olduğuma iman gətirəcəksinizmi?

Dedilər:

-Bəli. Sizin vədiniz nə vaxtadır?

Saleh onlara buyurdu:

-Sabah həmin yerdə.



Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin