Бисмиллаһир-рәҺМАНир-рәҺИМ



Yüklə 2,29 Mb.
səhifə66/187
tarix11.01.2022
ölçüsü2,29 Mb.
#110714
1   ...   62   63   64   65   66   67   68   69   ...   187
    Bu səhifədəki naviqasiya:
  • Mələk

Çətİn İmtahan


O indi cavanlıq çağında idi. Böyük və əzəmətli sarayda yaşayırdı. Amma, bu bər-bəzəklər onun pak və incə ruhunu bulaşdırmamışdı. Onun daxili həmişəki kimi ağ rəngli göyərçin qanadları tək ağ və şəffaf idi.

O böyük sarayda Yusifin dərd və bəlalı günləri başlandı. Yusifi tanıyanların hamısı onu sevirdilər. Lakin, onu sevənlərin bəzilərinin məhəbbətləri, ona dərd və bəladan başqa bir şey vermirdi.

Yusif əzəmətli sarayda yaşayırdı. Sarayın xanımı gözəl bir qadın idi. Hamı ona hörmət göstərirdi. Adı Züleyxa idi. Züleyxa Yusifi sevirdi, ona vurulmuşdu. Amma, onun pak ruhunun aşiqi deyildi. Onun gözəlliyinə vurulmuşdu. Ona görə də Yusifdən müsbət cavab istədi.

Yusif onun həyatdakı ümid və arzusuna çevrilmişdi. Ondan başqa heç kimi sevmirdi. Ona eşq və məhəbbətlə baxırdı. Onunla çox təvazökarcasına danışırdı və bütün bunlarla özünü ona yaxınlaşdırırdı. Amma, Yusif ondan qaçırdı. Çünki, o, öz pak ruhunu murdar vadilərə endirmək istəmirdi. O, şeh damlası kimi pak qalmaq istəyirdi. İstəyirdi ki, onun zərif və şəffaf ruhu ağ göyərçinlərin qanadları tək təmiz qalsın.

Beləliklə, Yusifin dərd və müsibətləri başlandı. Züleyxa ondan xəyanət etməsini istəyirdi: ağası ilə bağladığı əhd peymana xəyanət; pak ruhuna xəyanət. Amma, Yusif ondan vəfa, paklıq və iffət istəyirdi. Ona görə də ondan qaçırdı. O, günahdan qaçırdı. Amma, Züleyxa ona daha çox vurulur və Yusifi aldatmaq üçün yeni yollar arayırdı.

Bir gün saray boşaldı. Züleyxa və Yusifdən başqa orada heç kəs yox idi. Züleyxa belə bir fürsət gözləyirdi.

Yusif öz işi ilə məşğul idi. Birdən gördü ki, Züleyxa sarayın qapılarını möhkəm bağlayır. Sonra o, astadan Yusifin qulağına dedi:

-Gəl, sənin üçün bir şey hazırlamışam.

Yusif onun məqsədini anladı. Ona etinasızlıqla qışqırdı:

-Allaha pənah aparıram. Misrin Əzizi mənim nemətimin sahibidir. O, mənə qiymət və hörmət vermişdir.

Amma, Züleyxanın içində eşq və məhəbbət atəşi şölələnirdi. O, zorla onu bu işə vadar etməyə çalışırdı. Amma, Yusif daha çox qorunmağa çalışırdı. O, Züleyxanın şərindən qurtarmaq üçün sarayın eyvanında o tərəf-bu tərəfə qaçırdı. Get-gedə Yusif sakitləşdi. Bu müsibətdən necə xilas olacağını bilmirdi. Amma, Züleyxa güman etdi ki, Yusif onun istəyinə təslim olmuşdur.

Züleyxanın gözü saraydakı bütə sataşdı. Xəcalət hissi keçirdi. Buna görə də bütün üstünə bir örtük atdı. Yusif onun bu hərəkətini görüb, dedi:

-Nə edirsən?

Züleyxa dedi:

-Mən allahımdan utanıram.O məni bu vəziyyətdə görə bilər.

Bu zaman Yusif cəld uca səslə dedi:

-Sən bir şey anlamayan daş parçasından xəcalət çəkirsən. Amma, mən, məni yaradıb, əzizləyən Rəbbimdən, Allahımdan və nemət sahibimdən utanmayım?!

Yusif bu sözü deyib, qapıya tərəf qaçdı. Züleyxa sürətlə onun ardınca hərəkət etdi və köynəyinə əl atdı. Onun köynəyi cırıldı. Yusif qapının dəstəyini tutub, onu açdı. Bu anda Misrin Əzizinin saraya daxil olmaq istədiyini gördülər.

Züleyxa çox həyəcanlanmışdı. Özünə bəraət qazandırmaq və Yusifdən intiqam almaq istəyirdi. Ona görə də ərinə dedi:

-Sənin ailənə xəyanət etmək istəyənin cəzası nə ola bilər? Onu ya həbs etməli, ya da ağır əzaba düçar etməlisən.

Yusifin qarşısında özünü müdafiə etməkdən başqa bir yol qalmamışdı. Ona görə də dedi:

-O məni zorla bu işə dəvət edir.

Əziz nə edəcəyini bilmədi. Haqqın kiminlə olduğu barədə fikirləşirdi. Əzizlə gəlmiş Züleyxanın əmisi oğlu dedi:

-Yusifin köynəyinə bax. Əgər qabaq tərəfdən cırılıbsa, deməli, Züleyxa düz deyir və əgər arxadan cırılıbsa, deməli, Yusif haqdır.

Əziz Yusifin köynəyinə baxdı. Gördü ki, arxadan cırılmışdır. Ona görə də həqiqəti anladı. Üzünü həyat yoldaşına çevirib dedi:

-Bu iş siz qadınların məkr və hiylələrindəndir. Həqiqətən sizin məkr və hiyləniz olduqca çoxdur.

