Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə63/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   59   60   61   62   63   64   65   66   ...   187

Uzun muddətlİ kədər


Günəş gözlərdən itdi. Qardaşlar fikirləşirdilər ki, inandırıcı bir bəhanə tapıb, atalarına desinlər. Onların biri dedi:

-Bu yerlər canavarla doludur. Atamıza deyərik ki, biz yarışmağa getdik və öz əşyalarımızı Yusifin yanında qoyduq. Canavar gəlib, onu yırtmışdır. Sonra Yusifin köynəyini qana bulaşdırıb, atamıza göstərərik.

O gün kiçik bir quzu anasından doğulmuşdu. Yusifin qardaşları ataları şübhələnməsin deyə vəhşicəsinə anasının gözləri önündə quzunun başını kəsdilər və Yusifin köynəyini onun qanına bulaşdırdılar. Beləliklə, atalarının yanına qayıtdılar.

Qaranlıq hər yeri bürümüşdü. Onlar gecənin qaranlığında qayıtmağa üstünlük verdilər. Onlar istəyirdilər ki, Yəqub yalan əlamətləri onların üzündə görməsin.

Yəqubun hər şeydən xəbəri vardı. Oğlanlarının qayıtmasını gözləyirdi. O, uzaqdan qoyunların və onların ağlamaq səslərini eşitdi. Yavaş-yavaş göründülər. Amma, Yusif onlarla deyildi. Yusifdən başqa hamısı gəlmişdi. Atası gördü ki, onlar uca səslə ağlaşırlar; göz yaşı olmadan ağlaşmaq. Yəqub soruşdu:

-Qardaşınız Yusif hardadır?

Onlar daha da ağlaşmağa başladılar. Şəmun namərdcəsinə qana bulaşmış yalançı köynəyi atasına təhvil verərək dedi:

-Biz yarışa getmişdik. Öz əşyalarımızı Yusifin yanında qoymuşduq. Bir canavar gəlib, Yusifi yemişdir. Onun qanlı köynəyini tapdıq. Atacan! Canavar Yusifi bizim olmadığımız zaman yemişdir. Yəqub köynəyə nəzər saldı. Gördü ki, köynək salamatdır və onun heç bir yeri cırılmamışdır. Bildi ki, onlar yalan deyirlər. O, ağlayaraq dedi:

-Necə mehriban canavar olub ki, əziz Yusifimi yeyib, Amma, onun köynəyinə əl vurmamışdır.

Qardaşlar bir -biriləri ilə fikir mübadiləsi etdilər. Öz-özlərinə dedilər:

-Necə böyük səhv etmişik. Bu məsələ haqqında qəflətdə olmuşuq. Əgər köynəyi cırsaydıq, atamız bizim sözümüzə inanardı.

Amma, onlar öz günahlarını etiraf etmək yerinə dedilər:

-Ata, sən bizim sözümüzə inanmırsan? Axı biz heç vaxt yalan danışmırıq. Həqiqətən Yusifi canavar yemişdir və bu da onun qanlı köynəyidir.

Yəqubu ağlamaq tutdu, gözlərindən yaş süzüldü. O dedi:

-Sizin nəfsiniz bu işi sizin üçün hazırlamışdır. Mən naşükürlük etmədən səbir edib, dediklərinizin qarşınızda Allahdan kömək istəyəcəyəm.

Yəqub dedi:

-Mən səbir edib, dözəcəyəm və bilirəm ki, sizin nəfsani istəkləriniz sizə vəs-vəsə etmişdir. O gecə Yəqub yatdı. Amma, təkcə bir şey barəsində düşünürdü və o da bu idi ki, görəsən pak və saleh övladı, gözəl təbiətli oğlu Yusif hardadır? Elə o gecədən Yəqubun qəm-qüssəli və kədərli günləri başlandı.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin