Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə64/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   60   61   62   63   64   65   66   67   ...   187
    Bu səhifədəki naviqasiya:
  • Karvan

Quyuda cəvahİr


Gözəl Allah Yusifi tək qoymadı. Çünki, o, bütün pak insanların dostudur.

Yusif qəmli idi, Amma, səbir edirdi. Bilirdi ki, baş verənlər onun üçün bir imtahandır. Ona görə də göyə baxır və hər an Allaha sitayiş edirdi.

Yusif yuxuda gördü ki, on bir ulduz, günəş və ay quyuya giriblər. Quyu nur və işıqla doludur. Gülümsəyib, hörmət və təzimlə ona səcdə edirlər.

Yusif yuxudan oyandı, mavi səmaya baxdı, bir dəstə ağ köçəri quş gördü. Atasından uzaq olduğu üçün ağlamağa başladı.

Üç gün keçdi. Yusif quyunun içində yaşayırdı; dəniz dibindəki cəvahir kimi; qaranlığın dərinliklərində olan ləl kimi. Heç kim bu quyunun içində necə bir gövhər olduğunu bilmirdi. Allah-təala hələ ondan gözəlini yaratmamışdı. O, Yusifin ruhu idi; gözəl və əxlaqlı cavan. Allahdan başqa heç kimin o macəradan xəbəri yox idi.

Yusif üç gün heç nə yemədi. Su içməklə kifayətlənirdi. O, oruc tutmağa adət etmişdi. Əvvəllər atası ilə oruc tutardı. Buna görə də dözərək aclığın çətinliyinə tab gətirirdi. Onun şəffaf və pak ruhu vardı, lap köçəri quşların qanadları kimi.


Karvan


Yusif həyatının üç gününü quyuda keçirdi. O, bu müddətdə səhraları dolaşan canavarların ulaşma səsindən başqa bir şey eşitmirdi. Lakin, birdən təəcüblü səslər eşitdi. Diqqətlə qulaq asdı. Bəli, ticarət karvanının səsi idi. Onu dəvələrin ayaqlarının və karvan adamlarının səsindən təyin etdi.

Karvan quyunun yaxınlığında dayandı. Tacirlər öz xidmətçilərini su gətirmək üçün quyuya göndərdilər. O kişi öz vedrəsini quyunun dibinə atdı. Yusif bu anı gözləyirdi. Həmin kəndir quyudan xilas olmaq üçün azadlıq ipi idi.

Ürəyində sevinc bulağı qaynadı. Doğrudan da, Allah öz bəndələrini unutmur. O, Yusifi həmin qaranlıq quyudan xilas etdi. Mirvari öz sədəfindən çıxdığı kimi, Yusif də quyudan çıxdı. O, ay kimi qaranlıqların arasından öz yolunu açırdı. Nurlu çöhrəsi o məkanı işıqlandırmışdı. Hətta xidmətçilər bu qəfil hadisədən qorxmuşdular. Onlar qışqırdılar:

-Muştuluq! Bu yeniyətməyə baxın! Nə gözəl oldu!

Karvan adamları elə bildilər ki, Yusif fərari qullardan biridir. Qaçarkən quyuya düşmüşdür. Ona görə də onun qəbiləsi, əsil-nəsəbi və başına gələnlər haqqında heç nə soruşmadılar. Onu, satmaq üçün Misrə apardıqları malların içinə qoydular.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin