Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə57/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   53   54   55   56   57   58   59   60   ...   187

Qurbanlıq


İbrahim (ə) bıçaq və ip götürüb, yaxınlıqdakı dərələrin birinə getdi. İsmayıl atasını müşayiət edirdi. O, sakit idi. Özünü qurbanlıq anı üçün hazırlayırdı və Allahdan istəyirdi ki, Onun yolunda əzab və ağrıya dözmək üçün ona səbir versin. Hacər İbrahim (ə) və İsmayılın o dərəyə tərəf getdiklərini gördükdə, onların odun yığmaq üçün ora getdiklərini güman etdi.

İbrahim (ə) və İsmayıl dərəyə çatdılar. İsmayıl atasına baxdı. Onun gözləri yaşarmışdı. O da atası üçün ağlamağa başladı və işin tez icra olunmasını istədi. Ona görə də atasına dedi:

-Atacan, ipləri möhkəm bağla, paltarlarının ətəyini yığışdır ki, qana bulaşmasın. Anam onu görə bilər. Ata, bıçağı itilə və başımı kəsərkən tələs! Çünki, baş kəsməyin əzab və ağrısı çox çətindir.

İbrahim (ə) ağladı və dedi:

-Oğlum! Allahın fərmanını yerinə yetirməkdə mənim ən yaxşı köməkçim sənsən.

İbrahim (ə) ipləri götürüb, İsmayılın çiyinlərini möhkəm bağladı. İsmayıl Allahın fərmanına tamamilə təslim idi. Onun gözlərini bağladı. İbrahim (ə) oğlunun alnını tutub, onu yerə tərəf əydi. Cavan İsmayıl sakitcə yerə diz çökdü. O, həyatla vidalaşırdı. O, ata və anası ilə vidalaşırdı. İbrahim (ə) bıçağı İsmayılın boynuna qoydu. Yalnız bir an və bununla da hər şey bitəcəkdi. O həyəcanlı anlarda görəsən nə baş verdi? Görəsən İsmayıl zibh olundumu?

Yox! İbrahim (ə) göydən bir səs eşitdi. Səs ona fərman verirdi ki, İsmayılın əvəzinə bir qoyunu kəssin. İbrahim (ə) səsə tərəf baxdı. Gördü ki, dağın başından kök bir qoç enir; gözəl və buynuzlu bir qoç. İbrahim (ə) ipləri övladı İsmayıldan açıb, qoçu tutdu. Allahın adı ilə başını kəsdi və qurbanlıq olaraq Allahın dərgahına təqdim etdi.

O gündən qurban kəsmək həcc əməllərindən sayılır. Müsəlmanlar müxtəlif yerlərdən Allah evinin ziyarətinə gəlirlər. İbrahim (ə) və İsmayılın Allaha ibadət üçün tikdikləri evə gəlib, onun ətrafına toplanır və əzəmətlə onun adını yad edirlər. Əvvəllər Hacər Səfa və Mərvə dağları arasında qaçdığı kimi, onlar da qaçırlar. Öncə İbrahimin (ə) qurbanlıq etdiyi kimi onlar da qurbanlıq edirlər. Onlar İbrahimin (ə) dinində olduqları üçün bu işləri yerinə yetirirlər. İbrahimin (ə) dini müqəddəs İslam dinidir.




Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin