Allahın dəvəsİ
Sabahısı gün səhər çağı Saleh dağa tərəf böyük daş parçası olan yerə tərəf yollandı. Doğrusu, Salehin etmək istədiyi iş asan deyildi. Necə ola bilər ki, dağın içindən bir dəvə çıxsın? Necə ola bilər ki, bu daş yarılsın və ondan boylu bir dəvə çıxsın?
Bütün Səmud qəbiləsi dağın ətrafına yığışmışdılar. Onların bəzisi şəkk içində idi. Bəziləri dağa baxır və bəziləri isə uzaqdan Salehin etdiklərinə fikir verirdilər. Gördülər ki, Saleh təzim və təvazö halında mavi səmaya baxır. O, bəzi sözlər deyirdi. Əlləri ilə dağa və Səmud qəbiləsinə tərəf işarə edir. Bildilər ki, Saleh Allahın dərgahına ağlayıb, ah-nalə edir və ondan öz risalətinin düzgünlüyünü sübut etmək üçün bir nişanə istəyir.
O, çox qəribə bir şey istəyirdi. Boylu dəvə dağın içindən çıxsın. Bu yerin qorxu və dəhşəti hamıya kölgə salmışdı. Ad qəbiləsi Salehi gözləyir, çox diqqətlə dağa və onun bərk daşlarına baxırdılar. Saleh dizi üstə yerin üzərində oturdu və göz yaşları axıtdı. O öz Rəbbindən istəyirdi ki, qəbiləsini hidayət etmək üçün bir nişanə göndərsin. Öz fitrət və təbiətlərinə qayıdıb, yeganə Allaha ibadət etsinlər.
Saleh birdən ayağa qalxdı və barmağını dağın bir nöqtəsinə tərəf uzatdı. Qəbilənin bütün adamları dəhşətli bir səs eşitdilər. O, daşların parçalanmasına oxşayan bir səs idi. O səs çox möhkəm və güclü idi. Daşların bir hissəsi dərənin dibinə töküldü. Xəfif toz-torpağın arasından çox gözəl bir dəvə peyda oldu. Dəvə doğrudan da hamilə idi.
Çox sakit bir dəvə idi. İnsan ilk baxışında onu sevirdi. Saleh onun şükrünü etmək üçün Allaha səcdə etdi. Çünki, Allahın mütləq qüdrəti nəyi yaratmaq istəsə ona sadəcə, Ol! deyir və o da olur.
Qəbilə adamları bu işin əzəmət və böyüklüyü qarşısında baş əydilər. Onların bə`zisi Allaha səcdə etdilər. İndi onlar böyük bir nişanə görürdülər. Gözlərinin qarşısında idi. Salehin dedikləri düz çıxmışdı. Doğrudan da Allah birdir və şəriki yoxdur. Onlar çox az idilər. Amma, imanları dəvənin çıxdığı dağ kimi möhkəm idi. Qəbilənin bütün adamları o möcüzəyə diqqətlə baxırdılar. Beləliklə dəvə Salehin peyğəmbərlik nişanəsi oldu; bütpərəstlik qarşısında tövhid nişanəsi
Dostları ilə paylaş: |