Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə27/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   23   24   25   26   27   28   29   30   ...   187

Qarşıdurma


Səmud qəbiləsi iki cəbhəyə bölünüb, mübarizəyə başladılar: iman cəbhəsi və bütpərəstlik cəbhəsi. Kafirlər hər gün mö`minlərə əziyyət verib, onların imanlarını məsxərə edir, ələ salırdılar. Onlara deyirdilər:

-Siz doğrudanmı Salehin Allahın elçisi olduğuna inanırsınız?!

Möminlər cavabında deyirdilər:

-Bəli biz onun risalətinə və Allah tərəfindən gətirdiyinə inanırıq. Biz Allahdan başqasına ibadət etmərik.

Bu zaman kafirlər deyirdilər:

-Biz sizin iman gətirdiyinizə küfr edirik.

Onlar özlərini Allahın risalətinə olan küfrlərini açıq surətdə elan edirdilər. Çünki, onlar naz-nemət içində qərq olmuş varlılar idilər və belə güman edirdilər ki, çoxlu qüdrətləri vardır. Onların həddən artıq daşürəkli olan doqquz nəfəri hamıdan çox küfr edirdilər. Onların ürəklərində heç kəsə qarşı rəhm və qayğıkeşlik yox idi. Öz mənafelərindən başqa bir şey fikirləşmirdilər. Onlar hiss etdilər ki, Saleh onların nüfuzu üçün böyük bir təhlükədir. Buna görə də ürəklərində ona kin bəslədilər. Dəvəyə qarşı da kin bəsləməyə başladılar. Çünki, dəvə, Salehin peyğəmbərlik nişanəsi və onun peyğəmbərliyinin doğruluq əlaməti idi.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin