Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə52/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   48   49   50   51   52   53   54   55   ...   187

Vİdalaşma


İbrahim (ə) öz sakit oğlu İsmayılı öpüb, ağladı. O, Hacəri və övladını o qorxulu yerdə qoyub, qayıtmalı idi. İbrahim (ə) Fələstin torpaqlarına qayıdıb, oradan uzaqlaşdıqca onlar üçün ağlayırdı.

Hacər ətrafına baxdı. Qum və dağların möhkəm daş parçalarından başqa bir şey görmədi. Ona görə də ərinə dedi:

-Bizi burada, bu dəhşətli yerdə qoyub gedirsən?

-Ey Hacər! Allah mənə belə əmr etmişdir.

Hacər imanlı bir qadın idi. Bildi ki, Allah öz bəndələrinə qarşı mehribandır. Onların xeyir və yaxşılıqlarını istəyir. Ona görə də İbrahimə dedi:

-İndi ki, Allah belə fərman verib, deməli, bizi qoruyacaqdır. O, bəndələrini unutmur.

İbrahim (ə) oğlu və yoldaşı ilə vidalaşdıqdan sonra onlardan uzaqlaşdı. Təpələrin başında dayandı. Göyə baxdı və Allahdan istədi ki, onları zərər və ziyanlardan qorusun.

Su


İbrahim (ə) çox uzaqlaşıb, gözlərdən itdi. Hacər daha onu görə bilmirdi. İsmayıl ətrafında nələr baş verdiyini bilmirdi. Hacər oğlu üçün bir qoyun dərisi sərdi, özü və körpəsi üçün dik bir xeymə düzəltmək üçün ayağa qalxdı. O, çox arxayınlıqla işləyirdi. Elə bil ki, öz evindədir. Hacər inanırdı ki, orada kimsə vardır. O, onu və uşağını qoruyur. Gündüzlər bir az odun toplayıb, gecələr od qalayırdı. Şam yemək üçün özünə bir az çörək hazırlayırdı. O, gecənin çoxunu oyaq qalır və ulduzla dolu səmaya baxırdı.

Bir neçə gün keçdi. Hacər belə bir vəziyyətdə yaşayırdı. Götürdüyü sular qurtardı. Hətta qabda bir damcı da su qalmadı. Suyun hamısı qurtarmışdı. Qorxulu və sükuta bürünmüş bir dərədə Hacər o tərəf-bu tərəfə baxırdı. Amma, bir şey görmürdü. Əmin oldu ki, bu yer quru və susuzdur. Qabaqca nə bir insan buradan keçib və nə də səmasında bir quş uçmuşdur.

Körpə İsmayıl ağladı. O, susuz idi; bir içim su istəyirdi. Amma, bilmirdi ki, ətrafında nələr baş verir. O, bilmirdi ki, yerin hansı tərəfində yaşayır.

Anası mehribanlıqla ona baxırdı. Nə etsin? Bu quru səhrada suyu haradan əldə etsin? Birdən ürəyində analıq hissi şölələndi. Bir iş görməyə məcbur idi. O, gərək bu torpaqda su tapaydı, hətta əgər bir içim olsa belə. Öz-özünə deyirdi.Bəlkə bu dağın arxasında bulaq və ya çala ola. Bəlkə o təpənin arxasında hansısa xeyirxah insan karvan yolçuları üçün bir su quyusu qazmışdır.

Hacər ayağa qalxdı. Öz ətrafına baxdı. Övladı üçün təhlükə yarada biləcək canavar və ya kaftarın olmamasına əmin oldu. Heç nə yox idi. Ara-sıra gözə dəyən tikanlı otlardan başqa heç nə yox idi.

Hacər Səfa dağına tərəf qaçdı. O, ümidlə qaçırdı. Amma, ürəyində qorxu var idi. Olmaya canavar susuz uşağı - İsmayılı apara. İsmayılın səsi hələ də qulaqlarında idi. Hacər dağın zirvəsinə qalxdı. O, dərəyə nəzər saldı. Su dalğalarına oxşar bir şeylər gördü. Dərəyə tərəf qaçdı. Amma, bir şey görmədi. Səhranın qumundan başqa orada heç nə yox idi. O, dərənin ortasında yalnız havanın hərarətindən dalğalanan və dəryanı xatırladan ilğım görmüşdü.

Hacər qaça-qaça uşağı İsmayıla tərəf qayıtdı. Uşaq ağlayır və qışqırırdı. O, su axtarırdı. Hacər ümidlə Mərvə dağına baxdı: Bəlkə orada su olar?

Çox sürətlə qaçırdı. Qumlar ayağının altında dağılırdı. Suya oxşar bir şey gördü. Qaçdı və sürətlə yolu qət etdi. Amma, yenə də ilğımdan başqa bir şey deyildi.

İsmayılın ağlamaq səsi kəsildi. Hacərin gözündən itdi. Ana tez qayıtdı. Uzaqdan övladının ağladığını gördü. Həmişəki kimi su istəyirdi. Bəlkə də anasını axtarırdı. Qorxurdu.

Hacər Səfa və Mərvə dağları arasında qaçırdı. O, oğlu İsmayıla su axtarırdı. Çünki, o, susuzluqdan can verməkdə idi. Hacər göyə tərəf baxdı və səmimi qəlbdən fəryad etdi:

-İlahi!

Mərvə dağına qalxdı. İsmayıl gözlərindən itdi. Ağlamağı kəsildi. O, oğlu İsmayılın can verməyindən qorxdu. Bəlkə də ac bir canavar onu yemişdir. Var gücü ilə qaçırdı. Uzaqdan gördü ki, İsmayıl sakitdir və ayaqlarını tərpədir. Kiçik ayaqlarının altından su bulağı qaynayır.

Hacər ağlayaraq göyə baxdı. Allah duasını qəbul etmişdi. Qumların arasından su axırdı. Hacər, susuzlar ondan su içsinlər deyə, tez suyun yan-yörəsində kiçik bir hovuz düzəltdi. O, sonralar Zəmzəm quyusu adı ilə məşhurlaşdı.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin