Bİsmİllahİr-rəhmanİr-rəhİm
Lutun qövmü Allahın elçilərini təkzib etdilər. O zaman qardaşları Lut onlara dedi:
-Niyə Allahdan qorxmursunuz? Mən sizin üçün əmanətdar bir peyğəmbərəm. Ona görə də Allahdan qorxun və mənə itaət edin. Mən bu işə görə sizdən heç bir şey istəmirəm. Mənim muzdum yalnız aləmlərinin rəbbinin yanındadır. Siz bu qədər məxluqatın arasında kişi cinsinə tərəf gedib, Allahın sizin üçün yaratdığı yoldaşlarınızı buraxırsınız. Doğrudan da siz təcavüzkar insanlarsınız.
Dedilər:
-Ey Lut! Əgər bu sözlərindən əl çəkməsən həqiqətən səni ixrac edəcəyik.
Dedi:
-Mən sizin əməllərinizlə qatı düşmənəm. İlahi! Mən və mənim ailəmi bunların əməllərindən xilas et!
Biz onu və bütün ailəsini xilas etdik, yerdə qalanlarının arasında olan qoca qarıdan savayı. Sonra o birilərini həlak etdik. Onlar üçün daş yağışı göndərdik. Nə pis yağış idi! Təbliğ olunmuşların (inadkarlıq edənlərin) yağışı. Bu hadisədə bir əlamət var, Amma, çoxları iman gətirmirlər. Sənin Rəbbin toxunulmaz və rəhmlidir.1 (Qeyd)
Dostları ilə paylaş: |