Əziz Yusifə dedi:

Bu işi unut və bu barədə heç kəsə bir söz demə!

Əziz öz yoldaşından tövbə etməsini istədi. Ona dedi ki, günahlarından tövbə et.

Hər şey bitdi. Həyat yenidən öz yoluna qayıtdı. Amma, Züleyxa Yusifi sıxışdırmağında davam edirdi. Əgər istəyinə cavab verməsə onu həbs və işgəncə etməklə hədələyirdi.

Züleyxanın həyatının bütün fikir-zikri Yusif idi. O hadisədən sonra o, heç kəslə görüşmədi və hətta şəhərdəki dost və rəfiqələri də onu görmədilər. Bu hadisə qadınlar arasında yayıldı. Onların bəzisi Züleyxanın bu işinə təəccübləndilər: O, ölkəsinin xanımı olduğu halda, öz nökərinə eşq elan edib, onu özünə tərəf dəvət etmişdir.

Mələk


Züleyxa şəhərdə baş verən hadisələrdən və şəhər qadınlarının onu məsxərə etməsindən xəbərdar oldu. Fikirləşdi ki, onları sakitləşdirmək üçün bir iş görmək lazımdır. Ona görə də onların ardınca adam göndərdi.

Onlar da Züleyxa barəsində ayrı insanlar kimi fikirləşirdilər. O qadınlar tez Züleyxanın dəvətini qəbul edib, onun cəlallı və əzəmətli sarayına daxil oldular.

Züleyxa onlar üçün yumşaq balışlar qoymuşdu. Qadınlar Züleyxanın yanında oturmuş və sakit qalmışdılar. Xidmətçilər meyvə dolu qablarla içəri girdilər. Söhbətlər başlandı. Züleyxa dostlarına meyvə yeməyi təklif etdi. Onların hərəsi meyvə soymaq bir bıçaq götürmüşdülər.

Başları söhbətə elə qarışdı ki, nə üçün gəldiklərini unutdular. Bu anda Züleyxa işarə ilə xidmətçilərin birinə tapşırdı ki, Yusifi çağırsın.

Yusif daxil oldu. Qəribə bir hadisə baş verdi. Yusif sarayın xanımının əmrinə itaət etmək üçün qarşısında dayandı. O, gözəl paltar geyinmişdi. Onun səfa, səmimiyyət və imanla parlayan gözəl üzü oranı işıqlandırdı.

Yusif üzü nur saçan bir mələk kimi hazır oldu. Qadınlar onu görməklə dəhşətə gəldilər. Onlar bu əzəmət və gözəllikdə bir üz güman etmirdilər. Yusifin gözəlliyini görən hər bir insan onun əsiri olurdu. Onların içində qəribə bir hal yarandı. Özlərini unutdular və bilmədən bıçaqla əllərini kəsdilər.

Yusif qəlblərə hakim olmuşdu. Onun camalının gözəlliyi mələk kimi şəffaf idi. Ondan səfa və səmimiyyət nuru süzülürdü. Qadınlar qışqırdılar:

-Subhanəllah! Bu, insan deyil. Bu, böyük bir mələkdir.

Yusifin dərd və müsibətləri daha da artdı. Qadınların başına nə gəldiyini gördü. Züleyxa onlara deyirdi:

-Bu, onun eşqinə görə məni məzəmmət etdiyiniz şəxsdir. Əgər istədiyimi etməsə onu zindana salacağam, xar və zəlil olacaqdır.

Yusifin qarşısında iki yol qalmışdı. Onların biri Şeytanın istəyinə cavab vermək, o birisi isə həbs həyatını qəbul etmək idi. Yusif göyə baxdı və təzimlə dedi:

-İlahi! Mənim üçün həbs olunmaq, onun dəvət etdiyi işdən yaxşıdır.

Yusif zindan və işgəncəni çirkin və fasid həyatdan üstün bildi. Şeytanın şərindən qorunmaq üçün Allahdan kömək istəyirdi:

-İlahi! Əgər o qadınların məkr və hiyləsini məndən uzaqlaşdırmasan onlara meyl edərəm və bu zaman cahillər dəstəsindən olaram.

Qəlbini asimani nurla işıqlandıran Yusifin, Şeytanın vəsvəsəsindən qulaq asması imkansız idi; hətta əgər o yolda işgəncə görüb, zindana atılsaydı belə.

Allah-təala Yusifin duasını qəbul etdi. Misrin Əzizi qərara gəldi ki, yayılan şayiələrə son qoysun və Yusifi vəziyyət sakitləşənə qədər zindana salsın. Beləliklə, Yusif heç bir günahı olmadan həbs olundu. Zindanın gözətçisi Yusifi gördükdə onun əxlaqının və gözəl keyfiyyətlərinin təsiri altına düşdü və ona dedi:

-Ey Yusif! Mən səni sevirəm. Sən pak təbiətli bir insansan. Səni həbsdə saxlamaq zülmdür.

Yusif də qəmgin oldu. Çünki, Allaha məhəbbətdən və onunla dostluqdan başqa heç bir şey istəmirdi. O, bu məhəbbətlərin hesabına nə qədər qüssələr çəkmişdi! Ona görə də zindanbana dedi:

-Məni sevmə! Çünki, bibim sevdiyi üçün məni oğru adlandırdı. Atam məni sevirdi, ona görə də qardaşlarım mənə həsəd aparıb, quyuya atdılar. Misrin Əzizinin yoldaşı məni sevdi. Ona görə də zindana saldı.


Yüklə 2,29 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   187




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin